Müzəffər sərkərdə, Qəhrəman Ordu, Bütöv xalq!
Gündəm / Sosial
Oxunub: 181
5 Kas 2025 | 07:00
Müzəffər sərkərdə, Qəhrəman Ordu, Bütöv xalq!

Bu gün sevinməyə, fərəhlənməyə ən çox haqqı olanlar bizim qəhrəman qazilərimizdir. Həm Birinci, həm də İkinci Qarabağ savaşının iştirakçıları Vətən uğrunda canlarını sipər edib, qanlarını dərya etmişlər. Onlar döyüşdülər, yaralandılar, şəhid oldular, şəhid yoldaşlarına özlərini borclu bildilər və söz verdilər ki, qanı yerdə qalmayacaq. O gün gəldi və qələbənin sevincini bu igid insanlar yaşayır. Göylərə baxıb, şəhid qardaşlarının ruhuna sevincini göndərənlər məhz qazilərimizdir. Bu ölkə onlara, onların qucağında şəhid olmuş döyüş yoldaşlarına çox şey borcludur – ödənməyəcək qədər böyük bir borcdur.Bu gün, 8 Noyabr – Zəfər Günü, ən çox onların haqqıdır. Vətənini bütöv görmək, torpaqlarını azad görmək, xalqının qürurunu yaşamaq onların haqqıdır. Hər bir qazimizin sevinci fərqli ola bilər, amma bu gün onların sevinci, bütün xalqımızın qürurunu və xoşbəxtliyini ifadə edir.İkinci Qarabağ savaşının iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin zabiti və ictimai fəal İqbal Səfərov öz sevinci barədə deyir: “Son nöqtəni özümüzün təyin etdiyimiz yerdə qoymağın sevincini yaşayırıq. Necə də böyük qələbədir! Necə də böyük mutluluqdur!” Bu sözlər qazilərimizin qələbə sevincini, Vətən uğrunda göstərdikləri şücaəti əks etdirir.Ən güclü ordu belə, komandirin “İrəli!” əmri olmadan heç bir əməliyyata başlaya bilməz. Orduda tabeçilik və disiplin ən vacib amillərdir. Nizam-intizamı olmayan ordu heç vaxt müzəffər ola bilməz. Komandir isə böyük məsuliyyətin daşıyıcısıdır. Yanlış qərarlar vermək həm özünü, həm də ordunu uğursuzluğa sürükləyə bilər. Tarix bunun saysız nümunələri ilə doludur. Ali Baş Komandan isə bütün məsuliyyəti üzərinə götürməyi, soyuqqanlı, savadlı və cəsarətli olmağı bacarmalıdır. O, verdiyi qərarların arxasında dayanmalı, hər zaman ordusunu qələbəyə aparmalıdır.Yeni tarix məhz Ali Baş Komandanın adı ilə bağlıdır. Azad, müstəqil və bütöv Azərbaycan onun rəhbərliyi sayəsində quruldu. Belə xoşbəxtlik çox az sərkərdələrə və dövlət başçılarına nəsib olmuşdur. Ali Baş Komandanın öz sözləri ilə desək, o, ata nəsihətini yerinə yetirən ən xoşbəxt insandır.Tarixi Qələbə münasibəti ilə başda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanını, tabeçiliyində olan bütün şəxsi heyəti və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik. Yenə də birlik göstərildi, bütün sahələrdə və cəbhələrdə düşmənə qarşı bir yumruq kimi birləşdik. Artıq dünya Azərbaycanı və ordumuzu tanıyır, bizimlə hesablaşır. Başımız uca, alnımız təmizdir. Biz sülhü seçdik, amma bu sülhün sərhədləri var idi və xalqımızın əzmi nəticə verdi.8 Noyabr – Zəfər Bayramı yalnız torpaqlarımızın azad edilməsi deyil, həm də xalqımızın birliyinin, iradəsinin və mübarizə ruhunun simvoludur. Şəhidlərimizin qəhrəmanlığı sayəsində biz azad Vətəndə yaşayırıq, qazilərimizin fədakarlığı isə hər birimizə ilham verir, azadlığın və müstəqilliyin qiymətini bir daha xatırladır.Bu gün, 8 Noyabr 2025-ci il tarixində, biz həm keçmişimizi yad edir, həm də gələcəyimiz üçün daha da güclü olmağı özümüzə və gələcək nəsillərə borc bilirik. Bu Zəfər, vətənpərvərlik ruhunu nəsillər boyunca yaşadacaq və hər bir azərbaycanlının qəlbində daim alov kimi yanacaq.
Zəfər Bayramımız mübarək olsun!
Qarabağ Azərbaycandır!
Var olsun Rəşadətli Azərbaycan Ordusu!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Mehpare Mustafayeva
Xaçmaz rayonu Hacıəlibəy kənd körpələr evi -uşaq bağçasınin rəhbəri

Müzəffər sərkərdə, Qəhrəman Ordu, Bütöv xalq!
7-03-2026, 18:00
Azərbaycanın Tehrandakı səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub
7-03-2026, 17:30
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - məbləğ
7-03-2026, 16:30
İran dronlarından qorunmağın YOLU
7-03-2026, 16:00
Günlük qazancları 1000 manatdan çoxdur — Hər gün də tələb artır
7-03-2026, 12:00
Azərbaycanda SEPAH-ın tapşırıqlarını yerinə yetirən VƏTƏNDAŞLARIN SİYAHISI - ADLAR
7-03-2026, 11:30
Qaşlı qızıl almayın - SƏBƏBLƏR
7-03-2026, 11:00
Tüfənglə insident törədən şəxs saxlanıldı
7-03-2026, 11:00
Putin Pezeşkianla danışıqlar apardı
7-03-2026, 10:30
İran Avropanı da təhdid etdi
7-03-2026, 10:00
Azərbaycana qarşı növbəti TƏXRİBAT
7-03-2026, 09:30
Beyrut belə bombalandı - ANBAAN GÖRÜNTÜLƏR
7-03-2026, 09:00
DTX-dən unikal əməliyyat: SEPAH Bakıda bu əraziləri partlatmaq istəyib - VİDEO
6-03-2026, 18:00
Dubayda aclıq riski: 10 günlük azuqə qalıb
6-03-2026, 17:30
Baş nazir qərar imzaladı
6-03-2026, 17:00
Pezeşkian niyə Bakıya ZƏNG ETMƏDİ?
6-03-2026, 16:30
Gürcüstandan və Türkiyədən gətirilən toxumluq kartofda bakteriya aşkarlandı
6-03-2026, 16:00
Erməni milyarder ev dustaqlığında qaldı
6-03-2026, 12:00
Dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
6-03-2026, 11:30
DOST mərkəzləri bu tarixlərdə işləməyəcək
6-03-2026, 11:00
1 nömrəli səfərbərlik nədir? - Müdafiə Nazirliyi AÇIQLADI
6-03-2026, 10:30
İranın özünə gəlməsi üçün 10 il vaxt lazım olacaq - Tramp
6-03-2026, 10:00
Müğənni qəzada öldü
6-03-2026, 09:30
Jurnalist Nicat Novruzoğlu vəfat etdi
6-03-2026, 09:00
QMİ-dən İranın dron hücumuna REAKSİYA
5-03-2026, 18:00
Görüntülü yığıb Pəhləvini lağa qoydular: "Adım Adolfdur, babam atanızı..." — VİDEO
5-03-2026, 17:30
Məmura mükafat verən "jurnalist" həbs olundu
5-03-2026, 17:00
"ƏDV geri al" mexanizmi tam avtomatlaşdırılır