Şüvəlanda Musa Məmmədov qızının vaxtsız itgisi ilə bağlı fəryad etsə də, bir kimsə ona hələ də məhəl qoymur
Gündəm / Sosial
Oxunub: 500
18 Eyl 2023 | 09:39
Şüvəlanda Musa Məmmədov qızının vaxtsız itgisi ilə bağlı fəryad etsə də, bir kimsə ona hələ də məhəl qoymur

Bu günlərdə hedeftv.az xəbər portalının redaksiyasına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlandakı gülçülük qəsəbəsinin 96 saylı mənzilində yaşayan Məmmədov Musa Kamil oğlu tərəfindən müraciət daxil olub.

Musa Məmmədov ünvanladığı müraciətində yazır ki, “Mən mərhumə Kübra Əliyevanın atasıyam. Qeyd edim ki, 2006-cı ilin dekabr ayında qızıma toy edib köçürmüşdüm. Qızımın həyat yoldaşı Əliyev Həsən Zabit oğlu idi və qızımın ölümünün baiskarı kürəkənim olub. Bildirim ki, Kübra bu şəxslə ailə həyatı qurduqdan sonra dəfələrlə kürəkənim Həsən Əliyev tərəfindən döyülürdü və o, hər zülmə, əzab-əziyyətə dözə bilmədiyindən, bir dəfə özünü pəncərədən atmaq istəmişdi.

Bu haqda xəbərdar olduqdan sonra onu evimə gətirdim. Elə ki, qızım Kübra bizdə qalırdı, həmin vaxtlarda Həsənin anası Sevda Əliyeva bizə gəldi və çox xahiş-minnətdən, xeyli yalvarışlardan sonra əl çəkməyib qızımı evinə apardı. Bir qədər vaxt keçdikdən sonra isə, yəni 2022-ci ilin iyul ayında kürəkənim qızımı öldürür. Qeyd edim ki, Həsən Əliyev Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsində narkotiklərə qarşı mübarizə şöbəsində baş əməliyyat müvəkili işləyirdi. Bu şəxs həmin şöbədə işlədiyi vaxtlarda neçə-neçə şəxslərə şər-böhtan atmış və onlardan müxtəlif adlar adı altında pullar almışdı. Yəni, Həsən Əliyevin bu cür əməlləri haqda Şüvəlan gülçülük qəsəbəsində yaşayan sakinlərin çoxları məlumatlıdırlar. Bir sözlə, bu şəxs Xəzər rayonu ərazisində neçə-neçə şəxsləri aldadır və onlardan pullar alır. Mən qızım Kübranın ölüm faktı ilə bağlı bir çox dövlət qurumlarına, o cümlədən Xəzər rayon Prokurorluğuna müraciət etdikdə “Ölüm faktı ilə bağlı işə xitam verilib və qızın özünü öldürüb” deyə cavab verirlər. Həsən Əliyevin anası Sevda Əliyeva isə mənə deyib ki, “Biz bu hakimiyyətdən, heç bir dövlət qurumundan qormuruq, hansısa formada ehtiyat etmirik. Bizim çoxlu pulumuz var və nə qədər şikayət etsəniz, hara yazsanız hamısını ört-basdır edəcəyik”.

Bəli, belə bir cavabları eşidən hər kəs, o cümlədən mərhumə Kübra Əliyevanın atası Musa Məmmədov da şoka düşür, sanki bir ümidsizliyə qapanır. Qeyd edək ki, Musa Məmmədov on il Xəzər rayonunda post-patrul xidmətində serjant vəzifəsində çalışır. Baş verən ölüm faktı ilə bağlı nə qədər ümidsizlik yaransa da, ölüm faktı ilə bağlı xitam qərarı verilsə də, inanırıq ki, gec-tez haqq öz yerini tapacaq. Çünki, gənc övladının vaxtsız itgisi ilə barışmayan, ah-nalə çəkən atanın axan göz yaşları heç zaman qurumayacaq və ölüm faktında günahkar olan şəxsin lazımi cəzasını alması ilə də nəticələnəcək. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Hedeftv.az
9-05-2026, 18:00
İlham Əliyevlə Mehriban Əliyeva Cəbrayılda kəndin açılışını etdilər
9-05-2026, 17:30
Bu kəndə köçənlərə 88 min manat verəcəklər - FOTO
9-05-2026, 17:00
Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı
9-05-2026, 16:30
Tramp: Bu axşam Tehrandan cavab gözləyirəm
9-05-2026, 16:00
Dələduzluq edən "vəkil" həbs olundu
9-05-2026, 12:00
İlham Əliyev xanımı ilə müharibədə həlak olanların xatirəsini anıblar - FOTO
9-05-2026, 11:30
Sabahın hava proqnozu: 28 dərəcə isti
9-05-2026, 11:00
Xüsusi icra məmuru olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
9-05-2026, 10:30
Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI
9-05-2026, 10:00
550 milyonluq sərvətindən övladlarına bir qəpik də miras qoymayacaq
9-05-2026, 09:30
Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
9-05-2026, 09:00
Faşizm üzərində qələbədən 81 il ötür
8-05-2026, 18:00
Bakıda yeni "trend" — Hətta varlılar da bu üsuldan istifadə edir
8-05-2026, 17:30
Başındakı problemə görə xəstəxanaya gedən uşağı sünnət etdilər — Ailəsi 5500 manat təzminat aldı
8-05-2026, 17:00
Onlar 100 min manatdan çox cərimələnib
8-05-2026, 16:30
Azərbaycanda insan alverinə görə tutulanların çoxu qadınlardır
8-05-2026, 16:00
Azərbaycanda 189 min nəfərə iş verilib
8-05-2026, 12:00
Bakıda yeni dəmiryol dayanacağı istifadəyə verildi
8-05-2026, 11:30
"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR?
8-05-2026, 11:00
“Delikanlı” izləyicilərinə pis xəbər
8-05-2026, 10:30
Yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar
8-05-2026, 10:00
Əməkdar artistin bacısının evi qarət olundu
8-05-2026, 09:30
İşdən qovulduqdan sonra zəngin olan 10 məşhur
8-05-2026, 09:00
Rusiya atəşkəs elan edib
7-05-2026, 18:00
Rüstəm Umerov Uitkoffla görüş üçün ABŞ-a gedir
7-05-2026, 17:30
Həkim Adil Qubadov vəfat etdi
7-05-2026, 17:00
Nevroloq telefondan çox istifadənin təhlükələrindən DANIŞDI