İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak ediblər.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci vitse-prezidentə görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar sökülərək binanın tarixi formasına qaytarılması işləri yerinə yetirilib.
Dövlətimizin başçısı, birinci vitse-prezident və ailə üzvləri Yaradıcılıq Mərkəzindəki ekspozisiya salonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində açılan “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.
Sərgidə ulu öndər Heydər Əliyevin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Eləcə də sərgidə ümummilli liderin vaxtilə Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb.
Ümummilli lider Heydər Əliyev qədim Qarabağın tarixini, mədəniyyətini, incəsənətini mükəmməl bilir, böyük diqqət və qayğı göstərərək onun inkişafına çalışırdı. 1969-cu ildən etibarən Qarabağın və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev mürəkkəb tarixi şəraitdə bölgə həyatının bütün sahələrində geniş islahatlar aparmağa nail oldu. 1979-cu il yanvarın 12-də Ümummilli Liderin iştirakı ilə “Ağdam–Xankəndi” dəmiryolunun açılışı oldu. Bu, ulu öndər Heydər Əliyevin Qarabağın Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər qazanmaqla bir daha sübuta yetirdi.
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Şuşada təşkil edilən Gül Festivalı ilə də tanış olublar.
Qeyd edək ki, festivalın keçirildiyi ərazidə müxtəlif növ güllərdən maraqlı kompozisiyalar qurulub, eləcə də ayrı-ayrı növlərdən olan güllərin sərgisi təşkil edilib.
Ziyarətçilər, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qonaqları mayın 12-dək Gül Festivalındakı sərgi və təqdimatlarla tanış ola biləcəklər.
Dün, 18:00
İlham Əliyevlə Mehriban Əliyeva Cəbrayılda kəndin açılışını etdilər
Dün, 17:30
Bu kəndə köçənlərə 88 min manat verəcəklər - FOTO
Dün, 17:00
Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı
Dün, 16:30
Tramp: Bu axşam Tehrandan cavab gözləyirəm
Dün, 16:00
Dələduzluq edən "vəkil" həbs olundu
Dün, 12:00
İlham Əliyev xanımı ilə müharibədə həlak olanların xatirəsini anıblar - FOTO
Dün, 11:30
Sabahın hava proqnozu: 28 dərəcə isti
Dün, 11:00
Xüsusi icra məmuru olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
Dün, 10:30
Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI
Dün, 10:00
550 milyonluq sərvətindən övladlarına bir qəpik də miras qoymayacaq
Dün, 09:30
Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
Dün, 09:00
Faşizm üzərində qələbədən 81 il ötür
8-05-2026, 18:00
Bakıda yeni "trend" — Hətta varlılar da bu üsuldan istifadə edir
8-05-2026, 17:30
Başındakı problemə görə xəstəxanaya gedən uşağı sünnət etdilər — Ailəsi 5500 manat təzminat aldı
8-05-2026, 17:00
Onlar 100 min manatdan çox cərimələnib
8-05-2026, 16:30
Azərbaycanda insan alverinə görə tutulanların çoxu qadınlardır
8-05-2026, 16:00
Azərbaycanda 189 min nəfərə iş verilib
8-05-2026, 12:00
Bakıda yeni dəmiryol dayanacağı istifadəyə verildi
8-05-2026, 11:30
"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR?
8-05-2026, 11:00
“Delikanlı” izləyicilərinə pis xəbər
8-05-2026, 10:30
Yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar
8-05-2026, 10:00
Əməkdar artistin bacısının evi qarət olundu
8-05-2026, 09:30
İşdən qovulduqdan sonra zəngin olan 10 məşhur
8-05-2026, 09:00
Rusiya atəşkəs elan edib
7-05-2026, 18:00
Rüstəm Umerov Uitkoffla görüş üçün ABŞ-a gedir
7-05-2026, 17:30
Həkim Adil Qubadov vəfat etdi
7-05-2026, 17:00
Nevroloq telefondan çox istifadənin təhlükələrindən DANIŞDI