Yol polisinin stasionar postları daxili təhlükəsizliyin keşiyində
Ölkəmizdə uğurla həyata keçirilən hüquq mühafizə siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik 2025-ci ilin ötən dövründə də etibarlı qorunub. Daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələr layiqincə yerinə yetirilib, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik etibarlı təmin edilib.
Hörmətli cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında Azərbaycan polisi və bu böyük qüvvənin tərkib hissəsi olan Dövlət Yol Polisinin şəxsi heyəti ölkədə ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir.
Stasionar yol polisi postları ilə bağlı zaman-zaman müxtəlif fikirlər səsləndirilir. Bəziləri deyir ki, müasir dövrdə texnologiyanın inkişaf etdiyi vaxtda bu postların əhəmiyyəti qalmayıb. Hər hansı qayda pozuntusu zamanı radar, kamera bunu müəyyən edir və həmin sürücü yerindəcə cərimələnir, mobil telefonuna da bununla bağlı bildiriş göndərilir. Sürücü də bunu onlayn formada rahatlıqla ödəyir. Bəziləri isə deyir ki, həmin postların mövcudluğu əmin-amanlıq, təhlükəsizlik və nəzarət baxımından əhəmiyyətlidir.
Belə bir məqamda sözügedən stasionar postların fəaliyyətinin nədən ibarət olduğu maraq doğurur.
Stasionar yol-patrul xidməti (YPX) postu yol polisi naryadlarının xidmət apardığı əməliyyat-texniki və xüsusi vasitələr, mühəndis və digər qurğularla təchiz olunan xüsusi xidməti obyektdir. Stasionar postlar əsasən, respublika əhəmiyyətli avtomobil yollarında, paytaxtın giriş və çıxışlarında təşkil olunur. Stasionar yol-patrul xidməti postlarında xidmət aparan YPX inspektorları yol hərəkətinə nəzarət, inzibati xətaların qarşısının alınması və profilaktikasını həyata keçirir. Təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənən, yol-nəqliyyat hadisəsi yerindən və cəzadan yayınan şəxslərin, habelə qeyri-qanuni silah, döyüş sursatı, partlayıcı maddələr, narkotiklər və narkotik tərkibli maddələri daşıyan, eləcə də digər cinayətlərin törədilməsində şübhəli bilinən şəxslərin aşkarlanması, axtarışı və saxlanması funksiyasını yerinə yetirir. Dayandırılmış nəqliyyat vasitələrinin sürücülərindən yolların vəziyyəti, yol şəraiti, gecə vaxtı yolun hərəkət hissəsində saxlanmış nəqliyyat vasitələri ilə bağlı məlumatlar alır, şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradan təbii fəlakətlər və hava şəraitinin pisləşməsi zamanı, habelə gecə vaxtı dayanmaq üçün nəqliyyat vasitələrinin sürücülərinə və əməliyyat-profilaktik tədbirlərin keçirilməsi zamanı daxili işlər orqanlarının əməkdaşlarına yardım göstərir. Bundan başqa, hazırda stasionar postların hamısında sürücülərin və sərnişinlərin qısamüddətli istirahət etməsi üçün şərait yaradılıb, sürücülər yorğunluq və yuxusuzluq hiss etdikdə həmin postlarda avtomobilini saxlayıb, qısamüddətli istirahət edə bilər.
Bəzən sosial şəbəkələrdə internet istifadəçiləri DYP-nin stasionar postlarında polis əməkdaşlarının vətəndaşlarla xoşagəlməz rəftarı barədə şikayətlər səsləndirirlər. Müşahidə olunur ki, çox vaxt bu şikayətlər əsassız olur və hərəkət iştirakçılarının qabaqlayıcı tədbir kimi özlərinin yol verdikləri qayda pozuntusunu malalamaq cəhdləridir. Çünki neqativ hallarla rastlaşan vətəndaşlar Daxili İşlər Nazirliyinə ya ənənəvi formada, ya da sosial media hesablarından müraciət edib, şikayəti bildirə bilərlər ki, məsələ araşdırılsın və günahkarlar cəzasını çəksin.
