Elanə Nəcəfova: ”Prezident İlham Əliyev musiqimizin inkişafında xidmətləri olan şəxsləri Azərbaycanın milli sərvəti hesab edir”
Gündəm / Sosial
Oxunub: 362
4 Ekm 2025 | 14:59
Elanə Nəcəfova: ”Prezident İlham Əliyev musiqimizin inkişafında xidmətləri olan şəxsləri Azərbaycanın milli sərvəti hesab edir”


Son illər uşaq incəsənət kollektivləri dünyanın ən nüfuzlu müsabiqələrinin iştirakçısı olmuş, eyni zamanda, Azərbaycan bir çox incəsənət festivallarına ev sahibliyi etmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtımızda və bölgələrdə müasir üslubda inşa edilən uşaq incəsənət məktəbləri balacalarda musiqiyə, incəsənətə, rəssamlığa marağı artırmış və onlarla istedadlı gəncin yetişməsinə təkan vermişdir.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi nəzdində Yevlax rayon Aşağı Qarxun kənd Uşaq Musiqi Məktəbi 1990-cı ildən fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 46 nəfər müəllim 139 şagirdin təhsili ilə məşğul olur.

Məktəbin direktoru, fəal ictimaiyyətçi Elanə Nəcəfova onunla bu günlərdə baş tutan görüşümüzdə saytımızın tribunasından yararlanaraq əvvəlcə mərhum Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafı və tanınması sahəsində göstərdiyi misilsiz xidmətlərini yada saldı. Bildirdi ki, Ulu öndərimizin layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyev ölkədə mədəniyyətin inkişafına xüsusi diqqətlə yanaşır, son illərdə bu sahənin tərəqqisi istiqamətində həyata keçirilən tədbirlər mühüm uğurlarla müşayiət olunur.

_Arayış:_ Nəcəfova Elanə Tacir qızı 17 mart 1981-ci ildə Yevlax rayonunun Xaldan kəndində anadan olmuşdur. 1987-1998-ci illərdə Yevlax rayon Xaldan kənd kompleks tam orta məktəbində tam orta təhsil almışdır. Həmçinin Xaldan kənd Uşaq Musiqi Məktəbinin fortepiano ixtisasını bitirmişdir. Daha sonra Şuşa Musiqi Kollecini nəzəriyyə ixtisası üzrə bitirmişdir. Bu il Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinə qəbul olmuşdur.

2003-cü ildən Xaldan kənd Uşaq Misiqi Məktəbində nəzəri fənlər üzrə müəllim işləmişdir. 2015-ci ildən 2021-ci ilədək Yevlax rayon Xaldan kənd Uşaq Musiqi Məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2021-ci ildən Yevlax rayon Aşağı Qarxun kənd Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsini icra edir.

Dediklərindən:

“Ümumiyyətlə, təhsilimizin, mədəniyyətimizin böyük qayğıkeşi olan Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva xeyli sayda mədəniyyət və təhsil müəssisələrinin, o cümlədən, musiqi məktəblərinin açılışında, yenidənqurma və təmirdən sonra istifadəyə verilməsində iştirak ediblər. Bütün ölkə miqyasında Azərbaycan hökuməti tərəfindən, eləcə də Heydər Əliyev Fondunun xətti ilə mədəniyyət ocaqları yenidən qurulur, qədim tarixi abidələrimizə yeni həyat verilir, mədəniyyət xadimlərinin, bu sahədə çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əhəmiyyətli addımlar atılır. Prezident İlham Əliyev deyir ki, milli mənəvi dəyərlər üzərində bərqərar olan Azərbaycan dövləti milli musiqinin inkişafına da xüsusi diqqət göstərir. Bu sırada muğam sənətinin yaşadılıması və gələcək nəsillərə ötürülməsi ilə əlaqədar görülən işləri təqdir edən dövlətimizin başçısı gənc istedadların üzə çıxarılması ilə bağlı muğam televiziya müsabiqələrinin əhəmiyyətini vurğulayır. Prezident İlham Əliyev gənclərdə Vətənə və milli mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi istiqamətində yaşlı nəslin üzərinə müəyyən vəzifələrin düşdüyünü diqqətə çatdıraraq qeyd edir ki, milli musiqinin inkişafında xidmətləri olan şəxslər Azərbaycanın milli sərvətidir”.

Elanə müəllimin sözlərinə görə, musiqi və dil – əkiz qardaşdırlar:

“...Onlar bir-birinin ardıyca doğulublar: ilk öncə, böyük qardaş – musiqi; daha sonra isə şifahi nitq. Beynimizdə də onlar yanaşı yaşamağa davam edirlər. İfadə və cümlələr, vergül və noqtələr, sual və nidalar – bunların hamısı musiqidə də var, nitqdə də. Musiqiçilər yaxşı danışır və oxuyur, xarici dildə olan sözləri daha tez yadda saxlayır, qrammatikanı tez öyrənirlər. Musiqi bir neçə istiqamətdə düşünməyə və yaşamağa vərdiş etdirir. Musiqiçi uşağa həyat yolunda bir neçə yönə getmək və hər birində birinci olmaq daha rahat olur. Musiqi kompüter elmləri sahəsində də zirvəyə aparır. Bu da təsadüfi deyildir ki, Microsoft şirkəti musiqi təhsilli şəxslərlə əməkdaşlıq etməyə üstünlük verir. Musiqiçilər ürəyiyumşaq və eyni zamanda cəsur olur. Psixoloqlarin də təsdiq etdiyi kimi, kişi musiqiçilər qadın həssaslığı, qadın musiqiçilər isə kişi cəsurluğuna malikdirlər”.

