Azərbaycanda məmurların torpağı əllərindən alınacaq
Rayon və kəndlərdə uzun illərdir davam edən ciddi problem yenidən gündəmə gəlib. Geniş torpaq sahələrinin nüfuzlu şəxslər, məmurlar tərəfindən hasarlanıb illərlə boş saxlanması ictimaiyyəti narahat edən əsas məsələlərdən biridir.
Kənd təsərrüfatı üçün yararlı olan bu torpaqlar nə əkilir, nə becərilir, nə də yerli əhalinin ehtiyacına xidmət edir. Mülkiyyət sahibi kimi görünən şəxslər əraziləri faktiki olaraq öz “xüsusi zona”larına çevirsələr də, həmin sahələr əkin dövriyyəsinə cəlb olunmadan, tamamilə istifadəsiz vəziyyətdə qalır.
Bu problem həm də ölkənin ərzaq təhlükəsizliyinə, kənd təsərrüfatının inkişafına və torpaq idarəçiliyinə mənfi təsir göstərir. Bir çox bölgələrdə işsizliyin, torpaq çatışmazlığının və məhsuldarlığın azalmasının səbəblərindən biri məhz bu boş və yararsız saxlanılan torpaqlardır.
Mövzuya dövlət səviyyəsində də sərt reaksiya göstərilib. Prezident İlham Əliyev bir neçə gün əvvəl icra başçılarını qəbul edərkən məsələni xüsusi olaraq vurğulayıb:
“Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir.”
Prezidentin bu mesajı ölkədə torpaq idarəçiliyi ilə bağlı yeni dövrün başlandığına işarə edir. Məmurların və digər imkanlı şəxslərin əkilməyən torpaq sahələrinin geri alınması, icmanın və dövlətin ehtiyaclarına yönəldilməsi artıq real gündəmdədir.
Ekspertlər hesab edirlər ki, kənd təsərrüfatı potensialının tam istifadəsi üçün bu addım zəruridir. Qanunsuz hasarlanmış torpaqların dövriyyəyə qaytarılması həm məhsuldarlığı artıracaq, həm də kənd yerlərində iqtisadi fəallığı gücləndirəcək. Bununla yanaşı, hökumət yeni monitorinq mexanizmləri və satılmayan, əkilməyən torpaqların aşkar olunması üzrə geniş kampaniya həyata keçirməyə hazırlaşır.
Beləliklə, uzun illər toxunulmaz hesab olunan “məmur torpaqları” artıq hüquqi qiymətini alacaq. İstifadəsiz qalan sahələrin ya əkilməsi, ya da dövlət ehtiyacına yönəldilməsi vacib şərtə çevrilir.
Mövzu ilə bağlı hedeftv.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, istifadəsiz torpaq münbitliyini itirir, istifadəyə yararsız hala düşür:
“Hər kəs istifadəsində olan torpaqların qeydinə qalmalıdır və sözsüz ki, bu qayğı və diqqət ərzaq bolluğunun təmin edilməsi üçün əhəmiyyətlidir. Ancaq bu gün ölkə ərazisində əkinə yararlı, becərmək üçün əlverişli olan yüz hektarlarla torpaq sahələri var ki, onlar uzun illərdir istifadəsizdir. Həmin torpaqlar ayrı-ayrı şəxslər, vəzifəli adamlar tərəfindən götürülüb, hasarlanıb və illər ərzində istifadəsiz qalıb, əkilib-becərilməyib. Sözsüz, belə torpaqlar öz münbitliyini itirməkdədir”.
Komitə sədri bildirib ki, bir çox hallarda özəlləşdirilmiş torpaqlar da istifadəsiz qalmamalıdır. Əgər sahibinin əkib-becərmək imkanı yoxdursa, həmin torpaqlar mütləq icarə qaydasında başqa insanlara verilməli və ondan istifadə olunmalıdır:
“Ölkəmizin Prezidenti cənab İlham Əliyevin yeni icra hakimlərini qəbul edərkən torpaqların istifadəsinin vacibliyini qeyd etməsi heç də təsadüfi deyil. Belə torpaqlar min hektarlarla ölçülür. Əlbəttə ki, istifadəsiz saxlanılan torpaqların istifadəyə verilməsi üçün müəyyən qaydalar tətbiq olunur və buna hər kəs əməl etməlidir. Əgər torpaqlar uzun müddət istifadəsiz qalırsa, o geri alınmalıdır. Yaxud həmin torpaqlar üzrə müəyyən vergi və ödənişlər artırılmalıdır. Çünki bu torpaqların istifadəsiz qalması ərzaq təhlükəsizliyimizə ciddi maneələr yaradır, iqtisadi nəticələrimizi azaldır və yerli əhalinin sosial durumuna mənfi təsir göstərir”.
