“Zaminbank”ın həbsdə olan keçmiş rəhbərinin cəzası AZALDILDI

“Zaminbank”ın həbsdə olan keçmiş rəhbəri Nadir İsmayılovun cəzası azaldılıb.
hedeftv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış hökmə Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilib. Hakim Mirəzli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, tanınmış bankirin həbs müddəti 14 ildən 10 ilə endirilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub. Külli miqdarda mənimsəmə ittihamı ilə 2020-ci ildə həbs edilib. N.İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.
Məhkəmədə araşdırması zamanı məlum olub ki, sabiq bankir 72.3 milyon manatı qulluq mövqeyindən istifadə edərək mənimsəyib. 5 milyon manatı isə dələduzluq yolu ilə ələ keçirib. Cinayət işinin materiallarına görə, “Zaminbank”ın bu günə olan cəmi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır.
Qeyd edək ki, iş üzrə zərərçəkmişlər arasında “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov və məşhur skripkaçı Ceyhun İsmayılov da olub.
Bundan başqa Nadir İsmayılovun aşağıdakı əmlakları da müsadirə edilib:
- Bakı şəhəri, Nəsimi rayonunda yerləşən iki mənzil;
- Bakı şəhəri, Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi;
- Bakı şəhəri, Xətai rayonunda yerləşən 0,3809 kv.m və 0,0804 hektar torpaq sahəsi;
- Bakı şəhəri, Xətai rayonunda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi;
- Ailə üzvlərinə məxsus mənzil;
- Ailə üzvlərinə məxsus fərdi yaşayış evi;
- Ailə üzvlərinə məxsus 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;
- “Jeep Wrangler”, “Mersedes Benz S500”, “Bentley Continental” və “Mersedes Benz G63 AMG” markalı avtomobillər.
Bugün, 13:00
Əməkdar artist vəfat etdi
Bugün, 12:30
İmtahandan qayıdan şagirdlər qəzaya düşdü
Bugün, 12:00
Bu ölkədə qadın qatilləri ömürlük HƏBS EDİLƏCƏK
Bugün, 11:30
Yaşayış binalarında kombi qadağandır - Nə ilə əvəzlənəcək?
Bugün, 11:00
Süd BAHALAŞACAQ
Bugün, 10:30
Rusiya ordusunda dəhşət: hərbçilər kannibalizmə əl atıblar
Bugün, 10:00
Goranboyda yeniyetməni cərəyanı vuraraq öldürdü
Bugün, 09:30
Putin Rusiyada Əraqçi ilə görüşəcək
Bugün, 09:00
"Qarabağ" "Neftçi"ni məğlub edib
25-04-2026, 17:30
Universitet müəllimi azərbaycanlı tələbənin qızını təhqir etdi
25-04-2026, 17:00
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
25-04-2026, 16:30
Yüz minlərlə evin gecikən “kupça”sı – tək çıxış YOLU
25-04-2026, 16:00
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır – gizli səbəblər üzə çıxır
25-04-2026, 12:00
77 yaşlı Puqaçova əlində əsa ilə
25-04-2026, 11:30
Bel ağrısı təhlükəlidir
25-04-2026, 11:00
Ukraynaya kütləvi hücum: insanlar dağıntılar altında
25-04-2026, 10:30
Orduda dəqiqlik yarışı, sərrast atıcılar seçildi - FOTOLAR
25-04-2026, 10:00
Kassa çekləri sağlamlıq üçün təhlükəlidir - Professor açıqladı
25-04-2026, 09:30
ABŞ-da MÜƏMMA: ölən və yoxa çıxan 12 alim
25-04-2026, 09:00
Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı
24-04-2026, 18:00
Dünya iqtisadiyyatı durğunluq dövrünə adlaya bilər - qorxunc proqnoz
24-04-2026, 17:30
Ailə qurmağa stimul: bu səbəbə görə gənclərə pul ödəyəcəklər
24-04-2026, 17:00
Ötən gün dövlət xidmətinin rüşvətə görə saxlanılan vəzifəli şəxslərinin TAM SİYAHISI
24-04-2026, 16:30
Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb
24-04-2026, 16:00
İran müharibəsi Böyük Britaniya və Hindistanda dərmanları bahalaşdırdı
24-04-2026, 12:00
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
24-04-2026, 11:30
Azərbaycan güləşçisi bürünc medal qazanıb