İntiharla sonuclanan qadın alveri işi - 300 gb-lıq CİNAYƏT DOSYESİ
Hadisə / Dünya
Oxunub: 110
20 Kas 2025 | 13:00
İntiharla sonuclanan qadın alveri işi - 300 gb-lıq CİNAYƏT DOSYESİ


ABŞ-da aylardır gündəmi alt-üst edən “Epşteyn faylları” nəhayət ki, Konqres divarlarını yarıb keçdi. Donald Tramp administrasiyası uzun müddətdir bu mövzunun yaratdığı siyasi təzyiqi cilovlamağa çalışsa da, proses dayandırılmaz bir mərhələyə keçib:

Konqresin hər iki palatası Ədliyyə Departamentini Ceffri Epşteyn işi ilə bağlı bütün materialları açıqlamağa məcbur edən qanun layihəsini təsdiqləyib. Bundan sonra ABŞ Prezidenti Donald Tramp Ceffri Epşteyn işi ilə bağlı bütün materialların ictimaiyyət üçün açılmasını nəzərdə tutan “Epşteyn Şəffaflıq Aktı”nı imzaladığını rəsmən bəyan edib.

Bu, təkcə ABŞ-ın hüquq-siyasi tarixində önəmli hadisə deyil, həm də Tramp üçün həlledici sınaqdır. Çünki faylların içində kimin adının keçdiyi, kimlərlə hansı təmasların qeydə alındığı artıq təkcə hüquqi deyil, geopolitik nəticələrə də yol açır.

Epşteyn faylları nədir və niyə bu qədər təhlükəlidir?

Cinsi cinayətlərdən dolayı məhkum edilmiş maliyyəçi Ceffri Epşteyn 2008-ci ildə yetkinlik yaşına çatmayan qızların alveri və zorlanması ilə bağlı yüngül cəza alaraq uzunmüddətli həbsdən qurtula bilmişdi. Onun “Palm Beach”dəki evindən qızların şəkillərinin, videolarının və yüzlərlə maddi sübutun çıxmasına baxmayaraq, Epşteyn minimal cəza ilə məsələni bağlamışdı.

2019-cu ildə isə o, yenidən eyni ittihamlarla həbs edildi və məhkəməni gözləyərkən həbsxanada müəmmalı şəkildə öldü. Rəsmi versiya intihar olsa da, amma ABŞ cəmiyyətinin böyük hissəsi, xüsusən Tramp tərəfdarları buna inanmır. Federal Təhqiqatlar Bürosu Epşteyn işi üzrə 300 GB-dan çox məlumat, minlərlə foto və sənəd topladığını açıqlayıb. Bu materialların bir hissəsi qurbanların kimliyini əks etdirən görüntülərdən ibarət olduğu üçün ictimaiyyətə açıqlanmayacaq. Lakin qalanlarının içində Epşteynin əlaqələri, uçuş siyahıları, elektron yazışmalar və şəxsi qeydlər yer alır.

Konqres niyə bu addımı atdı?

Noyabrın 18-də Nümayəndələr Palatası “Epşteyn fayllarının tam açıqlanması” qanun layihəsini 427-1 səs nisbəti ilə qəbul etdi. Yalnız respublikaçı Kley Higgins əleyhinə səs verdi.

Qanun layihəsi Ədliyyə Departamentinə 30 gün ərzində Epşteyn və Gislaine Maksvell işlərinə dair bütün materialların açıqlanmasını tələb edir. Baş prokuror Pam Bondi qurbanların kimliyini müəyyən edə biləcək hissələri redaktə edə bilər, ancaq əsas sənədlər açılmalıdır.

Respublikaçıların bir hissəsi, xüsusən də MAGA qanadı, uzun müddətdir Epşteyn məsələsində “dərin dövlətin” gizlətdiyi həqiqətlər olduğunu iddia edir. Lakin paradoks ondadır ki, faylların özündə Trampın adının da hallandığı artıq məlumdur.

Tramp niyə mövqeyini dəyişdi?

Uzun müddət Tramp administrasiyası Epşteyn fayllarının açılmasına müqavimət göstərirdi. Ancaq son həftələrdə Tramp tonunu dəyişdi və respublikaçıları sənədlərin açıqlanmasına səs verməyə çağırdı.

“Wall Street Journal” yazır ki, Trampa baş prokuror Pam Bondi may ayında onun adının FBI sənədlərində keçdiyini deyib. Ağ Ev bunu təkzib etsə də, administrasiya mənbələri bunu faktiki olaraq təsdiqləyir.

Trampın Epşteyn ilə münasibətləri uzun illərdir media gündəmindədir. O, 1990-cı illərdə Epşteyni “möhtəşəm oğlan” adlandırırdı. Fotolar, uçuş qeydləri və sosial tədbirlərdə görüntülənmələr iki nəfərin təmaslarını təsdiqləyir. Sonralar Tramp münasibətin “dağıldığını” və Epşteynin Mar-a-Lago klubundan “qovulduğunu” deyirdi. Lakin FBI arxivlərində Tramp adına rast gəlinməsi MAGA kütləsi üçün də ciddi sarsıntıya çevrilib.

