Rəsmi Bakıdan Ermənistan XİN-ə cavab
Gündəm / Siyasət
Oxunub: 126
4 Ock 2023 | 14:30
Rəsmi Bakıdan Ermənistan XİN-ə cavab

“Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Laçın yolunda etirazlar ilə əlaqədar 3 yanvar 2023-cü il tarixli növbəti bəyanatı tamamilə əsassızdır və beynəlxalq tərəfdaşlar arasında məsələ ilə bağlı çaşqınlıq yaratmaq və vəziyyəti süni gərginləşdirmək məqsədi daşıyır”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in 3 yanvar 2023-cü il tarixli bəyanatına dair şərhində bildirilib.

Qeyd olunub ki, Ermənistanın ərazilərimizin 30 il işğalı dövründə təbii sərvətlərimizin talanması faktına qarşı Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin etirazları ilə əlaqədar Ermənistan XİN-in təhrif dolu bəyanat verməsi təəccüblü deyil. Görünür ki, Ermənistan tərəfi hələ də Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərin davam etməsində maraqlıdır.

“Yaxşı məlumdur ki, Azərbaycan hökuməti 1 ildən artıq müddətdə, yəni 2021-ci ilin noyabr ayından etibarən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısını almaq məqsədilə müraciətlər ünvanlayıb, sonuncu dəfə 3-10 dekabr tarixlərində məsələni danışıqlar yolu ilə həll etməyə cəhd göstərib. Bütün bu səylərə baxmayaraq, erməni tərəfi müraciətlərə məhəl qoymayıb, aidiyyəti qurumların əraziyə girişinə maneçilik törədib və qanunsuz fəaliyyətləri davam etdirməyə çalışıb. Məhz bütün bu hərəkətlər Azərbaycan ictimaiyyətinin haqlı etirazına səbəb olub və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə dinc nümayiş keçirilir.

Bu etirazlara qarşı səslənən hər bir fikir məhz Azərbaycanın suverenliyi, ərazi bütövlüyü kimi beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozuntusu, Azərbaycan ərazisində mövcud olan bütün təbii sərvətlərin Azərbaycan Respublikasına məxsusluğu barədə müddəanın əks olunduğu ölkə Konstitusiyasına və etirazçıların hüquqlarına qarşı hörmətsizlik kimi dəyərləndirilir və qəbuledilməzdir.

Bununla yanaşı, etirazların guya Laçın yolunun bağlanması ilə nəticələndiyi və humanitar böhran yarandığı iddiaları eyni dərəcədə əsassızdır. Gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və sülhməramlı kontingentə məxsus nəqliyyat vasitələrinin, tibbi avtomobillərin yoldan maneəsiz keçidi danılmaz bir faktdır. Həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacların operativ şəkildə həll etməyə hazırlıq, həm Azərbaycan hökuməti, həm də vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən bəyan olunub.

Azərbaycan tərəfinin yolun açıq olduğu və Üçtərəfli bəyanatla təyinatı üzrə istifadə edilə biləcəyi barədə erməni sakinlərə çağırışlarına baxmayaraq, özlərini Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri kimi təqdim edən təxribatçıların əhalini yoldan istifadədən çəkindirməsi faktları bir daha sübut edir ki, məhz belə şəxslər etirazlar barədə yalnış təəssürat yaratmaqla öz qeyri-qanuni və çirkin əməllərini davam etdirmək məqsədi güdürlər.

Üçtərəfli bəyanatın pozulması barədə iddialara gəldikdə xatırlatmaq istərdik ki, Ermənistan liderinin də imza atdığı Üçtərəfli bəyanata əsasən, Laçın yolundan qeyri-qanuni çıxarılan təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycandan hələ də tam çıxarılmayan erməni silahlı qüvvələrin hərbi təchizatının davam etdirilməsi, Azərbaycan ərazisinə minalar ötürmək və yerləşdirməklə mina təhdidinin artırılması, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi və s. bu kimi qeyri-qanuni fəaliyyətlər üçün nəzərdə tutulmadığı və bütün bu hərəkətlərin Üçtərəfli bəyanatın kobud pozuntusu olduğu Ermənistan tərəfinə yaxşı məlumdur.

