Xaricdən gətirdiyiniz telefonlara görə cərimələnə bilərsiz - Bu tarixdən

Fevralın 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.
Bununla bağlı artıq Dövlət Gömrük Komitəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytlarında müvafiq bildirişlər göstərilir.
Azərbaycan Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli qərarına əsasən, xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Lakin bugünədək müəyyən yayınma halları mövcud idi. Yuxarıda göstərilən tarixdən isə bəyan edilməyən və rüsumu ödənilməyən mobil cihazların ölkə daxilində İMEİ qeydiyyatı həyata keçirilməyəcək.
Texnobloqer Fərid Pərdəşünas da müvafiq qərarı izah edib. Onun sözlərinə görə, qanuna əsasən, hər bir şəxs 800 dollar dəyərində məhsulu özü ilə ölkəyə rüsumsuz gətirə bilər: “Məsələn, siz 1000 dollara Amerikadan iPhone 14 alıb, ölkəyə gətirirsinizsə, bu zaman onun İMEİ kodunu gömrükdə bəyan etməlisiniz. Və həmin məbləğdən 800 dollar azaldılacaq. Yerdə qalan 200 dollar üçün 36% rüsum ödəniləcək. Yəni rəsmiləşmə üçün 72 dollar ödəniləcək. Əlavə olaraq istifadə üçün İMEİ qeydiyyat rüsumu da 1 ay müddətinə ödənilməli olacaq”.
O qeyd edib ki, burada əsas zərbə müxtəlif yollarla ölkəyə smartfon idxal edib, daha ucuz qiymətə satan kiçik mağazalara dəyəcək.
Xatırladaq ki, Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliyə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə onun İMEİ nömrəsini dəyişdirənlər 12 min manatadək cərimələnəcək.
Gömrük sərhədindən keçirilən mobil telefonun bəyan edilməməsi isə öz növbəsində inzibati məsuliyyət yaradır.


Dün, 18:00
Restoranda "qusma rüsumu"- lüks məkan görünməmiş addım atdı
Dün, 17:30
271 nömrəli məktəbdəki olayın ŞOK pərdəarxası
Dün, 17:00
Hacıbaba Əzimov VƏFAT ETDİ
Dün, 16:30
Sabah yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ
Dün, 16:00
Xərçəngə qarşı peyvəndin tətbiqinə BAŞLANILDI
Dün, 12:00
TDT-yə üzv ölkələrin QHT-lərinin Forumu keçirilir
Dün, 11:30
Tramp Tayvana silah satışını dayandırdı
Dün, 11:00
Sabiq icra başçısı vəfat etdi
Dün, 10:30
Corat bağlarından meyit tapıldı
Dün, 10:00
Hantavirusa görə apteklərdə maska tapılmır
Dün, 09:30
WUF13-ə qeydiyyat başa çatdı
Dün, 09:00
Magistral yol çökdü, Bakıya giriş bağlandı
15-05-2026, 18:00
Dövlət torpağı almadan magistral yol çəkə bilərmi? – Mürtəce qanunla bağlı məsləhətləşmə
15-05-2026, 17:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - Qıtlıq gəlir, tədarük görün
15-05-2026, 17:00
Ukrayna “Turan birliyi”nə qoşulur-daha hansı dövlətlər var?
15-05-2026, 16:30
Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
15-05-2026, 12:00
Azərbaycan təmsilçisi "Avroviziya - 2026"nın finalına çıxa bilməyib
15-05-2026, 11:30
Taksidən istifadə edən sərnişinlərin NƏZƏRİNƏ
15-05-2026, 11:00
Film kimi HADİSƏ - Vəzifəli şəxs inək cəsədinin içində ölkədən qaçdı
15-05-2026, 11:00
Vado Korovinin "Space" TV-dəki kadrları işdən çıxarıldı - FOTO
15-05-2026, 10:30
Kiyevə dəhşətli raket hücumu: ölənlərin sayı artdı
15-05-2026, 10:00
Tam şəffaf olmaq üçün işimiz çoxdur - mədəniyyət naziri
15-05-2026, 09:30
Toylar Azərbaycan incəsənətini yaşadan platformadır - NAZİRDƏN AÇIQLAMA
15-05-2026, 09:00
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
14-05-2026, 18:00
Bakıda bu ərazidə yaşayırsınızsa, evinizin qapısı DÖYÜLƏCƏK - SƏBƏB
14-05-2026, 17:30
Bu ölkədə yanacaq bitdi, paytaxt elektriksiz qaldı - Xalq küçələrə axışdı
14-05-2026, 17:00
Fərdi həkim kimi işləmək istəyənlər üçün TƏLƏBLƏR