"Ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur" - İlham Əliyev

Azərbaycana qarşı ərazi iddialarına son qoymaqla bağlı Ermənistana edilən çoxsaylı çağırışlar qəribə reaksiyaya səbəb olub ki, həm də bununla bağlı sizi məlumatlandırmaq istərdim.
Bu barədə Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən bildirib.
“Bir il əvvəl - ötən ilin oktyabr ayında Ermənistan və Azərbaycan rəhbərlərinin beynəlxalq tərəfdaşlarla görüşündə Bəyanat qəbul edildi. Bu sənədə əsasən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını və ölkələrimizin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını bəyan etdilər. Biz bunu Ermənistan tərəfindən atılan mühüm addım hesab etdik, Azərbaycana qarşı ərazi iddialarından nəhayət əl çəkəcəyini zənn etdik. Lakin təəssüf ki, ümidlərimiz doğrulmadı. Azərbaycanın ərazi bütövlüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini edirdi.
Təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdi, çünki bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi. Bu, bizim ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı. Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu.
Buna paralel olaraq, biz artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc etdik, bu plan internetdə də mövcuddur. Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edildi, çünki bizim tədbirlərin hədəfləri dəqiq xarakter daşıyırdı. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər. Artıq dediyim kimi, bütün tədbirlər 24 saatdan da az davam etdi. Bu müddət Ermənistanın qanunsuz hərbi birləşmələrinin tam şəkildə demoralizasiyası və mahiyyət etibarilə, təslim olması üçün kifayət etdi. Bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir. Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur. Sentyabrın 20-dən sonra Qarabağda hərbi təxribatlar törədildi. Ərazi kifayət qədər böyükdür, dağlıqdır, meşəlikdir, buna görə də bizə ərazini quldur birləşmələrindən tamamilə təmizləmək üçün vaxt lazım olacaq. Bax, prinsip etibarilə, məsələnin tarixçəsi bundan ibarətdir”, - dövlət başçısı vurğulayıb.
Dün, 18:00
İlham Əliyevlə Mehriban Əliyeva Cəbrayılda kəndin açılışını etdilər
Dün, 17:30
Bu kəndə köçənlərə 88 min manat verəcəklər - FOTO
Dün, 17:00
Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı
Dün, 16:30
Tramp: Bu axşam Tehrandan cavab gözləyirəm
Dün, 16:00
Dələduzluq edən "vəkil" həbs olundu
Dün, 12:00
İlham Əliyev xanımı ilə müharibədə həlak olanların xatirəsini anıblar - FOTO
Dün, 11:30
Sabahın hava proqnozu: 28 dərəcə isti
Dün, 11:00
Xüsusi icra məmuru olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
Dün, 10:30
Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI
Dün, 10:00
550 milyonluq sərvətindən övladlarına bir qəpik də miras qoymayacaq
Dün, 09:30
Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
Dün, 09:00
Faşizm üzərində qələbədən 81 il ötür
8-05-2026, 18:00
Bakıda yeni "trend" — Hətta varlılar da bu üsuldan istifadə edir
8-05-2026, 17:30
Başındakı problemə görə xəstəxanaya gedən uşağı sünnət etdilər — Ailəsi 5500 manat təzminat aldı
8-05-2026, 17:00
Onlar 100 min manatdan çox cərimələnib
8-05-2026, 16:30
Azərbaycanda insan alverinə görə tutulanların çoxu qadınlardır
8-05-2026, 16:00
Azərbaycanda 189 min nəfərə iş verilib
8-05-2026, 12:00
Bakıda yeni dəmiryol dayanacağı istifadəyə verildi
8-05-2026, 11:30
"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR?
8-05-2026, 11:00
“Delikanlı” izləyicilərinə pis xəbər
8-05-2026, 10:30
Yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar
8-05-2026, 10:00
Əməkdar artistin bacısının evi qarət olundu
8-05-2026, 09:30
İşdən qovulduqdan sonra zəngin olan 10 məşhur
8-05-2026, 09:00
Rusiya atəşkəs elan edib
7-05-2026, 18:00
Rüstəm Umerov Uitkoffla görüş üçün ABŞ-a gedir
7-05-2026, 17:30
Həkim Adil Qubadov vəfat etdi
7-05-2026, 17:00
Nevroloq telefondan çox istifadənin təhlükələrindən DANIŞDI