Yeni qanun işığın qiymətini bahalaşdıracaq?
Gündəm / İqtisadiyyat
Oxunub: 145
18 Nis 2023 | 10:23
Yeni qanun işığın qiymətini bahalaşdıracaq?

Xəbər verildiyi kimi, Milli Məclisdə “Elektroenergetika haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Hərçənd ki, bəzi deputatlar yeni qanunun ölkədə elektrik enerjisinin bahalaşmasına gətirib çıxaracağını bildirirdilər. Bu baxımdan qanunun qəbul edilməsinin erkən olduğu qeyd edilirdi.

Energetika naziri Pərviz Şahbazov isə müzakirələr zamanı bildirib ki, sənəd potensial investisiya cəlb etməyi ehtiva edir. Məqsəd dövlətin zəmanəti olmadan özəl şirkətlərin investisiya qoymasıdır.

Nazirin sözlərinə görə, yaxın perspektivdə qiymətlərin sərbəstləşdirilməsi nəzərdə tutulmur. O qeyd edib ki, bazar modeli tam fəaliyyətə başladıqdan sonra elektrik enerjisinin ötürmə və paylama fəaliyyəti dövlət inhisarında qaldığı üçün qiymətləri tənzimlənəcək.

Ümumiyyətlə, “Elektroenergetika haqqında” yeni qanun elektrik enerjisinin qiymətləri barədə nələri vəd edir? Doğrudanmı, qiymət artımı olmayacaq?

Qüvvədə olan “Elektroenergetika haqqında” Qanun 1998-ci ildə qəbul edilib. 8 fəsil 24 maddədən ibarət olan qanun yenisi ilə müqayisədə daha az məsələni əhatə edir. Yeni qanun isə özü ilə xeyli yeniliklər gətirir. Bunlardan başlıcası elektrik enerjisi bazarının subyektlərinin sayının artmasıdır. Hazırda bu sahənin subyektlərinə “Azərenerji”, “Azərişıq” və elektrik enerjisi istehlakçıları aiddir. Yeni qanunla isə elektrik enerjisi sahəsində fəaliyyət istiqamətlərinin biri-birindən ayrılması nəzərdə tutulur.
Yeni qanun işığın qiymətini bahalaşdıracaq?

P. Şahbazov bildirib ki, beynəlxalq maliyyə institutları istehsal və ötürmə fəaliyyətinin bir yerdə olmasını əsas gətirərək bu sahəyə vəsait ayırmırlar. Çünki maliyyə qurumları bu sahədə səmərəliliyi hesablaya bilmir. Bu iki struktur ayrılanda isə sistemdə hesablama nəticəsində hər bir stansiyanın nə qədər və hansı qiymətə elektrik enerjisi istehsal edə bildiyi hesablanacaq.

Beləliklə, elektrik enerjisi bazarının subyektləri elektrik enerjisi istehsalçıları, ötürücü sistem operatoru, paylayıcı sistem operatoru, qapalı paylayıcı şəbəkə operatoru, bazar operatoru, təchizatçı (topdan və pərakəndə satış üzrə), istehlakçılardan ibarət olacaq.

Yeni qanunla elektrik enerjisinin istehsalı istehsalçı tərəfindən həyata keçiriləcək. İstehsalçı elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyəti ilə məşğul ola bilməyəcək. Ən əsası isə istehsalçı istehsal etdiyi elektrik enerjisini topdansatış bazarı qaydaları ilə müəyyən edilmiş prinsiplər əsasında satacaq. Yəni, hazırda olduğu kimi, qiymət dövlət tərəfindən müəyyən edilməyəcək.

Həmçinin ötürücü sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, paylanması və təchizatı fəaliyyəti ilə məşğul ola bilməz. Ötürücü sistem operatoru elektrik enerjisinin ötürülməsinə verilmiş icazə əsasında fəaliyyət göstərəcək.
Yeni qanun işığın qiymətini bahalaşdıracaq?

Bazarın digər seqmenti olan paylayıcı sistem operatoru paylayıcı şəbəkənin idarə edilməsini, gücləndirilməsini və genişləndirilməsini, ona texniki xidmətin göstərilməsini, həmçinin istehlakçılara və paylayıcı şəbəkənin digər istifadəçilərinə elektrik enerjisinin paylanmasını təmin edəcək. Həmçinin paylayıcı sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər də elektrik enerjisinin istehsalı, ötürülməsi və təchizatı fəaliyyəti ilə məşğul ola bilməyəcək.

