Ulu Öndər Heydər Əliyev ölkənin iqtisadi inkişafında peşə təhsilinin böyük rolunu görürdü
Gündəm / Sosial
Oxunub: 227
30 Nis 2025 | 15:26
Ulu Öndər Heydər Əliyev ölkənin iqtisadi inkişafında peşə təhsilinin böyük rolunu görürdü

Arif Cəfərov: “Texniki peşə təhsiuli müəssisəsinin qiymət meyarı onun rəqabət qabiliyyətli kadr hazırlamaq imkanları ilə müəyyən olunur”

Mayın 10-da qədirbilən Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü şükranlıqla qeyd etməyə hazırlaşır. Cəmiyyəıtin elə bir zümrəsi yoxdur ki, o zümrənin nümayəndələri təmsil etdikləri sahənin inkişafında dahi rəhbərin izini, xidmətlərini minnətdarlıqla xatırlamasın. Peşə təhsili sisteminin tərəqqipərvər mütəxəssisləri də bu mənada istisna deyillər. Ulu Öndər Heydər Əliyev ölkənin iqtisadi inkişafında peşə təhsilinin böyük rolunu görürdü. Məhz onun bu sahəyə ciddi diqqəti sahəsində respublikada texniki peşə təhsili şəbəkəsi sürətlə inkişaf etmişdir. Bu işin davamını isə Prezidentimiz İlham Əliyev təhsil haqqında verdiyi sərəncamları ilə bir daha təsdiqləyir. Peşə Təhsili üzrə Dövlət Agentliyi Publik-Hüquqi Şəxsin tabeliyində fəaliyyət göstərən Sabirabad Peşə Təhsili Liseyinin direktor əvəzi Arif Cəfərovla söhbətimizin qayəsini məhz bu mövzu təşkil etdi.

Əvvəlcə həmsöhbətimiz haqqında vacib məlumatları təqdim edirik:

Cəfərov Arif Malik oğlu 1965-ci ildə M.Ə. Sabir adına Sabirabad şəhər 1№- li orta məktəbinin birinci sinifinə daxil olmuş, 1975-ci ildə həmin məktəbin onuncu sinifini bitirmişdir. 1976 -1981-ci illər ərzində M.H Vəzirov adına Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, “Zootexnik” ixtisası üzrə tam kursunu bitirmişdir. 1985-ci ildə Azərbaycan Respublikası S.Ağamalıoğlu adına “Şərəf nişanı” ordenli Kənd Təsərrüfatı İnsitutuna qiyabı daxil olaraq, 1990-cı ildə həmin institutun “Zootexnik’’ ixtisası üzrə tam kursunu bitirməklə, Zoomühəndis ixtisasına yiyələnmişdir.

07.01.1976 - cı il tarixdən 31.08.1976 cı il tarixədək Sabirabad rayon “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətində sərbəst güləş üzrə məşqçi - müəllim vəzifəsində SSRİ idman ustalığına namizəd statusunda çalışmışdır. 1981-ci ilin mart – sentyabr ayları müddətində 135 №li Kənd Orta Texniki Peşə Məktəbində istehsalat təlimi ustası işləmişdir. 1988-ci ildən 1989-cu il tarixədək Sabirabad rayon Aqrar Sənaye Birliyində böyük zootexnik vəzifəsində çalışmışdır. 1990 – 1992-ci illərdə Sabirabad Aqrokombinatında aparıcı zootexnik vəzifəsində işləmişdir. 1992 -1996-cı illərdə fəaliyyətini “Sabirabad Broyler” quşculuq fabrikində baş zootexnik vəzifəsi ilə davam etdirmişdir. Növbəti illərdə Sabirabad ‘’Şəhriyar” kəndli - fermer təsərrüfatının başçısı vəzifəsində çalışmışdır. 1999-cu ildən 2013-cü ilədək Sabirbad rayon Uşaq-Gənclər İdman Məktəbində pedoqoji fəaliyyətə başlamışdır. Bu fəaliyyətini daha sonra Sosial- İqtisadi Kollecində davam etdirmişdir. 07.01.2013-cü il tarixdən Sabirabad Peşə Liseyində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. 2022-ci ilin dekabr ayından Sabirabad Peşə Liseyinin direktor əvəzi vəzifəsi ona həvalə edilmişdir.

