Prezidentə Tuğ kəndindəki turizm layihələri barədə məlumat verilib
Gündəm / Siyasət
Oxunub: 127
5 May 2023 | 17:44
Prezidentə Tuğ kəndindəki turizm layihələri barədə məlumat verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər.

Dövlətimizin başçısına və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verildi.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirdi ki, Agentlik Tuğda təqdim etdiyi turizm konseptual yanaşma çərçivəsində üç istiqamətdə - tarixi-memarlıq üslubunu qorumaqla mədəni turizmin inkişaf etdirilməsi, təbiət resurslarından səmərəli istifadə edib ekoturizm və “yaşıl destinasiya” konseptində turizm sənayesinin inkişaf etdirilməsi və aqroturizm resurslarından istifadə etməklə dayanıqlı və icma əsaslı turizm inkişaf konsepsiyası üzrə layihələrin həyata keçirilməsini planlaşdırır.

Qeyd olundu ki, ilk mərhələdə Tuğ kəndində keçmiş məktəb binası olmuş yaşayış korpusunun konservasiyası nəzərdə tutulur. Kəndin tarixi memarlığı dərindən öyrənildikdən və kifayət qədər yerli memarlıq üslubunda elmi-tədqiqat və elmi təhlillər, praktiki təcrübə qazanıldıqdan sonra bu abidənin bərpası layihəsi həyata keçirilə bilər. Çünki Tuğda ənənəvi Azərbaycan memarlığına işğal dövründə çox müdaxilə edilib və bəzi tikililər açıq-aşkar vandalizmə məruz qalıb. Buna görə də ilkin olaraq ümumi sahəsi 1464 kvadratmetr olan tikililərin konservasiyası və konsolidasiyası işləri ilə yanaşı, 6515 kvadratmetrlik ətraf ərazisinin abadlaşdırılması nəzərdə tutulur. Bundan başqa, kəndin mərkəzi hissəsində yerləşən, ümumi sahəsi 450 kvadratmetr olan mövcud tarixi tikililərin bərpa edilərək Turizm İnformasiya Mərkəzi və şərab dequstasiya yeri kimi istifadə edilməsi nəzərdə tutulur. Tuğ kəndinə gələcəkdə turizm axını ilə əlaqədar burada keyfiyyətli xidmətlərin göstərildiyi iaşə obyektinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, tarixən şərabçılıq destinasiyası kimi tanınan Tuğ kəndi Xocavənd və Füzuli rayonlarının üzüm sahələrindən toplanan məhsuldan alınan şərabları ilə məşhur olub. Şərab zavodunun ümumi sahəsi 1300 kvadratmetrdir və onun ətrafındakı 850 kvadratmetrlik sahənin abadlaşdırılması nəzərdə tutulur. Zavod üçün müasir turizm konsepti tətbiq ediləcək. Belə ki, bura yalnız şərab istehsal edilən yer deyil, həmçinin Tuğ bölgəsində tarixən mövcud olmuş şərabçılıq ənənəsinin təbliğ olunduğu məkana çevriləcək. Kompleksin tərkibində müxtəlif tədbir və festivalların keçirilməsi üçün çoxtəyinatlı məkanlar olacaq.

Diqqətə çatdırıldı ki, Kulinariya Təlim Mərkəzi təkcə Qarabağın deyil, bütün Azərbaycan mətbəxinin turistlərə təbliğ və eksperimental kulinariya metodlarının tətbiq edildiyi məkanlardan biri olacaq. Tikilinin tərkibində qruplar və heyətlər üçün mətbəx, qəbul, dequstasiya otaqları nəzərdə tutulur.

Həmçinin Tuğ kəndinin Şuşa yolu üzərində vacib turizm destinasiyası olması faktı nəzərə alınaraq, burada avtomobil dayanacağı da yaradılacaq.

Bildirildi ki, Tuğ kəndində tarixi tikililər, küçələr, hasar və darvazalar ənənəvi memarlıq üslubunda bərpa və konservasiya olunacaq. Görüləcək işlərin planına, həmçinin Tuğ ərazisində mövcud tarixi bulaqların bərpası, küçə boyunca hasar və tikililərin təmiri də daxildir.

Qeyd olundu ki, gələcəkdə Tuğ kəndində turizm infrastrukturunun inkişafından və yerli icmanın kəndə qayıtmasından sonra bir sıra fəal turizm məhsullarının inkişaf etdirilməsi planlaşdırılır. Tuğ kəndinin Hadrut qəsəbəsinin və Füzuli şəhərinin yaxınlığında yerləşməsi, Şuşaya gedən yolun buradan keçməsi amilləri nəzərə alınaraq, gələcəkdə ətrafdakı tarix və mədəniyyət abidələrinə haykinq və piyada turizm marşrutlarının yaradılması, piyada gəzintisi üçün dağ cığırlarının keçdiyi yerlərdə kempinq zonaların, kiçik etnoqrafik festivalların, günlük turist səfərlərinin təşkili və digər layihələrin həyata keçirilməsi üçün böyük potensial var.
Dün, 18:00
İlham Əliyevlə Mehriban Əliyeva Cəbrayılda kəndin açılışını etdilər
Dün, 17:30
Bu kəndə köçənlərə 88 min manat verəcəklər - FOTO
Dün, 17:00
Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı
Dün, 16:30
Tramp: Bu axşam Tehrandan cavab gözləyirəm
Dün, 16:00
Dələduzluq edən "vəkil" həbs olundu
Dün, 12:00
İlham Əliyev xanımı ilə müharibədə həlak olanların xatirəsini anıblar - FOTO
Dün, 11:30
Sabahın hava proqnozu: 28 dərəcə isti
Dün, 11:00
Xüsusi icra məmuru olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
Dün, 10:30
Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI
Dün, 10:00
550 milyonluq sərvətindən övladlarına bir qəpik də miras qoymayacaq
Dün, 09:30
Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
Dün, 09:00
Faşizm üzərində qələbədən 81 il ötür
8-05-2026, 18:00
Bakıda yeni "trend" — Hətta varlılar da bu üsuldan istifadə edir
8-05-2026, 17:30
Başındakı problemə görə xəstəxanaya gedən uşağı sünnət etdilər — Ailəsi 5500 manat təzminat aldı
8-05-2026, 17:00
Onlar 100 min manatdan çox cərimələnib
8-05-2026, 16:30
Azərbaycanda insan alverinə görə tutulanların çoxu qadınlardır
8-05-2026, 16:00
Azərbaycanda 189 min nəfərə iş verilib
8-05-2026, 12:00
Bakıda yeni dəmiryol dayanacağı istifadəyə verildi
8-05-2026, 11:30
"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR?
8-05-2026, 11:00
“Delikanlı” izləyicilərinə pis xəbər
8-05-2026, 10:30
Yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar
8-05-2026, 10:00
Əməkdar artistin bacısının evi qarət olundu
8-05-2026, 09:30
İşdən qovulduqdan sonra zəngin olan 10 məşhur
8-05-2026, 09:00
Rusiya atəşkəs elan edib
7-05-2026, 18:00
Rüstəm Umerov Uitkoffla görüş üçün ABŞ-a gedir
7-05-2026, 17:30
Həkim Adil Qubadov vəfat etdi
7-05-2026, 17:00
Nevroloq telefondan çox istifadənin təhlükələrindən DANIŞDI