Azərbaycanda hibrid və elektrik maşınlar istehsal ediləcək

Azərbaycanda uzun müddətdir yerli istehsal kimi tanınan Xəzər markalı avtomobillər istehsal olunur. Sosial Xidmətlər Agentliyindən əldə etdiyimiz məlumata görə, hazırda əlillərə təqdim edilən avtomobillər də elə məhz Azərbaycanda istehsal olunan “Xəzər” markalı avtomobillərdir.
Belə ki, müharibə və 20 Yanvar hadisələri, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin olunurlar.
Lakin Xəzər avtomobillərinin həqiqətən yalnız bu kateqoriyadan olan şəxslərə verilib-verilməməsi və ümumilikdə bazarda niyə yetərincə satılmaması da sual doğuran məsələlərdəndir.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Azərbaycanda yerli avtomobil istehsalı genişlənir və artıq yalnız Xəzər avtomobilləri deyil, eyni zamanda hibrid və elektrik avtomobillərinin istehsalı nəzərdə tutulur.
“Vergi Məcəlləsində növbəti ildən etibarən hibrid və elektrik avtomobillərinin ehtiyat hissələri üçün rüsumların müəyyənləşdirilməsi də məhz bu proseslə bağlıdır. Ümumilikdə, avtomobillərin kütləvi istehsalı bir sıra hallarda zaman tələb edir və bu səbəbdən yerli istehsal mərhələli şəkildə artmasına, bazar seqmentində öz yerini tutmasına gətirib çıxarır”.
Deputat həmçinin vurğulayıb ki, yerli istehsalın dəstəklənməsi vacibdir və bu istiqamətdə təşviq siyasəti də həyata keçirilir:
“Bununla yanaşı, yerli məhsullara tələbin artması və keyfiyyət standartlarının tam tətbiqi, qorunması da önəmli məqamdır. Çünki region ölkələrinin təcrübəsi göstərir ki, avtomobil bazarında yerli istehsalın uğuru istehlakçı inamının formalaşmasından keçir”.
V.Bayramov onu da əlavə edib ki, növbəti ildən yerli istehsal olunan məhsulların (avtomobillərin) sayında artımlar olacaq və bazara daha çox yerli avtomobilin daxil olması müşahidə ediləcək. Onun sözlərinə görə, bu isə nəticə etibarilə, ölkənin avtomobil parkında yerli istehsal seqmentinin genişlənməsinə şərait yaradacaq.
Qeyd edək ki, ölkəmizdə yerli avtomobil istehsalının təşkili ilə məşğul olan müəssisə “Azərmaş” ASC-dir. Hazırda ASC-nin Neftçala və Hacıqabulda avtomobil istehsalı zavodu yerləşir. Müəssisənin fəaliyyəti ilə bağlı məlumat əldə etmək üçün "Azərmaş"-ın təsisçisi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verməyib.
Dün, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
Dün, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
Dün, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
Dün, 16:30
Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər...
Dün, 16:00
Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO
Dün, 12:00
“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
Dün, 11:30
Telefonunu taksidə unutdu, geri ala bilmir - Şirkətdən cavab - VİDEO
Dün, 11:00
Yevlax sakini özünə vurduğu iynədən öldü
Dün, 10:30
Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
Dün, 10:00
"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO
Dün, 09:30
Şagirdin atası və liseyin mühafizəçisi də həbs oluna bilər - AÇIQLAMA
Dün, 09:00
Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA
5-02-2026, 18:00
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
5-02-2026, 17:30
6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub - ŞOK
5-02-2026, 17:00
Bakıda 7 erməniyə 114 il iş kəsildi
5-02-2026, 16:30
Hərbi hissələrdə odundan imtina edilir
5-02-2026, 16:00
Bu icra başçılarının müavinləri ixtisara düşdü
5-02-2026, 12:00
Bu gün "Qarabağ"ın oyunu var
5-02-2026, 11:30
Bakını “CƏRİMƏ BATALYONU”NA çevirən qurum – turistlər də narazıdır
5-02-2026, 11:00
Göygöldə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum oldu - FOTO
5-02-2026, 10:30
Bakıda güclü küləyin ağır fəsadları
5-02-2026, 10:00
İspanaq yeyərkən iki dəfə düşünün: Fayda əvəzinə zəhər saça bilər
5-02-2026, 09:30
Xırdalanda 30 yaşlı kişinin meyiti eyvanda TAPILDI
5-02-2026, 09:00
279 saylı məktəbdə nə baş verir?
4-02-2026, 18:00
Gülbahar Eyvazova vəzifəsindən azad edilib
4-02-2026, 17:30
Sabunçuda rabitə kabelləri oğurlanlıb
4-02-2026, 17:00
Qusarda avtobus aşdı - Xəsarət alanlar var