Azərbaycandan İrana müalicəyə gedənlərın sayı azalıb - SƏBƏBLƏR
Gündəm
Oxunub: 49
31 Ock 2026 | 16:00
Azərbaycandan İrana müalicəyə gedənlərın sayı azalıb - SƏBƏBLƏR Əvvəllər azərbaycanlılar da daxil olmaqla regionda bir çox ölkənin vətəndaşları müalicə almaq üçün kütləvi şəkildə İrana üz tuturdular. Lakin son illərdə bu tendensiya demək olar ki, kökündən dəyişib. Son statistikalara nəzər salsaq, İran bu sahədə lider mövqeyini çoxdan itirib.

İnsanlar xüsusilə ağır xəstəliklərin müalicəsi üçün İrana üz tuturdular ki, bu gün onu müşahidə etmək olmur.

hedeftv.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib ki, 10 ildən artıqdır ki, Azərbaycandan İrana müalicə məqsədilə gedən xəstə sayı azalıb:

“Çünki ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində böyük uğurlar əldə olunub.

Səbəbləri aşağıdakılar kimi sıralamaq olar:

- Bugün ölkəmizdə xaricdə yüksək tibb təhsil almış müxtəlif ixtisaslı həkimlərin yetərincə olması;

- Bakıda və eləcə də regionlarda dünya səviyyəsində müasir standartlara cavab verən səhiyyə infrastrukturunun yaradılması;

- Səhiyyə sahəsində ən uğurlu islahat kimi İcbari Tibbi Sığortaya keçid;

- Dövlət büdcəsindən imkanları məhdud olan vətəndaşlar üçün maliyyə vəsaitinin ayrılması;

- Ölkənin hər yerində ilkin tibb xidmətinin təşkili;

- İlkin tibb xidmətinə əlçatanlıq üçün TƏBİB-in yaradılması;

- Səhiyyənin daha yüksək səviyyədə inkişaf etməsində Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə olan diqqət və dəstəyi. Eləcə də qeyd etmək lazımdır ki, hazırkı duruma təsir göstərən əsas məqamlardan biri də səhiyyə qanunvericiliyinin hər il daha da təkmilləşdirilməsidir”.

Milli Məclisin Səhiyyə komitəsinin digər üzvü Müşfiq Məmmədli isə vurğulayıb ki, İrana müalicə üçün axının azalması həm Azərbaycan səhiyyəsinin uğuru, həm də İranın öz daxili və geosiyasi problemlərinin təbii nəticəsidir:

“Azərbaycan isə bu boşluğu düzgün səhiyyə islahatları, dövlət siyasəti və infrastruktur yatırımları ilə tədricən doldurur və regionda etibarlı tibbi xidmət mərkəzinə çevrilmək potensialını açıq şəkildə nümayiş etdirir.



Əsas dəyişikliklər və təsirləri isə belə sıralamaq olar:

Xidmət çeşidinin artması: mürəkkəb diaqnostika və müalicə xidmətlərinin, məsələn, invaziv kardiologiya, neyrocərrahiyyənin sığorta çərçivəsinə daxil edilməsi səhiyyə xidmətlərinin keyfiyyətini yüksəldir və kəskin xəstəliklərin nəticələrinin yaxşılaşmasına imkan yaradır.

Əlçatanlıq və səmərəlilik: daha çox xidmətin sığorta tərəfindən qarşılanması xəstələrin müalicəni gecikdirmədən alma imkanlarını artırır və nəticədə xəstəliklərin ağırlaşmasına qarşı profilaktik təsir göstərir.

Maliyyə risklərinin azaldılması: xərclərin icbari sığorta tərəfindən qarşılanması xəstənin xərclərini azaldır və səhhət problemləri üzündən maliyyə çətinliklərinin qarşısını alır - bu, səhiyyə xidmətlərinin keyfiyyətli istifadəsini artırır.

Əhali sağlamlığının yaxşılaşması: dərmanların qarşılanması müntəzəm müalicə qəbulunu təşviq edir, xəstəlik nəticələrinin təhlükəli mərhələlərə keçməsinin qarşısını alır və komplikasiyalar riskini azaldır.

Maliyyə yükünün azalması: dərman xərclərinin azaldılması xüsusilə aşağı gəlirli ailələr üçün vacibdir - nəticədə səhiyyə xərcləri səbəbindən xəstələr müalicəni dayandırmır və daha yaxşı sağlamlıq nəticələri əldə edilir”.
Bugün, 17:00
Rəşad Mahmudov ürək cərrahlarını QINADI
Bugün, 16:30
Duru yağ bahalaşdı
Bugün, 16:00
Azərbaycandan İrana müalicəyə gedənlərın sayı azalıb - SƏBƏBLƏR
Bugün, 15:30
İşdən çıxarılan icra başçısını kim əvəz edir?
Bugün, 11:30
Bakıda Xalq artistinin oğlu DÖYÜLDÜ, xəstəxanaya yerləşdirilib - FOTO
Bugün, 11:00
Keşişlər Ermənistan ordusundan QOVULDULAR
Bugün, 10:30
Bu gün 6 min nəfər imtahan verəcək
Bugün, 10:00
Gənclərə verilən Prezident Mükafatı bu MƏBLƏĞDƏDİR
Bugün, 09:30
“Evdə tək”in məşhur aktrisası vəfat etdi
Bugün, 09:00
Goranboyda qazi anasını öldürdü, arvadını yaraladı
Dün, 18:00
Sabiq nazirə artıq pensiya ödənilibmiş- İndi geri alınır
Dün, 17:30
Tanınmış iş adamı həbs edildi
Dün, 17:00
Balıq ovlamaq istədi suya düşdü boğuldu
Dün, 16:30
Abşeronun prokuroru işdən azad olundu
Dün, 16:00
Kriminal ailənin 11 üzvü edam edildi
Dün, 15:30
Bu İcra Hakimiyyətində yeni təyinat
Dün, 12:00
Sahibə Qafarovanın qardaşı vəfat edib
Dün, 11:30
Arxeoloji tapıntılar sübut etdi: Çində qədim insanlar axmaq olmayıb
Dün, 11:00
Alimlər "Qiyamət anbarı"nı açdı: Toxumlar sahəyə çıxır
Dün, 10:30
Nəvələrinə baxan nənə və babaların sağlamlığı təhlükədədir - Mütəxəssislər açıqladı
Dün, 10:00
Lavrovdan Azərbaycan açıqlaması
Dün, 09:30
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri tutuldu
Dün, 09:00
Qızıl bahalaşıb "od qiyməti"nə oldu - bazarda son vəziyyət
29-01-2026, 18:00
Xəzərdə gəmi QƏZAYA UĞRADI
29-01-2026, 17:30
Sosial şəbəkə oyunları uşaqların davranışını necə dəyişir?
29-01-2026, 17:00
32 yaşlı diş həkimi 13 yaşlı qızla nişanlandı
29-01-2026, 16:30
Onlar əsgərlikdən tamamilə azad edilir