Bakını “CƏRİMƏ BATALYONU”NA çevirən qurum – turistlər də narazıdır
2025-ci ildə Azərbaycana ümumilikdə 189 ölkədən 2 milyon 570,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu rəqəm 2024-cü illə müqayisədə 2,1 faiz azalma deməkdir. Turizm statistikasındakı bu geriləmənin səbəblərindən biri isə ölkəyə gələn qonaqların nəqliyyat sistemindən narazı qalmasıdır.Rəsmi məlumatlara görə, Azərbaycana gələn turistlərin ən çox şikayət etdiyi sahə avtobusla sərnişindaşıma xidmətidir. Bu xidmətlə bağlı 35 823 turist narazılığını qeyd edib. Metro nəqliyyatı üzrə narazılıq bildirənlərin sayı isə 14 412 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 6 faiz artım deməkdir.Bakı laboratoriya, insanlar da təcrübə siçanı deyil:
Mütəxəssislər bildirir ki, ölkədə nəqliyyat sahəsində problemlər sistemli xarakter daşıyır. Bir sıra ərazilərdə hələ də istismara yararsız avtobuslar xəttə buraxılır, sərnişinlər dayanacaqlarda uzun müddət gözləməyə məcbur qalır. Tıxaclar və marşrutlarda qeyri-müntəzəmlik də narazılıqları artıran əsas amillər sırasındadır.
Bu fonda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimaiyyətdə daha çox problemləri həll edən deyil, cərimə yazan qurum kimi tanınır. Paytaxt sakinləri artıq Bakını istehzalı şəkildə “cərimə batalyonu”na çevrilmiş şəhər adlandırırlar.
Son günlər AYNA sədri Anar Rzayevlə bağlı yayılan məlumatlar da sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Belə ki, onun aylıq maaşının 19 min 500 manat olduğu iddia edilsə də, bu mövzuda ünvanlanan suallar rəsmi cavabsız qalıb. Qurum məsələ ilə bağlı aydın mövqe ortaya qoymayıb.
Vəziyyət isə rəqəmlərdə və gündəlik reallıqda açıq-aydın görünür. Təkcə yerli vətəndaşlar deyil, bir neçə günlük Azərbaycana səfər edən turistlər belə ölkəni nəqliyyatla bağlı narazılıqla tərk edirlər. Bu isə turizm imici üçün ciddi siqnaldır.
Nəqliyyatın mövcud vəziyyəti nəinki vətəndaşları, turistləri də belə narahat edirsə, dəyişiklik üçün hansı tədbirlər həyata keçirilməlidir?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, paytaxtda hazırda əhali sayı və məskunlaşma çoxdur:
“Bu isə öz növbəsində nəqliyyatda da sıxlıq yaradır və intervallar artır. “Bakı Metropoliteni" sovet dövründə tikilib və hazırkı Bakı üçün hesablanmayıb. Hətta Bakı metrosunda xətlər elə təşkil olunmuşdu ki, qatarların rahat dövr edib depodan geri qayıtması da müəyyən stansiyalarda mümkün deyildi. İndi bu şərait qurulur, yeni depo və stansiyalar tikilir ki, problem həll edilsin.Yəni, metroya daha çox qatar buraxmaq imkanları yaradılır ki, intervallar azalsın”.
Eldəniz Cəfərov: 'Bakının mərkəzində tramvayları bərpa etmək mümkün deyil'
Ekspert deyib ki, paytaxtda zamanında ictimai nəqliyyat şaxələndirilməyib:
“Əksinə, ictimai nəqliyyat növlərinin sayı azaldılıb. Buna nümunə kimi tramvayların sonrakı dövrlərdə fəaliyyət göstərməməsini göstərmək olar. Hazırda Bakıda əsas daşınma yükünü avtobus və metro çəkir. Köməkçi alətlər isə taksi və dəmir yollarıdır. Göründüyü kimi o qədər də şaxələnməyib. Onu da qeyd edim ki, daşıyıcı şirkətlər də vaxtında öz avtobus parkını yeniləməyiblər və köhnə avtobuslarla çalışıblar. İndi onların qarşısına kəskin tələb qoyulub ki, bu proses həll edilsin və marşruta yalnız yeni avtobuslar buraxılsın. Hazırda bu proses gedir. Müvafiq qurumlar elan ediblər ki, ən azı yeni 2800 avtobusa ehtiyac var. Bunu həll etmək o qədər də asan məsələ deyil. Çünki hələ də köhnə avtobuslar və onları yeniləri əvəz etmir. Ötən ilin statistikasına baxanda görürük ki, dövlətlə yanaşı, özəl daşıyıcılar da artıq yeni avtobuslar gətiriblər. Proses gedir, lakin bu tez bir zamanda həll olunan problem deyil. Tramvay xətlərinin salınması nəqliyyat üçbucağı yaradacaq və ictimai nəqliyyat şaxələnəcək”.
Bugün, 12:00
Bu gün "Qarabağ"ın oyunu var
Bugün, 11:30
Bakını “CƏRİMƏ BATALYONU”NA çevirən qurum – turistlər də narazıdır
Bugün, 11:00
Göygöldə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum oldu - FOTO
Bugün, 10:30
Bakıda güclü küləyin ağır fəsadları
Bugün, 10:00
İspanaq yeyərkən iki dəfə düşünün: Fayda əvəzinə zəhər saça bilər
Bugün, 09:30
Xırdalanda 30 yaşlı kişinin meyiti eyvanda TAPILDI
Bugün, 09:00
279 saylı məktəbdə nə baş verir?
Dün, 18:00
Gülbahar Eyvazova vəzifəsindən azad edilib
Dün, 17:30
Sabunçuda rabitə kabelləri oğurlanlıb
Dün, 17:00
Qusarda avtobus aşdı - Xəsarət alanlar var
Dün, 16:30
Tibb Universitetində təmir başlayır - yarım milyon xərclənəcək
Dün, 16:00
Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
Dün, 12:00
Azərbaycanda faizlər endirildi
Dün, 11:30
Kraliça orduya yazıldı
Dün, 11:00
Bir maşının qiymətinə məzar: QR-kodlu qəbir, 3D başdaşı - Fotolar
Dün, 10:30
İtkin kimi axtarılan gənc tapıldı
Dün, 10:00
Bakıda yeni marşrut xətləri açılacaq - RƏSMİ
Dün, 09:30
IX siniflərin buraxılış imtahanlarının tarixi AÇIQLANDI
Dün, 09:00
Bakıda güclü külək 19 ağacı sındırıb - FOTOLAR
3-02-2026, 18:00
Adınızın ilk hərfi həyat məqsədinizi təyin edir
3-02-2026, 17:30
Kiberpolis haker şəbəkəsini ifşa etdi - VİDEO
3-02-2026, 17:00
Azərbaycanda güclü palçıq vulkanı püskürdü - FOTO
3-02-2026, 16:30
Mətbuat Şurası sosial media istifadəçilərinə ÇAĞIRIŞ ETDİ
3-02-2026, 16:00
Borca görə döyülən "Azəriqaz" əməkdaşı: "Vur, ölsün dedilər"
3-02-2026, 15:30
Telefonda hansı SMS və fotoları saxlamaq olmaz? - Dələduzlar onları axtarır
3-02-2026, 12:00
Məleykə Əsədovanın qızı xəstəxanaya yerləşdirilib
3-02-2026, 11:30
Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını bıçaqladı