Tehrandakı səfirliyimizin fəaliyyəti bu halda bərpa olunacaq - Bakı şərt qoydu
Gündəm / Sosial
Oxunub: 171
2 Şub 2023 | 10:31
Tehrandakı səfirliyimizin fəaliyyəti bu halda bərpa olunacaq - Bakı şərt qoydu


Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra rəsmi Bakı diplomatik nümayəndəliyin fəaliyyətinin dayandırılmasına qərar verdi. Başda səfir Əli Əlizadə olmaqla, bütün diplomatlar və onların ailə üzvləri İrandan təxliyə olundu.

Bəs, səfirliyin fəaliyyəti nə vaxt bərpa olunacaq? Bakının bununla bağlı hansı şərtləri var?

Mövzu ilə bağlı Modern.az-a danışan sabiq dövlət müşaviri politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini dayandırması səbəbsiz deyil və Bakının atdığı addım doğrudur:

“Azərbaycanla İran arasında diplomatik əlaqələr tam kəsilməyib. Sadəcə olaraq bu ölkədəki səfirliyimizin fəaliyyəti dayandırılıb. Buna səbəb İranın səfirliyi qoruya bilməməsi, diplomatik missiyalara tamamilə başqa gözlə, terrorçu gözü ilə baxması olub”.
Tehrandakı səfirliyimizin fəaliyyəti bu halda bərpa olunacaq - Bakı şərt qoydu

Politoloq hesab edir ki, hazırkı gərgin vəziyyət uzun çəkməyəcək:

“Mən vəziyyətin həmişəlik belə qalacağını düşünmürəm. Vəziyyət tələb etdikdə, səfirliyimiz İranda öz işinə davam edəcək. Ancaq bunun üçün İran bir sıra şərtləri ödəməlidir. Səfirliyə hücum edən terrorçunun təhqiqatı obyektiv aparılmalı, hücumçunun terrorçu olması və arxasında hansı siyasi qüvvələrin olması bəyan edilməlidir. Belə olan halda səfirliyin bərpası mümkündür. Eyni zamanda İranda yaşayan 40 milyona yaxın azərbaycanlının müəyyən hüquqlarının bərpa olunması səfirliyin fəaliyyətinin bərpa edilməsinə şərait yarada bilər”.
Tehrandakı səfirliyimizin fəaliyyəti bu halda bərpa olunacaq - Bakı şərt qoydu

Politoloq Fikrət Sadıqov isə düşünür ki, ilk növbədə istintaqın gedişatına nəzarət etmək lazımdır. Onun sözlərinə görə, İran Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirməyə borcudur:

“Çalışmalıyıq ki, istintaq şəffaf şəkildə aparılsın. Terrorçu hansı niyyətlə səfirliyimizə hücum edib, onun arxasında hansı qüvvələr dayanıb, kim bu hücumda maraqlıdır və faktlar üzə çıxarılmalıdır. Məncə, İran-Azərbaycan münasibətlərinin taleyi məhz istintaqın nəticələrindən asılı olacaq”.

“Bizə konkret nəticə lazımdır. Qoy, rəsmi Tehran bu hücumun arxasında kimlərin dayandığını, bu qüvvələrin konkret niyyətlərinin nə olduğunu öyrənib, bizə xəbər versin. Əks halda münasibətlərimiz təbii ki, gərgin olaraq qalacaq. Hər halda bizim heç bir günahımız yoxdur. Gərginliyin daha da kəskinləşməsində maraqlı deyilik. Bu baxımdan Azərbaycan Təbrizdəki baş konsulluğunu bağlamaq niyyətində deyil. Bir şərtlə ki, Baş konsulluğa da təhlükə yaranmasın”, - sabiq diplomat əlavə edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb. İran hakimiyyəti terror aktını ört-basdır etmək üçün hadisənin guya ailə münaqişəsi zəminində baş verdiyini açıqlayıb. Lakin əldə olunan faktlar Tehranın saxta iddialarını tamamilə ifşa edib.
Dün, 18:00
Bu şəxslərə böyük məbləğdə ÖDƏNİŞ VERİLƏCƏK - Yeni QƏRARIN DETALLARI
Dün, 17:30
“Georgi lenti” qalmaqalında həbs edilən Saleh Səmədov hakim qarşısında– Ev dustaqlığı istədi, məhkəmə rədd etdi
Dün, 17:00
Türkiyədəki dəhşətli selin GÖRÜNTÜLƏRİ YAYILDI
Dün, 16:30
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar – biri öldü, digəri ağır cəza aldı
Dün, 16:00
Qızıl qaynayan bu torpaqlar sahibsiz qalıb
Dün, 12:00
Bakıdan verilən mesaj: Gələcəyin şəhərləri “Böyük Qayıdış”dan qlobal liderliyə
Dün, 11:30
Molokanların yaşadığı İvanovkada ev almaq trendə çevrilib
Dün, 11:00
Pediatriya Mərkəzinə təyinat alan yeni direktor: “Planlarım var”
Dün, 10:30
Bakıda V Uşaq Kitab Festivalı keçirilir
Dün, 10:00
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Dün, 09:30
ABŞ Zəngəzur dəhlizi ilə bağlı işə başladı
Dün, 09:00
Sabahdan WUF13 akkreditasiya kartları veriləcək
12-05-2026, 18:00
Bakıda 17 milyona klinika satılır
12-05-2026, 17:30
Cəbrayılda siqaret istehsal ediləcək
12-05-2026, 17:00
Lökbatanda yanan "Kontakt Home"un anbarı olub - FOTO
12-05-2026, 16:30
Qubada bu kəndlərin adı milliləşdirildi
12-05-2026, 16:00
Azərbaycanda nadir Qurani-Kərim satışa çıxarıldı: 50 min manata - FOTO
12-05-2026, 12:00
Gəncədə qadın körpüdən çaya yıxılıb
12-05-2026, 11:30
Başçı Maştağaya NƏZARƏTİ İTİRİB? - GÖRÜNƏNİ BUDUR...
12-05-2026, 11:00
Bakıda pulsuz avtobuslar BU TARİXDƏN işləyəcək
12-05-2026, 10:30
Ordumuzun iki hərbçisi minaya düşdü
12-05-2026, 10:00
25 günün əsgəri vəfat etdi - FOTO
12-05-2026, 09:30
Yanğın ərazisinə helikopter cəlb edildi
12-05-2026, 09:00
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
12-05-2026, 08:30
Bu ölkədə yanacaq vergisi ləğv edildi
12-05-2026, 08:00
Lökbatanda böyük anbar YANIR
11-05-2026, 14:22
"Ayaks" Zinçenkonu saxlayacaqmı? - Dəqiqləşdi