İrandan ŞOK TƏHDİD: Zəngəzur dəhlizi ilə bağlı... - Nə baş verir?
Siyasət / Dünya
Oxunub: 54
29 Kas 2025 | 11:00
İrandan ŞOK TƏHDİD: Zəngəzur dəhlizi ilə bağlı... - Nə baş verir?

Tehranın alternativ planlar hazırlamasına çağırış edildi - SEPAH “müqavimət oxu”nun başında
Azərbaycan və Ermənistan arasında əldə edilən Zəngəzur dəhlizi razılaşması regionda yeni bir geosiyasi balansın formalaşmasına səbəb olub. Məlumdur ki, bu dəhliz vasitəsilə Azərbaycanın əsas əraziləri ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə təmin ediləcək, həmçinin Ermənistan ərazisindən keçməklə Azərbaycan məhsulları Türkiyə və Avropaya çıxış imkanına sahib olacaq.

Bölgədəki bu proses isə yalnız Azərbaycan və Ermənistan deyil, eyni zamanda İran, Rusiya və Türkiyə kimi regional güclər üçün də strateji əhəmiyyət kəsb edir. Lakin İranın mövqeyi bu məsələyə fərqli baxış bucaqlarından formalaşır.

İranın Zəngəzur dəhlizinə yanaşması hakimiyyət daxilində yekdil deyil. Məsələn, SEPAH-ın sabiq komandiri və İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş sədr müavini Mənsur Həqiqətpurun müsahibəsində ortaya qoyduğu fikirlər bu parçalanmanın əsas səbəblərini göstərir.

Həqiqətpur razılaşmanı kiçik hesab etməyin sadəlövhlük olduğunu bildirib və İranın bu prosesdə mütləq pay sahibi olmasınin vacibliyini vurğulayıb. Onun fikrincə, əgər Tehran razılaşmada maraqlarını təmin etməzsə, bölgədə təsirini qorumaq üçün alternativ planlar hazırlanmalıdır. O, həmçinin, İran prezidentinin oğlu Yusif Pezeşkianın mövqeyinin pantürk hərəkatına uyğun olduğunu iddia edərək rədd edib və prezidentin şəxsi mövqeyinin bu məsələdə strateji baxışı əks etdirmədiyini dilə gətirib.

Bu fərqli baxışlar İranda prezident, parlament, hərbi və təhlükəsizlik dairələri arasında mövcud maraq ayrılıqlarını açıq şəkildə göstərir. Əvvəla, prezident və siyasi dairələr məsələyə daha diplomatik yanaşma sərgiləyir, hərbi və təhlükəsizlik dairələri isə strateji müdaxilə tələb edir. İkincisi, İranın cənub bölgələrində çoxsaylı azərbaycanlı icmaları var. Bu isə İranın xarici siyasətində ehtiyatlı davranmasını tələb edir. Üçüncüsü, Azərbaycan-Türkiyə yaxınlaşması, İsrailin regiondakı fəaliyyəti və ABŞ-ın təsiri İran daxilində müxtəlif qrupların mövqeyinin fərqli görünməsinə səbəb olur.

Yəni Zəngəzur dəhlizi yalnız Azərbaycan və Ermənistan arasında nəqliyyat məsələsi deyil, region üçün geniş geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. İran üçün bu məsələdə əsas məqsəd həm iqtisadi fayda əldə etmək, həm də strateji təsirini qorumaqdır.

Həqiqətpur “əgər Tehran razılaşmada maraqlarını təmin etməzsə, bölgədə təsirini qorumaq üçün alternativ planlar hazırlanmalıdır” fikri ilə nə demək istəyir? Bununla İranın dəhlizə müdaxiləsinə çağırış edirmi? Ümumiyyətlə, İran Trampın adını daşıyan bir marşrutla bağlı hansı alternativ addımlar ata bilər?

Unudulan deputatlar: Sərdar Cəlaloğlunu infarkt həddinə çatdıran, İsa Qəmbəri şoka salan, Etibar Məmmədova xəyal qırıqlığı yaşadan HÜQUQŞÜNAS | Modern.az

Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, İranın mühafizəkar siyasi dairələrinin, o cümlədən keçmiş SEPAH komandiri Mənsur Həqiqətpur kimilərinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər rəsmi Tehranın bölgədə dəyişən geosiyasi balansın dəyişməsindən duyduğu qorxunu əks etdirir: “Məlumdur ki, İran daxilində Zəngəzur dəhlizinə qarşı müqavimət oxunun başında SEPAH dayanır. Xüsusilə SEPAH-ın kəşfiyyat və təhlükəsizlik yönümlü strukturları Türkiyənin bölgədə artan təsirini, Azərbaycan-İsrail əməkdaşlığını və Zəngəzur dəhlizinin ”Türk Dünyası dəhlizi" kimi təqdim edilməsini İranın strateji maraqlarına birbaşa təhdid hesab edir. Bu səbəbdən sərhəddə hərbi təlimlər, kəskin açıqlamalar və “sərhəd xəritələrinin dəyişməsinə icazə vermərik” kimi ritorika daha çox SEPAH xəttinin məhsuludur".