Söhbətin bu yerində Elanə Nəcəfova xatırlatdı ki, möhtərəm Prezidentimiz İlham Əliyev erkən gənclik illərində musiqi məktəbində oxuyub:

"Cənab İlham Əliyev və bacısı Sevil Əliyeva hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən orta musiqi məktəbində musiqi təhsili alıblar. Təsadüfi deyildir ki, dövlətimizin başçısı həmin məktəbin 50 illik yubileyində iştirak etdi və məktəbin əməkdaşlarının yüksək dövlət mükafatlarına layiq görülmələri barədə sərəncam imzaladı".

Sonda Elanə Nəcəfova Azərbaycan xalqının 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin 5-ci ilini qeyd etməkdə olduğunu vurğuladı. Həmin Zəfəri qanı, canı bahasına qazanan Şəhidlərimizin övladlarına və müharibə iştirakçılarının övladlarına həssaslıqla yanaşıldığını söylədi:

“Məktəbimizdə bayram və əlamətdar günlərdə keçirilən tədbirlərə Şəhid və qazi övladlarını dəvət edirik. Həmin mərasimlərdə məktəbin şagirdləri rəngarəng musiqi nömrələri və vətənpərvər ruhlu şeirlər səsləndirirlər. Həmçinin uşaqların iştirakı ilə əyləncəli oyunlar və viktorina da təşkil edilir. Sualları düzgün cavablandıran və fəallıq göstərən şagirdlər “Təşəkkürnamə” ilə təltif olunur, Şəhid və qazi övladlarına hədiyyələr verilir".

Hazırladı: Şahin Orucov
Elanə Nəcəfova: ”Prezident İlham Əliyev musiqimizin inkişafında xidmətləri olan şəxsləri Azərbaycanın milli sərvəti hesab edir”
Elanə Nəcəfova: ”Prezident İlham Əliyev musiqimizin inkişafında xidmətləri olan şəxsləri Azərbaycanın milli sərvəti hesab edir”
Elanə Nəcəfova: ”Prezident İlham Əliyev musiqimizin inkişafında xidmətləri olan şəxsləri Azərbaycanın milli sərvəti hesab edir”
Elanə Nəcəfova: ”Prezident İlham Əliyev musiqimizin inkişafında xidmətləri olan şəxsləri Azərbaycanın milli sərvəti hesab edir”
Bugün, 15:30
Baş nazir Trampı “ac tırtıl” adlandırdı
Bugün, 11:30
Yevlaxda beş nəfər dəm qazından zəhərlənib
Bugün, 11:00
Azərbaycan Ərbildə Baş konsulluq açmağa hazırlaşır
Bugün, 10:30
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ
Bugün, 10:00
Bəhlulun qolu tarixə düşdü
Bugün, 09:30
DİM-dən buraxılış imtahanları ilə bağlı yayılan xəbərlərə REAKSİYA
Bugün, 09:00
Azərbaycan əhalisini siyahıya alan sabiq məmur vəfat etdi
Dün, 18:00
Baş nazir icbari tibbi sığorta ilə bağlı qərar imzaladı - Yenilənib
Dün, 17:30
İnsan ürəksiz yaşaya bilərmiş
Dün, 17:00
Suraxanıda satılan qutabda at əti aşkarlandı
Dün, 16:30
AQTA sədri İTV-yə qadağa qoydu
Dün, 16:00
İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli oldu - FOTO
Dün, 15:30
Təcili yardım ağır xəstə olan azyaşlını yolda düşürdü
Dün, 11:30
İçərisində 10 kq-dan artıq narkotik olan çanta ilə tutuldu - FOTO
Dün, 11:00
Bakıda 36 yaşlı kişi dəm qazından boğuldu
Dün, 10:30
Xankəndiyə İLK köç - 36 ailə yenidən doğma yurdda!
Dün, 10:00
Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı - GÖRÜNTÜ
Dün, 09:30
Azərbaycan və Ermənistanın biznes dairələri görüşəcək
Dün, 09:00
Ümumdünya Ticarət Təşkilatı dağılma mərhələsindədir
20-01-2026, 18:00
"2026-cı ildə bu məmurlar həbs olunacaq" -SENSASİON AÇIQLAMA
20-01-2026, 17:00
Kadırovun 9 yaşlı oğlunun Qroznıda sarayı var
20-01-2026, 16:30
Sürücülük vəsiqəsi imtahanı çətinləşdirilə bilər
20-01-2026, 16:00
TƏCİLİ: İranda GİZLİ EDAMLAR BAŞLADI, Trampın “QIRMIZI XƏTT”İ tapdandı, ƏRAZİYƏ QOŞUN YERİDİLİR...
20-01-2026, 15:30
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək ENDİRİLDİ - FOTOLAR
20-01-2026, 15:00
Abşeronda 20 Yanvar faciəsi qurbanları anıldı - FOTOLAR
20-01-2026, 11:30
Azərbaycan gəncləri arasında kütləviləşən NADANLIQ
20-01-2026, 11:00
Ərdoğan İrandakı vəziyyətdən danışdı: Allahın köməyi ilə...