Azərbaycanda Müstəqillik Günüdür
Gündəm / Siyasət
Oxunub: 120
28 May 2023 | 10:28
Azərbaycanda Müstəqillik Günüdür


Bu gün Azərbaycanda milli bayram olan 28 May – Müstəqillik Günü qeyd olunur.

105 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

“Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;

Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur”.

Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumidə Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil - red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar.

Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib.

İlk hökumətin tərkibi belə idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri

Xosrov Paşa bəy Sultanov - hərbi nazir

Məmmədhəsən Hacınski - xarici işlər naziri

Nəsib bəy Yusifbəylı - maliyyə naziri və xalq maarif naziri

Xəlil bəy Xasməmmədov - ədliyyə naziri

Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri

Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri

Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri

Camo bəy Hacınski - dövlət nəzarətçisi.

AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib.

Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Əlimərdan bəy Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə Həsən bəy Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca Fətəli Xan Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən Xoyskiyə tapşırılıb.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may - 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.

AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixdə təsdiqlədiyi “Müstəqillik Günü haqqında” Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü elan edilib. Bu tarixə qədər 28 may Respublika Günü kimi qeyd olunub.
Dün, 18:00
Ağdamda 10 milyon manata binalar tikiləcək
Dün, 17:30
Bakıdan bu rayona gəmi ilə gedə biləcəyik
Dün, 17:00
Sabiq səfirin adı yarım milyonluq dələduzluq işində
Dün, 16:30
Meşədə üzərinə ağac düşən şəxs öldü
Dün, 16:00
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi
Dün, 15:30
Bu toyuqları almayın! - Xəbərdarlıq
Dün, 15:00
Brüssel mənzərəsi: Fermerlərin etirazla küçəyə tökdüyü kartofları sakinlər yığıb apardı - VİDEO
Dün, 11:00
Səudiyyə Ərəbistanı səhrasına qar yağıb - Foto
Dün, 10:30
Röyanın eks əri məhkəməyə verildi - alimenti ödəmir
Dün, 10:00
Mingəçevirdə kişi bıçaqlandı
Dün, 09:30
Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi
Dün, 09:00
Bu gün məhkumlar ailələrinə qovuşacaq - Amnistiya başladı
20-12-2025, 18:00
Dəhşətli təhlükə: atom silahı illər sonra ilk dəfə açıq şəkildə “çıxış yolu” kimi
20-12-2025, 17:30
Ukrayna cəbhəsindən acı xəbərlər: 4 həmyerlimiz öldü, 2-si itkin düşdü
20-12-2025, 17:00
Qarabağda işçiləri qanunsuz çalışdıran şirkət CƏRİMƏLƏNDİ
20-12-2025, 16:30
Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər
20-12-2025, 16:00
Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı - FOTO
20-12-2025, 15:30
Bakıda "Kia" "BakuBus"la toqquşdu
20-12-2025, 15:00
Dövlət rəmzlərini əyləncə üçün istifadə edənlər həbs oluna bilər – HÜQUQŞÜNAS - FOTO
20-12-2025, 11:00
“Baku Electronics”ə məxsus mağaza bağlandı - GÖRÜNTÜLƏR
20-12-2025, 10:30
Xameneinin səhhəti pisləşdi
20-12-2025, 10:00
Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
20-12-2025, 09:30
"Dəvə qutabı" satan obyektlərdə reyd keçirildi
20-12-2025, 09:00
Napoleonun üzüyü muzeydə oğurlandı
19-12-2025, 18:00
Əli Əsədov qəzetlərlə bağlı mühüm QƏRAR İMZALADI
19-12-2025, 17:30
Bakıda məşhur xəstəxananın 26,5 milyondan çox vergi borcu var
19-12-2025, 17:00
Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə “xidmətləri” qarşılığında nələr qazandırıb?— Milyonluq evlər, torpaq sahələri…