Ulu Öndər Heydər Əliyev-Azərbaycançılığın əbədi simvolu
12 dekabr – Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış dahi dövlət xadimi, müasir dövlətçiliyimizin memarı, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Bu gün yalnız tarixə hörmət günü deyil, həm də milli yaddaşımızın işıqlı bir səhifəsinə ehtiram günüdür. Heydər Əliyev şəxsiyyəti Azərbaycan üçün bir liderdən daha artıqdır: o, xalqın milli kimliyini qoruyan, dövlətçilik ənənələrini yenidən dirçəldən, ölkəni müstəqil inkişaf yoluna çıxaran əvəzsiz tarixi simadır.
Heydər Əliyevin həyat yolu bütövlükdə Azərbaycan üçün böyük məktəbdir. Onun fəaliyyəti, siyasi uzaqgörənliyi və dövlətçilik fəlsəfəsi bu gün də aktualdır, çünki əsası Ulu Öndər tərəfindən qoyulmuş inkişaf strategiyası ölkəmizi regionun lider dövlətinə çevirib. O, Azərbaycanın yalnız siyasi deyil, eyni zamanda sosial, mədəni, mənəvi həyatında da çevriliş yaradan lider idi. Hər bir qərarında xalqın iradəsi, milli maraqlar və dövlətin taleyi dayanırdı.
Sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə Heydər Əliyev Azərbaycanın tərəqqisinə, iqtisadi və mədəni yüksəlişinə mühüm töhfələr verdi. Respublikada sənaye, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələri sürətlə inkişaf etdi. Azərbaycanlıların yüksək vəzifələrə irəli çəkilməsi, milli kadr potensialının formalaşdırılması da Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi idi. O, hər zaman Azərbaycanın maraqlarını müdafiə edir, respublikanın nüfuzunu yüksəldirdi.
1990-cı illər isə Heydər Əliyevin dövlətçilik missiyasının zirvəsi oldu. Azərbaycanın müstəqilliyi elan olunsa da, ölkə həm siyasi xaos, həm də iqtisadi tənəzzül içində idi. Dağlıq Qarabağ müharibəsi, separatizm hərəkatları, dövlət çevrilişlərinə cəhdlər ölkəni dağılma həddinə gətirmişdi. Belə bir dövrdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycan Respublikasına, Azərbaycan xalqına həsr olunub” – Ulu Öndərin bu sözləri onun xalqına olan sonsuz sədaqətini ən dolğun şəkildə ifadə edir.
1993-cü ildən etibarən ölkədə siyasi sabitlik təmin olundu, atəşkəsə nail olundu, iqtisadi islahatlar başlandı və Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi formalaşdı. Məhz Heydər Əliyevin neft strategiyası Azərbaycanın gələcək inkişafının əsasını qoydu. “Əsrin müqaviləsi” yalnız iqtisadi layihə deyildi, həm də Azərbaycanın müstəqilliyini möhkəmləndirən siyasi addım idi. Bu gün ölkəmizin enerji təhlükəsizliyi, sosial rifahı və beynəlxalq nüfuzu məhz həmin strateji düşüncənin bəhrələridir.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri də milli birliyi və azərbaycançılıq fəlsəfəsini yaratmasıdır. O, müasir Azərbaycanın ideoloji sütunlarını formalaşdırdı: milli birlik, dövlətçilik, vətənpərvərlik, tolerantlıq və inkişaf prinsipləri bu gün də Azərbaycan cəmiyyətinin əsas dəyərlərini təşkil edir. Ulu Öndər hər zaman vurğulayırdı ki, “Azərbaycan dünyanın hər yerində yaşayan azərbaycanlıların vahid Vətənidir.” Bu ideya milyonlarla soydaşımızı bir amal ətrafında birləşdirdi.
Ulu Öndərin siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu yol daha da inkişaf etdirilir. Bu gün Azərbaycan Heydər Əliyev siyasətinin məntiqi nəticəsi olaraq güclü, müasir, nüfuzlu dövlətə çevrilib. Xüsusilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Heydər Əliyevin yaratdığı ordu quruculuğu və dövlətçilik məktəbinin parlaq təzahürü oldu. Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin etmiş, regionda yeni reallıq yaratmışdır.