Politoloqun qənaətincə, bu dairələr hesab edirlər ki, Azərbaycanla Naxçıvanın birbaşa bağlantısını nəzərdə tutan yeni yol xətti təkcə Bakı üçün deyil, həm də Türkiyə və ümumilikdə Türk dünyası üçün strateji üstünlük yaradır: “İran üçün isə bu, həm şimal sərhədləri boyunca status-kvonun dəyişməsi, həm Ermənistan üzərindən keçən ənənəvi ticarət və tranzit xəttinin əhəmiyyətinin azalması, həm də Tehran-İrəvan əlaqələrinin geosiyasi çəkisinin zəifləməsi deməkdir. Bu səbəbdən mühafizəkar çevrələr Tehranın prosesə birbaşa və ya dolayı yolla təsir göstərməsinin vacibliyini vurğulayır və İranın bu prosesdə ”mütləq pay sahibi" olması fikrini qabardırlar.

Yəni prosesdən kənarda qalmamaq və İranın regional təsirini qorumaq. Bu baxımdan İran “alternativ planlar hazırlamalıdır” çağırışı özündə sərt ritorikanın artırılmasını, sərhədə qoşun yığılması, sərhəd boyunca hərbi təlimlərin keçirilməsi, Ermənistanla əməkdaşlığın genişləndirilməsi, diplomatik təzyiq və informasiya müharibəsi elementlərini ehtiva edir deyə bilərik".

Y.Bağırzadə qeyd etdi ki, şübhəsiz, Tehran regionda genişmiqyaslı qarşıdurmanın yarada biləcəyi riskləri yaxşı bildiyi üçün açıq hərbi müdaxiləni real variant hesab edə bilməz: “Sadəcə dediyim addımlarla təzyiqin gücləndirilməsindən söhbət gedir. İran daxilində Zəngəzur dəhlizi həm də Qərbin, xüsusilə ABŞ-nin regiondakı təsir planları ilə əlaqələndirilir və daxili auditoriyaya da qeyd olunan şəkildə mesajların ötürülməsi İran cəmiyyəti və siyasi elitası arasında dəhliz layihəsinə dair şübhə və müqaviməti artırmağa hesablanıb. İranın hansı alternativ addımlar ata biləcəyinə gəldikdə isə düşünmürəm ki, rəsmi Tehran dəhlizin işə düşməsini əngəlləyə biləcək hansısa addımlar ata bilsin. Böyük ehtimalla alternativ addımlar özünü daha çox logistik və diplomatik istiqamətlərdə atılacaq addımlarda göstərə bilər.

Yəni İran-Ermənistan nəqliyyat xəttinin gücləndirilməsi, Şimal-Cənub dəhlizinin qeyri-Azərbaycan qollarının sürətləndirilməsi, regionda “sabit və etibarlı marşrut” kimi öz ərazisini önə çıxaran kampaniyanın aparılması və sərhəd zonasında təhlükəsizlik mövqelərinin sərtləşdirilməsi kimi addımlardan söhbət gedə bilər. Amma İranın bütün cəhdlərinə baxmayaraq Zəngəzur dəhlizi layihəsi ilə bağlı əldə olunan razılaşmaları pozmaq mümkün olmayacaq. Çünki SEPAH-dan və dini hakimiyyətin ayrı-ayrı təmsilçilərindən fərqli olaraq hökumət üzvləri Zəngəzur dəhlizinin əslində elə həm İran-Ermənistan nəqliyyat xəttinin gücləndirilməsi baxımından, həm də regionda etibarlı marşrut olmaq baxımından əhəmiyyətini dərk edirlər. Onu da dərk edirlər ki, əks mövqe Azərbaycan və Türkiyə ilə münasibətlərin pozulmasına, İranın təcridinə və Ermənistan üzərindən tranzit imkanlarının itirilməsinə gətirib çıxara bilər".
Dün, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
Dün, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
Dün, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
Dün, 16:30
Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər...
Dün, 16:00
Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO
Dün, 12:00
“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
Dün, 11:30
Telefonunu taksidə unutdu, geri ala bilmir - Şirkətdən cavab - VİDEO
Dün, 11:00
Yevlax sakini özünə vurduğu iynədən öldü
Dün, 10:30
Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
Dün, 10:00
"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO
Dün, 09:30
Şagirdin atası və liseyin mühafizəçisi də həbs oluna bilər - AÇIQLAMA
Dün, 09:00
Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA
5-02-2026, 18:00
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
5-02-2026, 17:30
6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub - ŞOK
5-02-2026, 17:00
Bakıda 7 erməniyə 114 il iş kəsildi
5-02-2026, 16:30
Hərbi hissələrdə odundan imtina edilir
5-02-2026, 16:00
Bu icra başçılarının müavinləri ixtisara düşdü
5-02-2026, 12:00
Bu gün "Qarabağ"ın oyunu var
5-02-2026, 11:30
Bakını “CƏRİMƏ BATALYONU”NA çevirən qurum – turistlər də narazıdır
5-02-2026, 11:00
Göygöldə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum oldu - FOTO
5-02-2026, 10:30
Bakıda güclü küləyin ağır fəsadları
5-02-2026, 10:00
İspanaq yeyərkən iki dəfə düşünün: Fayda əvəzinə zəhər saça bilər
5-02-2026, 09:30
Xırdalanda 30 yaşlı kişinin meyiti eyvanda TAPILDI
5-02-2026, 09:00
279 saylı məktəbdə nə baş verir?
4-02-2026, 18:00
Gülbahar Eyvazova vəzifəsindən azad edilib
4-02-2026, 17:30
Sabunçuda rabitə kabelləri oğurlanlıb
4-02-2026, 17:00
Qusarda avtobus aşdı - Xəsarət alanlar var