Mərkəzi Bankdan yayılan 500 manatlıq əsginas xəbərlərinə rəsmi CAVAB
İqtisadiyyat
Oxunub: 96
12 Ara 2025 | 15:30
Mərkəzi Bankdan yayılan 500 manatlıq əsginas xəbərlərinə rəsmi CAVAB

Mərkəzi Bank tərəfindən bir sıra mövzularda qiymətli metallardan hazırlanmış nominal dəyərə malik məhdud sayda yubiley, xatirə və investisiya pul nişanları, eləcə də 44 günlük Vətən Müharibəsində müzəffər Ali Baş Komandanın başçılığı altında rəşadətli ordumuzun Zəfərinə həsr olunmuş 500 manat nominalında xatirə kağız pul nişanı tədavülə buraxılıb.

hedeftv.az xəbər verir ki, bu barədə Hedeftv.info-ın sorğusuna cavab olaraq Mərkəzi Bankdan məlumat verilib.

Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən nağd pul dövriyyəsinin təşkili məqsədilə müxtəlif nominal strukturlarda kağız və metal pul nişanları tədavülə buraxılıb. Bu məqsədlə Mərkəzi Bank 7 nominalda (1, 5, 10, 20, 50, 100 və 200 manat) kağız pul nişanları və 6 nominalda (1, 3, 5, 10, 20 və 50 qəpik) metal pul nişanları buraxıb. Onlar ödəniş vasitəsi kimi geniş şəkildə tədavüldedir və Mərkəzi Bankın rəsmi internet səhifəsində bu nişanlarla bağlı məlumatlar təqdim olunub: cbar.az/moneymarks/banknotes?category=1" target="_blank" rel="nofollow noopener">https://www.cbar.az/moneymarks/banknotes?category=1

500 manat nominallı pul nişanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi Zəfəri münasibəti ilə Mərkəzi Bank tərəfindən 04 noyabr 2021-ci il tarixində tədavülə buraxılıb.

Xatirə banknotunun ön tərəfində "Qarabağ Azərbaycandır!" şüarı, "8 Noyabr Zəfər Günü" ifadəsi, Qarabağın təbii və tarixi abidələri olan Cıdır Düzü, Xudafərin körpüsü, Azərbaycan əsgərinin təsviri, üçrəngli bayraq və Xarıbülbül əks olunub. Arxa tərəfdə isə Molla Pənah Vaqifin məqbərəsi, Əsgəran qalası, Murovdağ və Azərbaycanın xəritəsi təsvir edilib: cbar.az/moneymarks/banknotes/detail/147" target="_blank" rel="nofollow noopener">https://www.cbar.az/moneymarks/banknotes/detail/147

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanunun 36.3-cü maddəsinə əsasən Mərkəzi Bank tərəfindən buraxılmış bütün pul nişanları, o cümlədən investisiya, yubiley və xatirə pul nişanları ölkənin bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələrinin aparılması zamanı qəbul edilməlidir.

500 manatlıq xatirə pul nişanı Azərbaycan ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsi kimi qəbul olunur və tədavüldədir.
Bugün, 13:00
Əməkdar artist vəfat etdi
Bugün, 12:30
İmtahandan qayıdan şagirdlər qəzaya düşdü
Bugün, 12:00
Bu ölkədə qadın qatilləri ömürlük HƏBS EDİLƏCƏK
Bugün, 11:30
Yaşayış binalarında kombi qadağandır - Nə ilə əvəzlənəcək?
Bugün, 11:00
Süd BAHALAŞACAQ
Bugün, 10:30
Rusiya ordusunda dəhşət: hərbçilər kannibalizmə əl atıblar
Bugün, 10:00
Goranboyda yeniyetməni cərəyanı vuraraq öldürdü
Bugün, 09:30
Putin Rusiyada Əraqçi ilə görüşəcək
Bugün, 09:00
"Qarabağ" "Neftçi"ni məğlub edib
25-04-2026, 17:30
Universitet müəllimi azərbaycanlı tələbənin qızını təhqir etdi
25-04-2026, 17:00
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
25-04-2026, 16:30
Yüz minlərlə evin gecikən “kupça”sı – tək çıxış YOLU
25-04-2026, 16:00
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır – gizli səbəblər üzə çıxır
25-04-2026, 12:00
77 yaşlı Puqaçova əlində əsa ilə
25-04-2026, 11:30
Bel ağrısı təhlükəlidir
25-04-2026, 11:00
Ukraynaya kütləvi hücum: insanlar dağıntılar altında
25-04-2026, 10:30
Orduda dəqiqlik yarışı, sərrast atıcılar seçildi - FOTOLAR
25-04-2026, 10:00
Kassa çekləri sağlamlıq üçün təhlükəlidir - Professor açıqladı
25-04-2026, 09:30
ABŞ-da MÜƏMMA: ölən və yoxa çıxan 12 alim
25-04-2026, 09:00
Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı
24-04-2026, 18:00
Dünya iqtisadiyyatı durğunluq dövrünə adlaya bilər - qorxunc proqnoz
24-04-2026, 17:30
Ailə qurmağa stimul: bu səbəbə görə gənclərə pul ödəyəcəklər
24-04-2026, 17:00
Ötən gün dövlət xidmətinin rüşvətə görə saxlanılan vəzifəli şəxslərinin TAM SİYAHISI
24-04-2026, 16:30
Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb
24-04-2026, 16:00
İran müharibəsi Böyük Britaniya və Hindistanda dərmanları bahalaşdırdı
24-04-2026, 12:00
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
24-04-2026, 11:30
Azərbaycan güləşçisi bürünc medal qazanıb