12 dekabr – yalnız bir anım günü deyil, həm də milli qürur, dərin ehtiram və minnətdarlıq günüdür. Bu gün hər bir azərbaycanlı Ulu Öndərin irsinə yenidən nəzər salır, onun müdrik kəlamlarından, dövlətçilik dərsindən güc alır. Heydər Əliyev xalqını irəli aparan lider idi və bu gün də ruhu, ideyaları Azərbaycanı işıqlı sabaha aparan yolun mayakı kimi yaşayır.
Ulu Öndər Heydər Əliyevin işıqlı xatirəsi hər zaman qəlblərdə yaşayacaq. Onun yaratdığı müstəqil Azərbaycan dövləti isə ən böyük abidəsidir. Bu abidə nə daşdan, nə də metaldandır – bu abidə xalqın sevgisindən, inamından və minnətdarlığından ucalıb.
Allah rəhmət eləsin. Ulu Öndərin nuru yolu Azərbaycan xalqına həmişə işıq olsun.

Rafail Məmmədov
Yevlax rayon Xaldan kənd musiqi məktəbinin direktoru
Bugün, 18:00
Bu şəxslərə böyük məbləğdə ÖDƏNİŞ VERİLƏCƏK - Yeni QƏRARIN DETALLARI
Bugün, 17:30
“Georgi lenti” qalmaqalında həbs edilən Saleh Səmədov hakim qarşısında– Ev dustaqlığı istədi, məhkəmə rədd etdi
Bugün, 17:00
Türkiyədəki dəhşətli selin GÖRÜNTÜLƏRİ YAYILDI
Bugün, 16:30
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar – biri öldü, digəri ağır cəza aldı
Bugün, 16:00
Qızıl qaynayan bu torpaqlar sahibsiz qalıb
Bugün, 12:00
Bakıdan verilən mesaj: Gələcəyin şəhərləri “Böyük Qayıdış”dan qlobal liderliyə
Bugün, 11:30
Molokanların yaşadığı İvanovkada ev almaq trendə çevrilib
Bugün, 11:00
Pediatriya Mərkəzinə təyinat alan yeni direktor: “Planlarım var”
Bugün, 10:30
Bakıda V Uşaq Kitab Festivalı keçirilir
Bugün, 10:00
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Bugün, 09:30
ABŞ Zəngəzur dəhlizi ilə bağlı işə başladı
Bugün, 09:00
Sabahdan WUF13 akkreditasiya kartları veriləcək
Dün, 18:00
Bakıda 17 milyona klinika satılır
Dün, 17:30
Cəbrayılda siqaret istehsal ediləcək
Dün, 17:00
Lökbatanda yanan "Kontakt Home"un anbarı olub - FOTO
Dün, 16:30
Qubada bu kəndlərin adı milliləşdirildi
Dün, 16:00
Azərbaycanda nadir Qurani-Kərim satışa çıxarıldı: 50 min manata - FOTO
Dün, 12:00
Gəncədə qadın körpüdən çaya yıxılıb
Dün, 11:30
Başçı Maştağaya NƏZARƏTİ İTİRİB? - GÖRÜNƏNİ BUDUR...
Dün, 11:00
Bakıda pulsuz avtobuslar BU TARİXDƏN işləyəcək
Dün, 10:30
Ordumuzun iki hərbçisi minaya düşdü
Dün, 10:00
25 günün əsgəri vəfat etdi - FOTO
Dün, 09:30
Yanğın ərazisinə helikopter cəlb edildi
Dün, 09:00
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Dün, 08:30
Bu ölkədə yanacaq vergisi ləğv edildi
Dün, 08:00
Lökbatanda böyük anbar YANIR
11-05-2026, 14:22
"Ayaks" Zinçenkonu saxlayacaqmı? - Dəqiqləşdi