Jurnalist oilaraq, peşə fəaliyyətimizlə əlaqədar Azərbaycanın müxtəlif bölgələrinə ezamiyyətə getməli oluruq. Dəfələrlə diqqətimizi çəkib ki, sürücülərin əksəriyyəti həmin postlara çatanda sürəti azaldır, təhlükəsizlik kəmərini taxırlar. Postu keçəndən sonra isə əvvəlki vəziyyətə qayıdırlar. Şəxsən bu sətirlərin müəllifi çox az-az hallarda stasionar postlarda saxlanılıb. Axırıncı dəfə axşam saat 19:00 radələrində Ucar rayonu ərazisində, Ələt – Hacıqabul – Yevlax yolunun 243-cü km-də yerləşən stasionar postda saxlanılmışıq. 99 YP 887 dövlət nömrə nişanlı ekipajın üzvü polis baş serjantı Məmmədov Emin Aydın oğlu özünü qaydalara uyğun surətdə təqdim edərək, sənədlərimizi yoxladı. Ona heç jurnalist olduğumuzu deməyə lüzum bilmədik. Polis əməkdaşı sutkanın yuxarı vaxtında yuxulu, yorğun ola biləcəyimizi xatırladıb postda xüsusi ayırılmış yerdə dincəlməyimizi təklif etdi. Onun kimi nümunəvi polis əməkdaşlarının təqdirəlayiq xidmətini işıqlandırmaq isə həqiqətpərəst media işçilərinin borcudur.
Şübhə yoxdur ki, Prezident İlham Əliyevin dövlətçilik və müstəqillik kursunun sadiq icraçısı olan Azərbaycan polisi, o cümlədən, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti həmişə olduğu kimi, bundan sonra da asayişin, daxili təhlükəsizliyin keşiyində əzm və qətiyyətlə dayanacaq, respublikamızın daha da qüdrətlənməsi naminə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəkdir.
Şahin Orucov
Bugün, 10:30
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ
Bugün, 10:00
Bəhlulun qolu tarixə düşdü
Bugün, 09:30
DİM-dən buraxılış imtahanları ilə bağlı yayılan xəbərlərə REAKSİYA
Bugün, 09:00
Azərbaycan əhalisini siyahıya alan sabiq məmur vəfat etdi
Dün, 18:00
Baş nazir icbari tibbi sığorta ilə bağlı qərar imzaladı - Yenilənib
Dün, 17:30
İnsan ürəksiz yaşaya bilərmiş
Dün, 17:00
Suraxanıda satılan qutabda at əti aşkarlandı
Dün, 16:30
AQTA sədri İTV-yə qadağa qoydu
Dün, 16:00
İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli oldu - FOTO
Dün, 15:30
Təcili yardım ağır xəstə olan azyaşlını yolda düşürdü
Dün, 11:30
İçərisində 10 kq-dan artıq narkotik olan çanta ilə tutuldu - FOTO
Dün, 11:00
Bakıda 36 yaşlı kişi dəm qazından boğuldu
Dün, 10:30
Xankəndiyə İLK köç - 36 ailə yenidən doğma yurdda!
Dün, 10:00
Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı - GÖRÜNTÜ
Dün, 09:30
Azərbaycan və Ermənistanın biznes dairələri görüşəcək
Dün, 09:00
Ümumdünya Ticarət Təşkilatı dağılma mərhələsindədir
20-01-2026, 18:00
"2026-cı ildə bu məmurlar həbs olunacaq" -SENSASİON AÇIQLAMA
20-01-2026, 17:00
Kadırovun 9 yaşlı oğlunun Qroznıda sarayı var
20-01-2026, 16:30
Sürücülük vəsiqəsi imtahanı çətinləşdirilə bilər
20-01-2026, 16:00
TƏCİLİ: İranda GİZLİ EDAMLAR BAŞLADI, Trampın “QIRMIZI XƏTT”İ tapdandı, ƏRAZİYƏ QOŞUN YERİDİLİR...
20-01-2026, 15:30
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək ENDİRİLDİ - FOTOLAR
20-01-2026, 15:00
Abşeronda 20 Yanvar faciəsi qurbanları anıldı - FOTOLAR
20-01-2026, 11:30
Azərbaycan gəncləri arasında kütləviləşən NADANLIQ
20-01-2026, 11:00
Ərdoğan İrandakı vəziyyətdən danışdı: Allahın köməyi ilə...
20-01-2026, 10:30
Prezident Davosda görüş keçirdi - FOTO
20-01-2026, 10:00
Eyvazovların qızı 20 yaşında dekan olubmuş
20-01-2026, 09:30
Türkiyədə qar uçqunu - ölən var