Fayllarda kimlərin adı keçir?

İndiyə qədər açıqlanan sənədlər göstərir ki, Epşteynin əlaqə şəbəkəsi dünyanın siyasi, iqtisadi və mədəni elitasına uzanırdı. Bill Klinton Epşteynin təyyarəsi ilə bir neçə uçuşda olub, Kral III Çarlzın qardaşı şahzadə Endryunun adı dəfələrlə çəkilir, Elon Musk uçuş siyahılarında yer alıb, amma Epşteynin dəvətini qəbul etmədiyini bildirir Stiv Bannon, Larri Summers son buraxılışda adı çəkilən yüksək ranqlı şəxslərdir. Maykl Cekson, müxtəlif milyarderlər, siyasətçilər, iş adamları da Epşteyn sənədlərində keçirlər. Lakin bunların heç biri avtomatik olaraq cinayət məsuliyyəti demək deyil. Onların nə vaxt, hansı səbəblə Epşteyn ilə təmasda olması araşdırmaların əsas predmetidir.

Epşteyn işi niyə ABŞ-ın ən böyük siyasi skandalına çevrilir?

Bu sualın bir neçə cavabı var. Epşteynə 2008-ci ildə elan olunan ağır ittihamlara rəğmən yüngül cəza verilib. İndi də əsas sual budur ki, o zaman kim, necə və nəyə görə onu xilas edib. Həbsxanada ölümü də şübhəli olub. Həmin vaxt nəzarət kameralarının işləməyib, mühafizəçilərin yuxulayıb, ölümdən sonra protokollar başdansovdu doldurlub, pozuntular var. Onun müştəri və əlaqələr şəbəkəsi dünya elitasının çoxsaylı simaları siyahıda yer alır. Onun sevgilisi Maskvellin təkbaşına hərəkət etməsi ehtimalı sual altındadır. Bu cür nəhəng alver şəbəkəsi iki nəfərlə mümkündürmü?

Bu sualların heç birinə ABŞ cəmiyyəti hələ də aydın cavab almayıb.

Artıq Tramp qanun layihəsini imzalayıb, ABŞ Ədliyyə Departamenti 30 gün ərzində sənədləri ictimaiyyətə təqdim etməlidir. Bu o deməkdir ki, yaxın 1 ay Tramp üçün çox təlatümlü dövr olacaq.
Bugün, 14:22
"Ayaks" Zinçenkonu saxlayacaqmı? - Dəqiqləşdi
9-05-2026, 18:00
İlham Əliyevlə Mehriban Əliyeva Cəbrayılda kəndin açılışını etdilər
9-05-2026, 17:30
Bu kəndə köçənlərə 88 min manat verəcəklər - FOTO
9-05-2026, 17:00
Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı
9-05-2026, 16:30
Tramp: Bu axşam Tehrandan cavab gözləyirəm
9-05-2026, 16:00
Dələduzluq edən "vəkil" həbs olundu
9-05-2026, 12:00
İlham Əliyev xanımı ilə müharibədə həlak olanların xatirəsini anıblar - FOTO
9-05-2026, 11:30
Sabahın hava proqnozu: 28 dərəcə isti
9-05-2026, 11:00
Xüsusi icra məmuru olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
9-05-2026, 10:30
Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI
9-05-2026, 10:00
550 milyonluq sərvətindən övladlarına bir qəpik də miras qoymayacaq
9-05-2026, 09:30
Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
9-05-2026, 09:00
Faşizm üzərində qələbədən 81 il ötür
8-05-2026, 18:00
Bakıda yeni "trend" — Hətta varlılar da bu üsuldan istifadə edir
8-05-2026, 17:30
Başındakı problemə görə xəstəxanaya gedən uşağı sünnət etdilər — Ailəsi 5500 manat təzminat aldı
8-05-2026, 17:00
Onlar 100 min manatdan çox cərimələnib
8-05-2026, 16:30
Azərbaycanda insan alverinə görə tutulanların çoxu qadınlardır
8-05-2026, 16:00
Azərbaycanda 189 min nəfərə iş verilib
8-05-2026, 12:00
Bakıda yeni dəmiryol dayanacağı istifadəyə verildi
8-05-2026, 11:30
"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR?
8-05-2026, 11:00
“Delikanlı” izləyicilərinə pis xəbər
8-05-2026, 10:30
Yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar
8-05-2026, 10:00
Əməkdar artistin bacısının evi qarət olundu
8-05-2026, 09:30
İşdən qovulduqdan sonra zəngin olan 10 məşhur
8-05-2026, 09:00
Rusiya atəşkəs elan edib
7-05-2026, 18:00
Rüstəm Umerov Uitkoffla görüş üçün ABŞ-a gedir
7-05-2026, 17:30
Həkim Adil Qubadov vəfat etdi