BMT Təhlükəsizlik Şurasının (TŞ) 20 dekabr 2022-ci il tarixli iclası ilə bağlı Ermənistan XİN-in manipulyasiya kampaniyasına baxmayaraq, demək olar ki, bütün BMT TŞ üzv dövlətləri Üçtərəfli Bəyanat üzrə öhdəliklərin yerinə yetirilməsinə, eləcə də suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi ilə bağlı çağırışlar etdikləri, bununla da, Azərbaycanın mövqeyini təsdiqlədikləri, Ermənistanın təxribatlarına dəstək nümayiş etdirilmədiyi bəllidir. Azərbaycan ərazisinə hər hansı bir missiya göndərmək barədə Ermənistanın çağırışları Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı növbəti təxribat kimi qiymətləndirilir və buna son qoyulmalıdır.

Ermənistan XİN-in Azərbaycanı deportasiya və etnik təmizləmədə təqsirləndirməsi absurd olmaqla yanaşı, 20 əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi Ermənistan və Azərbaycan ərazisində sistematik və ardıcıl etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir. Azərbaycana qarşı ərazi iddialarının növbəti dəfə baş qaldırdığı 1987-ci ildən bəri 1 milyona yaxın azərbaycanlıya qarşı deportasiya və etnik təmizləmə həyata keçirilməsi, azərbaycanlılara qarşı Ermənistan tərəfindən qırğınlar törədilməsi tarixi bir faktdır. Bununla yanaşı, xatırlatmaq yerinə düşər ki, 44 günlük Vətən müharibəsində belə, döyüş bölgəsindən xeyli aralı olan ərazilərdə həlak olan azərbaycanlı mülki əhalinin sayı həlak olmuş erməni mülki əhalinin iddia edilən sayından dəfələrlə çox olub. Bütün bunlar hansı tərəfin mülki əhalini hədəf aldığını göstərən danılmaz sübutlardır.

Azərbaycan bir daha Ermənistanı beynəlxalq hüquqdan və Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməyə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır. Azərbaycanın regional sülh, sabitlik və inkişaf ilə bağlı mövqeyi prinsipial və ardıcıldır, beynəlxalq hüquqa və formalaşmış beynəlxalq təcrübəyə əsaslanan tədbirlər davam etdiriləcək”, - məlumatda vurğulanıb.
Bugün, 13:14
Rusiyada Səfərov qardaşlarının amansızlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bugün, 12:41
Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi keçirilir - GÖRÜNTÜLƏR
Bugün, 12:12
Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik - Ekspertiza rəyi
Bugün, 11:46
Nazir: Ağdamda keçirilən beynəlxalq tədbirdə gənclərin fəaliyyət planı hazırlanacaq
Bugün, 11:19
İlham Əliyev Ruanda Prezidentini təbrik edib
Bugün, 08:30
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
Dün, 16:54
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Baksol yolu"ndakı bədbəxt hadisəyə dair açıqlama yayıb
Dün, 16:32
İyulda Bakıda və bəzi bölgələrdə 40 dərəcə isti olacaq - AYLIQ PROQNOZ
Dün, 16:06
İlham Mirzəliyev Tərtərdə vətəndaşları qəbul edəcək
Dün, 15:29
Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edib
Dün, 15:06
Qohum nikahlarının qarşısı xüsusi informasiya sistemində yoxlanılaraq alınacaq
Dün, 12:37
Sabah Bakıda hava yağmursuz olacaq
Dün, 12:01
Cümşüdün ölümü ilə bağlı cinayət işi BAŞLADI
Dün, 11:38
Sabahdan Azərbaycanda bu müavinətlərin məbləği artırılır - SİYAHI
Dün, 11:06
Mərakeşli deputatlar Zəfər parkında - FOTO
Dün, 10:40
Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək
Dün, 09:58
Yuri Qusev: Ukrayna Yekaterinburqda azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir
Dün, 09:28
Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alan var
Dün, 09:04
Cəbrayıl, Zəngilan və Laçında əmək yarmarkalarında 60 vakansiya təqdim olunub
Dün, 08:41
Bakının bir sıra yollarında tıxac yaranıb
28-06-2025, 19:18
Şabranda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB
28-06-2025, 18:43
Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapılıb
28-06-2025, 08:49
5 ay əvvəl Kürdə batan şəxsin meyiti tapıldı
28-06-2025, 08:17
İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlar aparmaq istəyir
28-06-2025, 07:40
Rusiya Odessaya hücum edib, ölən və xəsarət alanlar var
26-06-2025, 11:44
İlham Əliyev iranlı həmkarı ilə danışıb, regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını ifadə edib
26-06-2025, 11:12
Xankəndi şəhərində Silahlı Qüvvələrin 107-ci ildönümü qeyd edilir