Taksi sürücülərinin imtahanı keçiriləcək - DİM qeydiyyata başladı
Sosial
Oxunub: 80
7 Tem 2025 | 13:53
Taksi sürücülərinin imtahanı keçiriləcək - DİM qeydiyyata başladı


Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün iyulun 22-də növbəti imtahan keçirəcək.

İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub.

Həmin şəxslər 7 iyul saat 11:30-dan 11 iyul saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (//ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), Gəncə və Bərdə Regional Bölməsində keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.

İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
Bugün, 18:00
Bu ölkədə Nazirliyin binasında lifti düşdü - 7 nəfər xəsarət aldı
Bugün, 17:30
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU”
Bugün, 17:00
Bu gün Bakıda keçirilən WUF13-ə yekun vurulur
Bugün, 16:30
Bu ölkə ilk dəfə olaraq süni yumurta YARATDI
Bugün, 16:00
Öz səhvini əsla qəbul etməyən 4 bürc: hər şeyi başqalarının üzərinə atırlar
Bugün, 12:00
Kilosuı 37 manatdan 10 AZN-ə düşdü: Sübh tezdən dağdan yığılır - FOTO
Bugün, 11:30
Qızılın qiyməti düşdü: gümüş rekord həddə yaxınlaşır
Bugün, 11:00
Azərbaycanda bəzi peşələr üçün erkən pensiya tətbiq oluna bilər
Bugün, 10:30
ABŞ Tayvana silah satışını dayandırdı
Bugün, 10:00
Azərbaycan nefti büdcəni geridə qoydu: qiymət iki dəfəyə yaxın artdı
Bugün, 09:30
Bakıda sürücülərin işi çətinləşdi: Tıxac olan yollar
Bugün, 09:00
Milli Məclisin sədri MDB PA-nın Şura iclasında çıxış edib
Dün, 18:00
"Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır"
Dün, 17:30
Türk televiziya tarixində bir dövrün sonu: "Arka Sokaklar" 20 ildən sonra final edir
Dün, 17:00
Ölkəni ayağa qaldıran elan verildi - Hamı TƏŞVİŞ İÇİNDƏ
Dün, 16:30
Bu ölkədə təyyarədə narkotik daşımağa icazə veriləcək
Dün, 16:00
Umayra Tağıyeva: Təbiət ciddi təzyiq altındadır
Dün, 12:00
Bakı-Tbilisi qatarının qiyməti bəlli oldu
Dün, 11:30
İcra başçısı: "Gəncə təxminən 500 min nəfər əhali üçün inkişaf etdiriləcək"
Dün, 11:00
Artıq çəki və daimi yorğunluğun gözlənilməz səbəbi
Dün, 10:30
Yasda kütləvi zəhərlənmə
Dün, 10:00
Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub - FOTO
Dün, 09:30
Kişinin mədəsindən qapı petləsi çıxarıldı
Dün, 09:00
Zakir Həsənov "EFES - 2026" təlimini izləmək üçün Türkiyəyə səfər edib
20-05-2026, 18:00
Prezident bir qrup şəxsə medal verdi - SİYAHI
20-05-2026, 17:30
Ucuz avtomobillər satışa çıxarılır: Qiymət 1500 manatdan başlayır - TAM SİYAHI
20-05-2026, 17:00
İlham Əliyev XRİTDX ilə bağlı FƏRMAN