Ulu Öndər Heydər Əliyev - Milli dirçəlişin və müstəqil dövlətçilik yolunun banisi
Siyasət
Oxunub: 223
10 Ara 2025 | 13:00
Ulu Öndər Heydər Əliyev - Milli dirçəlişin və müstəqil dövlətçilik yolunun banisi
12 dekabr — Azərbaycan xalqının xilaskar lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Bu gün yalnız bir tarixi xatırlatma deyil, həm də bir millətin taleyini dəyişən böyük şəxsiyyətə ehtiramın, minnətdarlığın və sədaqətin rəmzidir. Heydər Əliyevin həyat yolu bütöv bir epoxanın aynası, müstəqil Azərbaycanın dövlətçilik məktəbinin isə əsas sütunudur. Onun fəaliyyəti Azərbaycan tarixində dönüş nöqtəsi olaraq qalır və xalqımız gələcəyə məhz bu yolun işığında inamla addımlayır.
Heydər Əliyev öz dövlətçilik ideyası ilə Azərbaycanı zəif, parçalanmış bir vəziyyətdən sabit, güclü və strateji mövqeyi olan bir dövlətə çevirməyi bacardı. XX əsrin sonunda Azərbaycanın üzləşdiyi ağır siyasi böhranlar, separatizm meyilləri, iqtisadi tənəzzül ölkəni çox ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Belə bir dövrdə xalqın səsi ilə hakimiyyətə qayıdan Ulu Öndər yalnız bir siyasi lider kimi deyil, bir xilaskar kimi meydana çıxdı. Qısa müddətdə ölkədə sabitliyin təmin edilməsi, dövlət institutlarının bərpası və idarəetmədə peşəkarlığın yaradılması onun strateji uzaqgörənliyinin bariz nümunəsidir.
Ulu Öndərin rəhbərliyi ilə formalaşan Azərbaycançılıq ideologiyası bu gün də dövlət siyasətinin ideya əsasını təşkil edir. O, xalqın birliyini, milli həmrəyliyi və dövlətə sədaqəti hər şeydən üstün tuturdu. Heydər Əliyevin “Azərbaycan dünyanın hər yerində yaşayan azərbaycanlıların Vətənidir” tezisi milli kimlik şüurunun möhkəmlənməsində mühüm rol oynadı. Bu ideya bu gün də xalqımızı birləşdirən, ölkənin inkişafına güc verən əsas amillərdəndir.
Ulu Öndərin uzaqgörən iqtisadi strategiyası müasir Azərbaycanın tərəqqisinin təməli oldu. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın enerji siyasəti dünya miqyasında tanındı və ölkə regionun iqtisadi mərkəzinə çevrildi. Heydər Əliyevin iqtisadi islahatlara verdiyi töhfə nəticəsində Azərbaycan qısa zamanda stabil iqtisadi sistemə malik müstəqil dövlət kimi formalaşdı. Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz regionun aparıcı gücünə çevrilmişdir.
Ulu Öndər xalqın inkişafının əsas dayağı olan təhsil, mədəniyyət və elmi sahələrin yüksəlməsinə xüsusi diqqət ayırırdı. O, gənclərin savadlı, milli ruhlu və müasir düşüncəli formalaşmasını dövlət siyasətinin prioriteti kimi müəyyən etmişdi. Bu gün Heydər Əliyevin gənclər siyasətinin davamı olaraq minlərlə gənc ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir, müxtəlif sahələrdə nailiyyətlər əldə edir.
Onun qurucusu olduğu hüquqi dövlət modeli də Azərbaycanın inkişafında mühüm rol oynadı. 1995-ci il Konstitusiyasının qəbul edilməsi ölkədə demokratik prinsiplərin möhkəmlənməsinə, hüquqi islahatların dərinləşməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına böyük təkan verdi. Bu gün Azərbaycan hüquqi dövlət nümunəsi kimi beynəlxalq aləmdə tanınırsa, bu, məhz Heydər Əliyev irsinin davamlılığının nəticəsidir.
