Xaldan kənd Uşaq Musiqi Məktəbinin fəaliyyəti təqdirəlayiqdir
Gündəm / Sosial
Oxunub: 286
3 Ekm 2025 | 11:54
Xaldan kənd Uşaq Musiqi Məktəbinin fəaliyyəti təqdirəlayiqdir

Məlum olduğu kimi, estetik tərbiyə ümumi tərbiyənin tərkib hissəsi kimi ölkəmizin bütün ictimai, siyasi və iqtisadi həyatında çox mühüm yer tutur. Gerçəkliyin estetik mənimsənilməsinin ən yüksək forması olan incəsənət insanların duyğularını təkmilləşdirir və inkişaf etdirir, emosiyaları cilalayır, dərinləşdirir və istiqamətləndirir, fantaziya yaradır, düşüncəsini formalaşdırır.

Musiqi məktəbi uşaqlarda onlara ömür boyu lazım olacaq xüsusi keyfiyyətlərin formalaşmasında müstəsna rol oynaya biləcək müəssisədir. Musiqi təhsili almaq üçün kifayət qədər samballı səbəblər var və bunlardan bütün müasir valideynlər xəbərdar olmalıdırlar.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi nəzdində Yevlax rayon Xaldan kənd musiqi məktəbi 1978-ci ildə yaranmışdır. 60 müəllim heyəti vardır. Məktəbdə 233 şagird təhsil alır. 3 şöbə-fortepiano, xalq çalğı alətləri və nəzəriyyə şöbələri, 5 ixtisas – fortepiano, qarmon, tar, nağara və xanəndəlik ixtisasları vardır. Məktəb mütəmadi olaraq müxtəlif mötəbər müsabiqə və festivallarda layiqincə təmsil olunur.

İstedadlı musiqiçi və ictimaiyyətçi Rəfail Məmmədovun rəhbərlik etdiyi dövrdə məktəbdə hər sahə üzrə fəaliyyət proqramı tərtib edilib, onun həyata keçirilməsi üçün bütün real imkanlardan istifadə olunur. Rəfail müəllimin rəhbərliyi altında təlim-tərbiyə işlərinin keyfiyyəti yüksəlməklə yanaşı, məktəbdənkənar tədbirlərin də keyfiyyəti və kəmiyyəti daha da genişləndirilmişdir. Müəssisə nəinki rayon, eyni zamanda respublika əhəmiyyətli təqvim günlərinə həsr olunmuş tədbirlərdə də yaxından iştirak edir. Bundan başqa, məktəbin uğurlu göstəricilərindən biri də burada təhsil alan uşaqların ixtisasları üzrə respublikamızın musiqiyönümlü müxtəlif məktəblərinə daxil olmasıdır. Məktəbin rayonun müxtəlif müəssisələri, o cümlədən mədəni-maarif müəssisələri ilə birgə keçirdiyi tədbirlər onun əhali tərəfindən daha da yaxşı tanınmasına və bunun sayəsində uşaqların kütləvi şəkildə məktəbə cəlb olunmasına böyük təsir göstərir. Məktəb təkcə uşaqlara musiqi təhsili verməklə kifayətlənmir, eyni zamanda onların gələcəkdə şəxsiyyət kimi formalaşmasına da diqqəti artırır.

Uşaq Musiqi Məktəbinin rəhbərliyi və kollektiv tədrisin təşkili və idarə edilməsini həyata keçirərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Mədəniyyət və Turizm Nazirliyinin əmr və kollegiya qərarlarını, habelə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətini tənzimləyən aidiyyəti normativ-hüquqi aktları, məktəbin nümunəvi əsasnaməsini, tədris planları və proqramlarının tələb və müddəalarını rəhbər tutur. Mütəmadi olaraq məktəbdaxili olimpiadalar keçirilir. Bütün şöbələr üzrə açıq dərslər keçirilir, müxtəlif mövzulu metodik mühazirələr oxunur, ayrı-ayrı şöbələr üzrə müəllim və şagirdlərin konsertləri təşkil edilir.

Rəfail müəllim deyir ki, musiqi ilə məşğul olmaq iradəli və nizam-intizamlı olmağa təsir edir:

– Musiqi ilə məşğul olan uşağın riyazi bacarığı da inkişaf edir. Musiqiçilər yaxşı danışır və oxuyur, xarici dildə olan sözləri daha tez yadda saxlayır, qrammatikanı tez öyrənirlər. Musiqi bir neçə istiqamətdə düşünməyə və yaşamağa vərdiş etdirir. Musiqiçi uşağa həyat yolunda bir neçə yönə getmək və hər birində birinci olmaq daha rahat olur. Musiqi insana ən yaxın olan incəsənət növüdür, qüdrətli estetik tərbiyə vasitəsidir. Ümumiyyətlə, musiqi mədəniyyətinin yayıcısı olan musiqi müəllimi bilməlidir ki, bütün başqa incəsənət növləri kimi musiqi də təkcə bədii zövq və yaradıcılıq təxəyyülü tərbiyə etmir, həm də həyat sevgisi, yurdsevərlik duyğuları, əxlaqi fəzilətlər aşılayır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafı və tanınması sahəsində göstərdiyi misilsiz xidmətlərini xatırladan R.Məmmədov bildirdi ki, ulu öndərin mədəniyyət siyasətində müəyyən etdiyi xətt bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

– Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə xalqın milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətin və incəsənətin yüksəlişi sahəsində ölçüyəgəlməz işlər görülür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Azərbaycan mədəniyyətinin tərəqqisinə, geniş beynəlxalq areaIda milli tariximizin, incəsənətin, musiqinin, о cümlədən klassik muğam və aşıq sənətinin inkişafı üçün böyük töhfələr verir, möhtəşəm layihələr həyata keçirir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda təşkil olunan mədəni tədbirlər, beynəlxalq musiqi və mahnı müsabiqələr dünyaya səs salır. Ümumiyyətlə, təhsilimizin, mədəniyyətimizin böyük qayğıkeşi olan Prezident İlham Əliyev xeyli sayda mədəniyyət və təhsil müəssisələrinin, o cümlədən, musiqi məktəblərinin açılışında, yenidənqurma və təmirdən sonra istifadəyə verilməsində iştirak edib.

Həmsöhbətimiz vurğuladı ki, 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsində qazanılan Qələbə, torpaqlarımızın düşmən işğalından azad edilməsi musiqimizə də İlham vermişdir:

-Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2021-ci il 12-13 may tarixlərində Heydər Əliyev Fondunun Şuşada Cıdır düzündə təşkil etdiyi möhtəşəm “Xarıbülbül” musiqi festivalı Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir. Şuşada uzun fasilədən sonra keçirilən “Xarıbülbül” musiqi festivalının bizə böyük qələbəni canları və qanları ilə bəxş edən şəhidlərimizin əziz xatirəsinə həsr olunmasında da rəmzilik var. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Çünki Şuşa başda olmaqla tarixi torpaqlarımız azaddır. “Xarıbülbül” festivalının keçirilməsi Şuşanın Azərbaycan tarixi, irsi, mədəniyyəti üçün müstəsna əhəmiyyətə malik olduğunun ifadəsidir. Xüsusən festivalın ikinci günü Azərbaycan incəsənətinin, musiqi xadimlərinin çox möhtəşəm çıxışı, Azərbaycanda yaşayan müxtəlif millətlərin musiqisinin, mədəniyyət nümunələrinin məhz həmin millətlərin təmsilçiləri tərəfindən təqdim olunması Azərbaycanda tolerantlığın, multikultiralizmin ən yüksək səviyyədə olmasının növbəti dəfə dünyaya möhtəşəm nümayişi idi. Bu festivalın keçirilməsinin rəmzi mənalarından biri də Şuşada doğulan, Şuşada dəfn olunan böyük mədəniyyət, sənət adamlarının ruhuna bir hesabat idi. İnanırdıq və ümid edirdik ki, vaxt gələcək, məktəbimizin yetirmələri düşmən üzərində “Qələbə marşı”nı ifa edəcəklər. Şükürlər olsun Allaha ki, o gün artıq yetişdi. Bizim hər birimiz bir vətəndaş olaraq bacardığımızı etməliyik ki, ölkəmizin uğurları davamlı və əbədi olsun.

Söhbətimizin sonunda qarşıdan gələn 5 Oktyabr – Müəllim Günü münasibətilə Rəfail və onunla çiyin-çiyinə çalışan müəllim kollektivini təbrik etdik və yeni tədris ili ilə bağlı proqnozlarını bölüşməsini xahiş etdik. Rəfail müəllim təbrikə görə təşəkkürünü bildirdi və yeni dərs ilinin başlamasından ötən az müddət ərzində məktəbdə təşkil olunan tədbirlərdən danışdı:

– 2025–2026-cı tədris ilinin başlanması ilə əlaqədar 12 sentyabr 2025-ci il tarixində Xaldan kənd Uşaq Musiqi Məktəbində Pedaqoji Şuranın iclası keçirilmişdir. İclasda yeni dərs ilində qarşıda duran əsas vəzifələr və görüləcək işlər müzakirə olunmuş, müəllim heyəti qarşısında duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılmışdır. Tədrisin keyfiyyətinin artırılması, şagirdlərin musiqi bilik və bacarıqlarının inkişaf etdirilməsi, məktəbdaxili nizam-intizamın gücləndirilməsi və digər vacib məsələlər diqqət mərkəzində olmuşdur. Məktəbdə 15.09.2025-ci il tarixində 15 sentyabr Bilik Günü münasibətilə "Bilik zirvəsinə doğru" adlı tədbir keçirildi. 27 Sentyabr – Vətən Müharibəsi Şəhidləri Anım Günü münasibətilə Xaldan kənd Uşaq Musiqi Məktəbində yad etmə tədbiri təşkil olundu. Tədbirdə məktəbin müəllim və şagird kollektivi Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla anmış, onların qəhrəmanlıq yolundan bəhs edən musiqi və ədəbi-bədii kompozisiyalarla çıxış etdilər. Tədbirdən sonra iştirakçılar şəhidlərin əziz xatirəsini yad etmək məqsədilə kənddəki Şəhidlər abidəsini ziyarət etmiş və abidənin önünə gül dəstələri düzmüşlər.

