Bu icra başçılarının müavinləri ixtisara düşdü
Mingəçevir və Şirvan şəhərləri icra hakimiyyəti başçılarının müavinlərinin sayı azaldılıb.hedeftv.az xəbər verir ki, həmin icra hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı 4-dən 3-ə endirilib.
Belə ki, bir müddətdir ölkə üzrə şəhər və rayon icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin yeni sayı təsdiqlənib.
Yeni struktur dəyişikliyi ilə Mingəçevir və Şirvan şəhərləri icra hakimiyyəti başçılarının müavinlərinin sayı və yeni vəzifələri müəyyənləşib:
Başçının birinci müavini,
Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri,
Başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri.
Xatırladaq ki, əvvəllər bu iki şəhər icra başçısının müavinlərinin sayı dörd nəfər olub. Onlardan biri birinci müavin, digərləri Şəhər təsərrüfatı şöbəsinin müdiri, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrini icra ediblər.
Hazırda Mingəçevirin icra başçısının müavinləri Məhluqə Cavadova (Birinci müavin), Hikmət Kərimov (Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri) və Fərid Məmmədovdur (Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri).
Şirvanın icra başçısının isə birinci müavini hələ ki yoxdur. Onun digər müavinləri isə Aynur Fərzəliyeva (Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri) və Orxan İbrahimovdur (Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri).
Məlumat üçün onu da bildirək ki, əvvəllər Şirvanın başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olan Məharət Mustafayev isə struktur dəyişikliyindən sonra müavinlərin siyahısında yer almayıb. O, başçının digər əmri ilə fəaliyyətini yeni yaradılan Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunda davam etdirir. Şöbə müdirinin müavini – sektor müdiri vəzifəsini icra edir.
Qeyd edək ki, ölkənin ən böyük şəhəri olan Bakının icra hakimiyyətində başçının cəmi dörd müavin postu mövcuddur. İcra başçısının ən çox müavini olan şəhərə gəldikdə onların sayı ikidir. Belə ki, Sumqayıt və Gəncə Şəhər İcra Hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı beşdir. Paytaxtın 12 rayonunda və ölkənin əksər rayonlarında icra başçılarının müavini postunun sayı üçdür. (iqtisadiyyat.az)
Bugün, 18:00
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
Bugün, 17:30
6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub - ŞOK
Bugün, 17:00
Bakıda 7 erməniyə 114 il iş kəsildi
Bugün, 16:30
Hərbi hissələrdə odundan imtina edilir
Bugün, 16:00
Bu icra başçılarının müavinləri ixtisara düşdü
Bugün, 12:00
Bu gün "Qarabağ"ın oyunu var
Bugün, 11:30
Bakını “CƏRİMƏ BATALYONU”NA çevirən qurum – turistlər də narazıdır
Bugün, 11:00
Göygöldə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum oldu - FOTO
Bugün, 10:30
Bakıda güclü küləyin ağır fəsadları
Bugün, 10:00
İspanaq yeyərkən iki dəfə düşünün: Fayda əvəzinə zəhər saça bilər
Bugün, 09:30
Xırdalanda 30 yaşlı kişinin meyiti eyvanda TAPILDI
Bugün, 09:00
279 saylı məktəbdə nə baş verir?
Dün, 18:00
Gülbahar Eyvazova vəzifəsindən azad edilib
Dün, 17:30
Sabunçuda rabitə kabelləri oğurlanlıb
Dün, 17:00
Qusarda avtobus aşdı - Xəsarət alanlar var
Dün, 16:30
Tibb Universitetində təmir başlayır - yarım milyon xərclənəcək
Dün, 16:00
Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
Dün, 12:00
Azərbaycanda faizlər endirildi
Dün, 11:30
Kraliça orduya yazıldı
Dün, 11:00
Bir maşının qiymətinə məzar: QR-kodlu qəbir, 3D başdaşı - Fotolar
Dün, 10:30
İtkin kimi axtarılan gənc tapıldı
Dün, 10:00
Bakıda yeni marşrut xətləri açılacaq - RƏSMİ
Dün, 09:30
IX siniflərin buraxılış imtahanlarının tarixi AÇIQLANDI
Dün, 09:00
Bakıda güclü külək 19 ağacı sındırıb - FOTOLAR
3-02-2026, 18:00
Adınızın ilk hərfi həyat məqsədinizi təyin edir
3-02-2026, 17:30
Kiberpolis haker şəbəkəsini ifşa etdi - VİDEO
3-02-2026, 17:00
Azərbaycanda güclü palçıq vulkanı püskürdü - FOTO