Öz növbəsində qapalı paylayıcı şəbəkənin idarə edilməsini, istismarını, yenilənməsini və genişləndirilməsini qapalı paylayıcı şəbəkə operatoru təmin edir.

Elektrik enerjisinin təchizatçısı isə elektrik enerjisinin topdan və ya pərakəndə satışını həyata keçirir. İstehlakçıların elektrik enerjisi ilə təchizatı təchizatçılar tərəfindən həyata keçiriləcək. Eyni zamanda, elektrik enerjisinin təchizatçısı da elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyəti ilə məşğul ola bilməyəcək.
Elektrik enerjisinin mərkəzləşdirilmiş bazarının fəaliyyətinin təşkili isə bazar operatoru tərəfindən həyata keçirilir. Bazar operatoru topdansatış bazarı subyektlərinin elektrik enerjisinin mərkəzləşdirilmiş bazarına girişini, onları qiymətlər (tariflər) haqqında, topdansatış bazarı qaydaları və balanslaşdırma qaydaları ilə müəyyən olunan digər məlumatlarla təmin edəcək.

Elektrik enerjisi sahəsində fəaliyyət istiqamətlərinin biri-birindən ayrılması nəticəsində yeni subyektlərin yaranması, həmçinin yeni qiymətlər (tariflər) deməkdir.
Yeni qanun işığın qiymətini bahalaşdıracaq?

Onların bir çoxunun tənzimlənməsi nəzərdə tutulur. Elektroenergetika sektorunda tənzimlənən qiymət və tariflərə elektrik enerjisinin ötürülməsi, paylanması və bazar operatorunun xidmətlərinin tarifləri, ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri aiddir. Bundan başqa, sərbəst olmayan istehlakçılara (istehlakı nəzərdə tutulan səviyyədən aşağı olan) və istisna halda sərbəst istehlakçılara elektrik enerjisinin təchizatı tarifləri də tənzimləyici tərəfindən tənzimlənəcək. Burada tənzimləyici elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı sahələrində dövlət tənzimlənməsini və nəzarətini həyata keçirən və statusu qanunla müəyyən edilən qurum olacaq.

Elektrik enerjisinin topdansatış bazarında qiymətlərin formalaşması isə elektrik enerjisi alıcıları və satıcılarının qiymət təklifləri əsasında tələb və təklifin balansından asılı olacaq. Sənəddə qeyd edilib ki, topdansatış bazarında qiymət təkliflərinin verilməsi və qiymətin formalaşması topdansatış bazarı qaydaları və balanslaşdırma qaydaları ilə müəyyən ediləcək. Həmçinin ikitərəfli müqavilələr bazarında elektrik enerjisinin alıcıları və satıcıları ikitərəfli müqavilə şərtlərini və qiymətləri sərbəst müəyyən edəcəklər. Başqa sözlə, topdansatış bazarında qiymətlər tənzimləyici tərəfindən tənzimlənməyəcək.

Sənəddə bildirilir ki, elektroenergetika sektorunda qiymətlər (tariflər) elektroenergetika subyektlərinin elektrik enerjisinin ötürülməsi və paylanması üzrə əsaslandırılmış xərclərini tam ödəməklə, elektroenergetikanın inkişafını təmin etməli və sosial-iqtisadi inkişafı stimullaşdırmalıdır. Həmçinin azad rəqabət münasibətlərinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi nəzərdə tutulur. Bu isə müəyyən subyektlər üzrə qiymətlər (tariflər) tənzimlənsə də, ümumilikdə, qiymət siyasətinin bazar iqtisadiyyatının tələblərinə uyğun həyata keçiriləcəyinə işarə edir.
Yeni qanun işığın qiymətini bahalaşdıracaq?

Elektrik enerjisi bazarının yeni elementlərinin tətbiqi prosesinin üç mərhələdən ibarət olması nəzərdə tutulub:

- Qanunun qüvvəyə minəcəyi gündən 2025-ci il iyunun 30-dək davam edəcək birinci mərhələdə elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyəti hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılacaq. Həmçinin elektrik enerjisinin ötürülməsi, elektrik enerjisinin topdan və pərakəndə satış qiymətləri (tarifləri), habelə ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri tənzimlənəcək.

- 2025-ci il iyulun 1-dən 2028-ci il iyunun 30-dək davam edəcək ikinci mərhələdə elektrik enerjisinin topdansatış bazarının fəaliyyətini təşkil etmək məqsədilə ötürücü sistem operatorunun tabeliyində ayrıca hüquqi şəxs kimi bazar operatoru yaradılacaq (üçüncü mərhələdə isə bu qurum müstəqil olacaq). Bazar operatoru tərəfindən müəyyən istisnalarla bütün istehsalçılardan elektrik enerjisi alınacaq və təchizatçılara satılacaq. Həmçinin ötürücü və paylayıcı sistem operatorları tərəfindən elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyətlərinin həyata keçirilməsinə başlanılacaq. Bu mərhələdə, eyni zamanda, elektroenergetika sektorunda tənzimlənməsi nəzərdə tutulan qiymət və tariflər tənzimlənəcək.

- Üçüncü mərhələ isə 2028-ci il iyulun 1-dən başlayacaq. Bu mərhələdə qiymətlərə (tariflərə) təsir edəcək hər hansı bir tədbirin görülməsi nəzərdə tutulmur. Lakin sözügedən sənədin elektrik enerjisi qiymətlərinə təsiri bu mərhələdə özünün göstərəcək. Ötürmə və paylama fəaliyyətlərinin dövlət inhisarında qalacağını nəzərə alanda, bunu qiymətlərə təsir aləti kimi də qiymətləndirmək mümkündür. Yəni, dövlətin nəzarətində qalacaq ötürmə və paylama fəaliyyətlərindəki tariflərin tənzimlənməsi ilə lazım gələndə qiyməti “yumşaltmaq” mümkün olacaq.

“Qafqazinfo”
Dün, 18:23
Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb mərkəzində olub
Dün, 16:16
Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib
Dün, 15:26
MSK bələdiyyə seçkilərində daha 10 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb
Dün, 14:41
İranın Suriya səfirliyinin əməkdaşı öldürülüb
Dün, 13:58
Makronun doğum günündə qalmaqal: Fransa prezidenti irqçilik və homofobiyada ittiham olunur
Dün, 12:33
Direktorların işə qəbulu üzrə imtahan keçirilir
Dün, 11:41
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Dün, 10:43
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
Dün, 10:05
Bu ilin 11 ayı ərzində 505 yol qəzası olub, 344 nəfər ölüb
Dün, 09:29
Premyer Liqa: Bu gün daha iki oyun baş tutacaq
20-12-2024, 19:42
Ərdoğan: Beynəlxalq təhlükəsizlik nizamında ciddi hadisələr baş verir
20-12-2024, 18:33
Baş nazir maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini təsdiqləyib
20-12-2024, 17:04
Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentini təbrik edib
20-12-2024, 16:33
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb
20-12-2024, 15:27
Azərbaycanın D-8-ə üzvlüyü: yeni dünyanın qurulmasına qatılmaq üçün etimad - ŞƏRH
20-12-2024, 14:13
Antonio Koşta: Aİ Ukraynaya yardım göstərməyə davam edəcək
20-12-2024, 13:38
Milli Məclisin növbəti plenar iclası dekabrın 27-də keçiriləcək
20-12-2024, 13:03
Bakıda Yeni ilə hazırlıq görülür
20-12-2024, 11:24
Qumar, narkotik maddələrin məktəblərdə ticarəti - Çirkab içində olan Ermənistan - ŞƏRH
20-12-2024, 10:34
Azərbaycanda abituriyent imtahan qaydalarını pozduğuna görə HƏBS EDİLİB
20-12-2024, 09:53
İcma Ermənistandan azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edib
20-12-2024, 09:21
Xalq rəssamı Tofiq Ağababayev vəfat etdi
20-12-2024, 08:56
Bakının bir sıra yollarında tıxac yaranıb
19-12-2024, 18:55
Azərbaycan Fələstinə 2 milyon dollar yardım ayırıb
19-12-2024, 18:37
Azərbaycanda yeni Mərkəz yaradıldı
19-12-2024, 17:25
Goranboyda avtomobil aşıb, ölən var
19-12-2024, 16:34
Tovuzda məktəbdə baş verən hadisə nazirliyin nəzarətindədir - RƏSMİ