Ümidvarıq ki, Xaldan Uşaq Musiqi Məktəbinin kollektivi bundan sonra da şövqlə çalışacaq, məktəbin məzunları isə yeni-yeni müvəffəqiyyətlərə imza ataraq öz məktəblərini ölkəmizdə, Azərbaycan mədəniyyətini isə dünya arenasında layiqlə təmsil edəcəklər.

Şahin Orucov
Xaldan kənd Uşaq Musiqi Məktəbinin fəaliyyəti təqdirəlayiqdir
Xaldan kənd Uşaq Musiqi Məktəbinin fəaliyyəti təqdirəlayiqdir
Xaldan kənd Uşaq Musiqi Məktəbinin fəaliyyəti təqdirəlayiqdir
Xaldan kənd Uşaq Musiqi Məktəbinin fəaliyyəti təqdirəlayiqdir
Xaldan kənd Uşaq Musiqi Məktəbinin fəaliyyəti təqdirəlayiqdir
Xaldan kənd Uşaq Musiqi Məktəbinin fəaliyyəti təqdirəlayiqdir
Xaldan kənd Uşaq Musiqi Məktəbinin fəaliyyəti təqdirəlayiqdir
Xaldan kənd Uşaq Musiqi Məktəbinin fəaliyyəti təqdirəlayiqdir
Xaldan kənd Uşaq Musiqi Məktəbinin fəaliyyəti təqdirəlayiqdir
Xaldan kənd Uşaq Musiqi Məktəbinin fəaliyyəti təqdirəlayiqdir
Bugün, 15:30
Baş nazir Trampı “ac tırtıl” adlandırdı
Bugün, 11:30
Yevlaxda beş nəfər dəm qazından zəhərlənib
Bugün, 11:00
Azərbaycan Ərbildə Baş konsulluq açmağa hazırlaşır
Bugün, 10:30
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ
Bugün, 10:00
Bəhlulun qolu tarixə düşdü
Bugün, 09:30
DİM-dən buraxılış imtahanları ilə bağlı yayılan xəbərlərə REAKSİYA
Bugün, 09:00
Azərbaycan əhalisini siyahıya alan sabiq məmur vəfat etdi
Dün, 18:00
Baş nazir icbari tibbi sığorta ilə bağlı qərar imzaladı - Yenilənib
Dün, 17:30
İnsan ürəksiz yaşaya bilərmiş
Dün, 17:00
Suraxanıda satılan qutabda at əti aşkarlandı
Dün, 16:30
AQTA sədri İTV-yə qadağa qoydu
Dün, 16:00
İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli oldu - FOTO
Dün, 15:30
Təcili yardım ağır xəstə olan azyaşlını yolda düşürdü
Dün, 11:30
İçərisində 10 kq-dan artıq narkotik olan çanta ilə tutuldu - FOTO
Dün, 11:00
Bakıda 36 yaşlı kişi dəm qazından boğuldu
Dün, 10:30
Xankəndiyə İLK köç - 36 ailə yenidən doğma yurdda!
Dün, 10:00
Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı - GÖRÜNTÜ
Dün, 09:30
Azərbaycan və Ermənistanın biznes dairələri görüşəcək
Dün, 09:00
Ümumdünya Ticarət Təşkilatı dağılma mərhələsindədir
20-01-2026, 18:00
"2026-cı ildə bu məmurlar həbs olunacaq" -SENSASİON AÇIQLAMA
20-01-2026, 17:00
Kadırovun 9 yaşlı oğlunun Qroznıda sarayı var
20-01-2026, 16:30
Sürücülük vəsiqəsi imtahanı çətinləşdirilə bilər
20-01-2026, 16:00
TƏCİLİ: İranda GİZLİ EDAMLAR BAŞLADI, Trampın “QIRMIZI XƏTT”İ tapdandı, ƏRAZİYƏ QOŞUN YERİDİLİR...
20-01-2026, 15:30
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək ENDİRİLDİ - FOTOLAR
20-01-2026, 15:00
Abşeronda 20 Yanvar faciəsi qurbanları anıldı - FOTOLAR
20-01-2026, 11:30
Azərbaycan gəncləri arasında kütləviləşən NADANLIQ
20-01-2026, 11:00
Ərdoğan İrandakı vəziyyətdən danışdı: Allahın köməyi ilə...