Dediklərindən:

- Texniki-peşə təhsili ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1982-1996-ci illərdə daha sürətlə inkişaf etmişdir. Həmin illərdə 100-dən çox texniki-peşə məktəbi yaradılmışdır. Ötən əsrin 80-ci illərində Azərbaycanda 185 texniki-peşə məktəbi fəaliyyət göstərirdi ki, bunlarda da 109 min şagird təhsil alırdı. Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdə (1991-1993-cü illər) respublikada mövcud olan mürəkkəb ictimai - siyasi şərait və qeyri – sabitlik, səriştəsiz rəhbərlik, bütün sahələrdə olduğu kimi, texniki - peşə təhsilinin də inkişafına mənfi təsir göstərmişdir. Yalnız ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərliyə ikinci dəfə qayıdışından sonra texniki - peşə təhsilinin inkişaf üçün real şərait yarandı. Məhz həmin dövrdə Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə baza müəssisələrinin qabaqcıl mühəndis-texniki mütəxəssisləri peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi, istehsalat təlimi ustaları və rəhbər işçi kimi irəli çəkildilər. Bakı, Gəncə, Sumqayıt kimi böyük şəhərlərlə yanaşı, Ağdam, Ağcabədi, Ağsu, Bərdə, Göyçay, Dəvəçi (indiki Şabran), Qazax, Qax, Lənkəran, Masallı, Mingəçevir, Xaçmaz, Şamxor (indiki Şəmkir), Şəki kimi şəhər və rayon mərkəzlərində yeni peşə təhsili müəssisələri yaradıldı. Heydər Əliyevin tapşırığı əsasında yerli baza müəssisələrinin köməyi ilə yeni yaradılmış peşə təhsili müəssisələrinin maddi-texniki bazası və mühəndis-pedaqoji kadr potensialı möhkəmləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında peşə təhsilinin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 avqust 1996-cı il tarixli qərarı ilə peşə təhsili müəssisələrinə peşə məktəbi və peşə liseyi statusu verilmiş, peşələrin yeni siyahısı təsdiq edilmiş, şəbəkə optimallaşdırılmış, maddi-texniki bazası müasir tələblərə cavab verməyən bir sıra peşə təhsili müəssisələri ləğv edilmişdir.

Malik müəllimdən rəhbərlik etdiyi müəssisənin tarixindən və bugünkü fəaliyyətindən danışmağı xahiş etdik. Məmnuniyyətlə cavablandırdı:

- Sabirabad Peşə Liseyi 1974-cü ildən orta texniki peşə məktəbi adı ilə fəaliyyətə başlayıb, 1996-cı ildən isə Peşə Liseyi adı ilə fəaliyyətini davam etdirir. Peşə Liseyimiz Respublikada kompleks məktəblər sırasında təhsil sisteminin mühüm hissəsi olmaqla cəmiyyətin müxtəlif mərhələlərində formalaşaraq şərəfli bir yol keçmiş, rayonun iqtisadiyyatının bütün sahələrinin ixtisaslı fəhlə kadrlarına olan tələbatının ödənilməsində mühüm rol oynayır. Sabirabad Peşə Liseyi tədris fəaliyyətində tələbələrin texniki peşə təhsili almaqla müxtəlif ixtisaslara yiyələnməsi sahəsində müəyyən işlər görmüş, liseydə təlimin keyfiyyətinin yüksəldilməsində, əmək intizamı və tələbələrin dərsə davamiyyətində zəruri tədbirlər həyata keçirilmişdir. Lisey öz fəaliyyətini Azərbaycan Respublikasının Təhsil Qanunu, Təhsil İslahatı proqramı və liseyin nizamnaməsinin tələbləri çərçivəsində qurmağa, gənclərə peşə təhsili ilə yanaşı ümumi orta təhsil verir. Rayonumuz əsasən kənd təssərrüfatı, xüsusi ilə maldarlıq və əkinçilik ilə seçilir. Bu istiqamətlərdən bəziləri üzrə (Heyvandarlıq mütəxəssisi, Bitkiçilik mütəxəssisi) peşə məktəbimizdə kadr hazırlığı aparılır və bu ixtisasların sayını artırmaq da mümkündür. Bununla yanaşı, Liseydə kənd təsərrüfatı avtomatika və metallurgiya istiqamətləri üzrə ixtisaslar da var. Sabirabad Peşə Liseyinə son zamanlar yaranan marağın sübutu olaraq bu il Liseyimizdə əlavə qruplar açılmışdır. Bu da bizim uğurumuzdur. Liseyin işçiləri və şagirdləri arasında əmək intizamına və davamiyyətə riayət olunur. Tələbələrin aylıq təqaüdləri vaxtında verilir, dərsə davamiyyət isə 85 – 90 faiz təşkil edir. Davamiyyət bütün günlər üçün sənədləşdirilir. Müəllim və ustalar, direktor müavinləri müntəzəm olaraq dərsə davamiyyəti zəif olan şagirdlərin valideynləri ilə görüşür, onlarla izahat işləri aparılır, uzun müddət dərsə gəlməyən tələbələr, direktorun əmri ilə liseydən çıxarılır. Liseydə müxtəlif bayram tədbirləri, olimpiadalar, peşə müsabiqələri, idman yarışları təşkil edilir və qaliblər müəyyənləşdirilir. Lisey müntəzəm olaraq respublika peşə məktəbləri arasında keçirilən olimpiada və peşə müsabiqələrində fəal iştirak edir. Liseydə əyani təşviqat vasitələrindən geniş istifadə olunur. Tədris korpusunun foyesində Heydər Əliyev güşəsi, əlamətdar tarixi günləri əks etdirən lövhələr, dövlət rəmzləri, stendlər, sinif otaqlarındakı dövlət atributları, tarix kabinetində Sabirabadın tarixini əks etdirən guşə və s. gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsinə xidmət edir. Liseyin facebook və instaqram səhifəsində keçirilən tədbirlər müntəzəm olaraq işıqlandırılır. Liseydə “açıq qapı” günləri təyin edilmiş, rayonun tam orta məktəb şagirdlərinin lisey ilə tanışlığı vizual olaraq həyata keçirilir və bu da şagirdlərin düzgün ixtisas seçiminə öz təsirini göstərir.
Söhbətinin sonunda Arif müəllim vurğuladı ki, bu gün Sabirabad Peşə Liseyinin əsas vəzifəsi məzunların əmək bazarında rəqabətə qabiliyyətli hazırlanmasıdır:
- İndi əmək bazarında iştirak etmək üçün şagird özünün başlıca peşəsinə, ixtisasına və bacarığına güvənməlidir. Əmək bazarında özünə yer tapa bilmək üçün məzunlardan yüksək ixtisas, geniş profil, peşə səriştəsi, çeviklik, psixoloji davamlılıq, mədəni keyfiyyətlər tələb olunur. Bu mənada texniki peşə liseyinin qiymət meyarı rəqabət qabiliyyətli kadr hazırlamaq imkanları ilə müəyyən olunur. Lisey rəhbərliyi mütəmadi olaraq rayonda yerləşən idarə və müəssisə, baza-fermer təsərrüfatları, sifarişçi təşkilatlarla, K/T idarəsi ilə sıx əlaqə saxlayır, onların istək və arzularını nəzərə alır və buraxılış kursları üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin yüksək səviyyədə keçirilməsini təşkil edir. Azərbaycan təhsilinin bir qolu olan texniki peşə təhsilinin üzərinə bu baxımdan yüksək vəzifələr düşür. Bu vəzifələrdən ən başlıcası odur ki, məzunların aldığı peşə dərəcələri ixtisas xarakteristikasında nəzərdə tutulan dərəcələrə uyğun olsun. Bu amal uğrunda mühəndis - pedaqoji kollektivimizin bütün üzvləri əzmlə çalışırlar.