12 dekabr Azərbaycan xalqı üçün həm də bir and yeridir. Bu gün insanlar Fəxri Xiyabana üz tutaraq yalnız bir lideri deyil, həm də müstəqil Azərbaycan dövlətinin banisini yad edirlər. Hər il bu tarixdə Ulu Öndərin gənc nəsillərə qoyduğu irs, onun dövlətçilik fəlsəfəsi və xalqa olan sevgisi daha dərindən dərk olunur.
Heydər Əliyev yalnız bir dövrün lideri deyil, bütün zamanların müdrik dövlət xadimidir. Onun ideyaları bu gün də aktualdır, gələcək nəsillər üçün yol xəritəsi rolunu oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasını yeni mərhələyə qaldırmış, tarixi Zəfər qazanmış, regionun ən güclü dövlətinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin anım günü xalqımızın milli birlik, dövlətçilik və vətənpərvərlik hisslərini daha da gücləndirir. Onun əziz xatirəsi daim yaşayacaq, ideyaları isə Azərbaycan xalqını hər zaman irəliyə aparacaqdır.
Ulu Öndər Heydər Əliyev - Milli dirçəlişin və müstəqil dövlətçilik yolunun banisiMustafayeva Mehpare
Xaçmaz rayonu Hacıəlibəy kənd körpələr evi -uşaq bağçası
Bugün, 18:00
Bu şəxslərə böyük məbləğdə ÖDƏNİŞ VERİLƏCƏK - Yeni QƏRARIN DETALLARI
Bugün, 17:30
“Georgi lenti” qalmaqalında həbs edilən Saleh Səmədov hakim qarşısında– Ev dustaqlığı istədi, məhkəmə rədd etdi
Bugün, 17:00
Türkiyədəki dəhşətli selin GÖRÜNTÜLƏRİ YAYILDI
Bugün, 16:30
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar – biri öldü, digəri ağır cəza aldı
Bugün, 16:00
Qızıl qaynayan bu torpaqlar sahibsiz qalıb
Bugün, 12:00
Bakıdan verilən mesaj: Gələcəyin şəhərləri “Böyük Qayıdış”dan qlobal liderliyə
Bugün, 11:30
Molokanların yaşadığı İvanovkada ev almaq trendə çevrilib
Bugün, 11:00
Pediatriya Mərkəzinə təyinat alan yeni direktor: “Planlarım var”
Bugün, 10:30
Bakıda V Uşaq Kitab Festivalı keçirilir
Bugün, 10:00
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Bugün, 09:30
ABŞ Zəngəzur dəhlizi ilə bağlı işə başladı
Bugün, 09:00
Sabahdan WUF13 akkreditasiya kartları veriləcək
Dün, 18:00
Bakıda 17 milyona klinika satılır
Dün, 17:30
Cəbrayılda siqaret istehsal ediləcək
Dün, 17:00
Lökbatanda yanan "Kontakt Home"un anbarı olub - FOTO
Dün, 16:30
Qubada bu kəndlərin adı milliləşdirildi
Dün, 16:00
Azərbaycanda nadir Qurani-Kərim satışa çıxarıldı: 50 min manata - FOTO
Dün, 12:00
Gəncədə qadın körpüdən çaya yıxılıb
Dün, 11:30
Başçı Maştağaya NƏZARƏTİ İTİRİB? - GÖRÜNƏNİ BUDUR...
Dün, 11:00
Bakıda pulsuz avtobuslar BU TARİXDƏN işləyəcək
Dün, 10:30
Ordumuzun iki hərbçisi minaya düşdü
Dün, 10:00
25 günün əsgəri vəfat etdi - FOTO
Dün, 09:30
Yanğın ərazisinə helikopter cəlb edildi
Dün, 09:00
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Dün, 08:30
Bu ölkədə yanacaq vergisi ləğv edildi
Dün, 08:00
Lökbatanda böyük anbar YANIR
11-05-2026, 14:22
"Ayaks" Zinçenkonu saxlayacaqmı? - Dəqiqləşdi