T. Rzayev qeyd edib ki, bu halların aradan qaldırılması üçün torpaqların dövriyyəyə qaytarılması istiqamətində ciddi tədbirlərin görülməsi vacibdir:
“Qaydalar var, dəfələrlə bu barədə insanlara xəbərdarlıq edilib, onların qarşısında müxtəlif məsələlər qaldırılıb. Ancaq çox təəssüflər olsun ki, yenə də bu tapşırıq və vəzifələr özünün tam yüksək nəticəsini vermir. Ona görə də konkret, ciddi tədbirlərə əl atılmalıdır. Bu gün qarşıda duran ən vacib məsələ hər qarış torpaqdan səmərəli istifadə etmək, torpaqların münbitliyini artırmaq, yüksək məhsuldarlıq əldə etməkdir”.
O vurğulayıb ki, artıq yüz min hektarlarla torpaqlarımız şorlaşmaqdadır. Bu sahədə müəyyən işlər görülsə də, bəzi təbii proseslərin qarşısını almaq, torpaqları münbitləşdirmək və istifadəyə vermək əlbəttə ki, çətindir:
“Hər insan başa düşməli və bilməlidir ki, bir qarış da torpaq istifadəsiz qalmamalıdır. Uzun illər hasara aldığı torpağı qayğısız, diqqətsiz qoyubsa, o geri qaytarılmalı, başqa insanlara və ya təsərrüfatlara verilməlidir. Sözsüz ki, bu, bizim kənd təsərrüfatına ciddi təsir edəcək”.
Bugün, 11:00
“Uşaq Avroviziyası”nda Azərbaycan özünə səs verə biləcək
Bugün, 10:30
Naxçıvanda da Zəfər Parkı olacaq
Bugün, 10:00
Elçin Quliyev generalın oğluna vəzifə verdi
Bugün, 09:30
Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın əbədi lideri və dövlətçilik məfkurəsinin qurucusu
Bugün, 09:00
Heydər Əliyevin vəfatından 22 il keçir
Dün, 18:00
Azərbaycanda tərk edilmiş uşağı pişik qoruyub- Sensasion hadisə
Dün, 17:30
Ölkədən qaçan gömrük əməkdaşı Xalq şairinin oğlu imiş - FOTO
Dün, 17:00
Sabah Bakıda bəzi küçə və prospektlər BAĞLANIR
Dün, 16:30
Ulu Öndər Heydər Əliyev - Milli dirçəlişin və müstəqil dövlətçilik yolunun banisi
Dün, 16:00
Azərbaycanlı və erməni deputatlarının görüşü hər an baş tuta bilər
Dün, 15:30
Gömrük Komitəsinin saxlanılan əməkdaşları 6-ya ÇATDI
Dün, 11:00
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Dövlətçilik məfkurəsinin əbədi yaşarı
Dün, 10:30
12 dekabr – Ulu Öndər Heydər Əliyevin əbədi xatirəsinə dərin hörmət və minnətdarlıq günü
Dün, 10:00
12 dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Günü: Xalqın yaddaşında əbədi yaşayan böyük şəxsiyyət
Dün, 09:30
Eldar Əzizovun qudası vəfat edib
Dün, 09:00
İlham Əliyev həmkarını təbrik etdi
10-12-2025, 14:30
Ulu Öndər Heydər Əliyev-Azərbaycançılığın əbədi simvolu
10-12-2025, 14:00
Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın əbədi lideri
10-12-2025, 13:30
Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın əbədi lideri və dövlətçilik məfkurəsinin qurucusu
10-12-2025, 13:06
Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb
10-12-2025, 13:00
Ulu Öndər Heydər Əliyev - Milli dirçəlişin və müstəqil dövlətçilik yolunun banisi
10-12-2025, 12:49
Yağışlı hava sabah da davam edəcək - PROQNOZ
10-12-2025, 12:30
Ulu Öndər Heydər Əliyevin anım günü - Dövlətçilik məfkurəsinin əbədi zirvəsi
10-12-2025, 12:06
Vergi sirrini gizli saxlamaq işçinin əsas vəzifəsi sayılacaq
10-12-2025, 12:00
Rayonlara qar yağır - FAKTİKİ HAVA
10-12-2025, 11:31
Əmək Məcəlləsinə 420 dəyişiklik ediləcək
10-12-2025, 11:30
Leyla Əliyeva Türkmənistanda memorandum imzaladı