Müsahibəni apardı: Şahin Orucov
Ulu Öndər Heydər Əliyev ölkənin iqtisadi inkişafında peşə təhsilinin böyük rolunu görürdüUlu Öndər Heydər Əliyev ölkənin iqtisadi inkişafında peşə təhsilinin böyük rolunu görürdü
Bugün, 16:10
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb
Bugün, 15:36
İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub
Bugün, 14:44
Şimali Kipr Türk Respublikasının Prezidenti Füzuliyə gəlib
Bugün, 14:18
Xankəndidəki Zəfər Tağının hündürlüyü 44 metr olacaq
Bugün, 10:48
Yekaterinburqda həbs edilən Ayaz Səfərov və Şahin Lalayev apellyasiya şikayəti veriblər
Bugün, 10:14
Bakı və Kabil "Lazurit" nəqliyyat dəhlizinin inkişafını müzakirə edib
Bugün, 09:48
Bu gün Leyla Əliyevanın DOĞUM GÜNÜDÜR
Bugün, 09:24
Lənkəranın bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Bugün, 08:49
BİZİM TƏQVİM: 3 iyul tarixində baş vermiş mühüm hadisələr
Bugün, 08:19
KİV: İsrail İran və Suriya ilə bağlı Rusiya ilə gizli danışıqlar aparır
Dün, 16:18
Bakıda qəzalı və istismar müddəti bitən yaşayış binaları ilə bağlı xüsusi Komissiya yaradılıb
Dün, 16:00
Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib - Peskov
Dün, 15:28
Zaxarova: Rəsmi Bakını ölkələr arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaytarmaq üçün tədbirlər görməyə çağırırıq
Dün, 14:58
Özbəkistan Qarabağda kənd təsərrüfatı layihələrində maraqlıdır
Dün, 14:22
Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dün, 14:06
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
Dün, 13:38
Nazirlik rus dilində tədrislə bağlı yayılan məlumatlara münasibət bildirib
Dün, 12:53
DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
Dün, 12:20
Şimali Kipr Prezidenti Azərbaycana səfərə gəlib
Dün, 11:49
Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir
Dün, 11:02
Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək - RƏSMİ
Dün, 10:17
Zaxarova: Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir
Dün, 09:31
Klublararası dünya çempionatında 1/4 final cütləri bəlli olub
Dün, 09:27
"Mor-Mor" su ittihamlara cavab verdi. Deyilənlər həqiqəti əks etdirmir, şər-böhtandır! (VİDEO)
Dün, 09:02
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
Dün, 08:47
Azərbaycan Polisi 107 yaşında
1-07-2025, 16:54
Onlar viza tələbindən azad edilir