Abşeronda 20 Yanvar faciəsi qurbanları anıldı - FOTOLAR
Gündəm
Oxunub: 219
20 Ock 2026 | 15:00
Abşeronda 20 Yanvar faciəsi qurbanları anıldı - FOTOLAR Abşeronda 20 Yanvar faciəsi qurbanlarının 36-cı ildönümü dərin ehtiramla yad edilib.

hedeftv.az xəbər veirr ki, rayon rəhbərliyi, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti Xırdalan şəhərində Şəhidlər abidəsini ziyarət edərək, şəhidlərimizin xatirələrini ehtiramla anıblar.

Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni oxunub.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, “20 Yanvar” Cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri Eyşan İsgəndərov, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, 20 Yanvar şəhidi Allahyar Cəfərovun oğlu Pərviz Cəfərov, 48 saylı Dairə Seçki Komissiyasının sədri Dilşad Abbasova, əməkdar müəllim Teyyibe Huseynova və “Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailələri və veteranları” İctimai Birliyinin Abşeron rayon sədri Süleyman Cəfərov çıxış edərək bildiriblər ki, Sovet rəhbərliyi Azərbaycan xalqının azadlıq mücadiləsini boğmaq üçün faciə törədib. Bu dəhşətli cinayət də xalqımızı haqq yolundan döndərə bilməyib. Qeyd edilib ki, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilib.

Faciənin ertəsi günü, yəni yanvarın 21-də Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirib, 20 Yanvar faciəsinə siyasi qiymət vermiş, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan edib.

Ulu Öndər sonrakı fəaliyyəti dönəmində də 20 Yanvar həqiqətlərinə hüquqi qiymət verilməsi istiqamətində mühüm addımlar atıb. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvanın Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edib. Daha sonra 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul olunub.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün dövlət başçısının təşəbbüsləri sayəsində effektiv sosial müdafiə sistemi formalaşıb.

Daha sonra çıxış edən şəhid ailələri ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.









Bugün, 14:29
ABŞ Yaxın Şərqdə məğlub olub geri çəkilərsə, TRİPP layihəsinin taleyi necə olacaq?
Dün, 18:00
Avtobus zolağına girən “Ferrari” cərimə meydançasına salındı
Dün, 17:30
Antik əşyalar oğurlayan şəxslər saxlanıldı
Dün, 17:00
Bakıda süpürgəçini maşın vurub öldürüb
Dün, 16:30
Azərbaycanda hər il müzakirə olunan təhsil dilemması
Dün, 16:00
Adnan Əhmədzadə ilə bağlı qərar verildi
Dün, 12:00
Azərbaycanda 1287 nəfər QİÇS-ə yoluxub
Dün, 11:30
Lənkəranın icra başçısı 44 nəfəri işdən çıxardı
Dün, 11:00
İran Dubay Beynəlxalq Maliyyə Mərkəzini vurdu
Dün, 10:30
Güləşçimiz Avropa çempionu oldu
Dün, 10:00
ABŞ-də sinaqoqa terror hücumu edildi
Dün, 09:30
Xameneinin həyat yoldaşı sağ imiş
Dün, 09:00
Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA
12-03-2026, 18:00
Araz Ağalarovun obyektini yandıranlara ömürlük iş kəsildi
12-03-2026, 17:30
Ukrayna İrana görə əziyyət çəkir
12-03-2026, 17:00
Uşağı döyərək tərbiyə edən müəllim cərimələnəcək
12-03-2026, 16:30
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq
12-03-2026, 16:00
Dilənçiliklə məşğul olanlar həbs ediləcək
12-03-2026, 12:00
Neft bahalaşır - Dollar manata qarşı ucuzlaşa bilər?
12-03-2026, 11:30
Gəncədə dəhşətli qətl - 17 yaşlı yeniyetmə atasını güllələdi
12-03-2026, 11:00
Polis Bakıda özbək “həkim”i saxladı
12-03-2026, 10:30
İki qadın güləşçimiz finalda
12-03-2026, 10:00
"Avroviziya" ilə bağlı iddialara RƏSMİ CAVAB
12-03-2026, 09:30
Könül Həmzəyeva saxlanılıb
12-03-2026, 09:00
Prezidentlərin Bakıdan ƏSAS MESAJLAR
11-03-2026, 18:00
İran müharibəsindən sonra nələr dəyişəcək?
11-03-2026, 17:30
Abbaszadə şagirdləri ÇƏTİNƏ saldı – QƏLİZ və uzun suallar...