Azərbaycan Polisinin yaranmasından 105 il ötür

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 105-ci ildönümünü qeyd edir.
Xalqımızın ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb.
Bu dövrdə Ümummilli Lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə 1 695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1 710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1 143 nəfər orden və medallara layiq görülüb.
Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti gərgin olub. Belə ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2 640 nəfər xəsarət alıb.
Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında dövlət başçısı seçilməsi ilə Azərbaycanın inkişafı yeni mərhələyə qədəm qoyub, sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrilib. Dövlət başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən illər ərzində xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən Daxili İşlər Nazirliyinin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.
Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.
2020-ci ilin sentyabr ayının 27-də başlanılan Vətən müharibəsində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri qatılıb. Vətən müharibəsinin ilk saatlarında Murovdağ istiqamətində olan əlverişli nöqtələr, o cümlədən Murov zirvəsi işğaldan azad edilib. Murovdağ döyüşləri zamanı "Pələng" və "Şahin" Xüsusi Təyinatlı Dəstələri savaşıb, şəxsi heyətdən 7 hərbi qulluqçu Murovdağ döyüşlərində şəhid olub.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vətən müharibəsində 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb, 4 hərbçisi isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
7-02-2026, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
7-02-2026, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
7-02-2026, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
7-02-2026, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
7-02-2026, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
7-02-2026, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
7-02-2026, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
7-02-2026, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
7-02-2026, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO