Gələn ildən bu əməliyyatlar və dərmanlar pulsuz olacaq - RƏSMİ
Sosial
Oxunub: 83
24 Kas 2025 | 15:30
Gələn ildən bu əməliyyatlar və dərmanlar pulsuz olacaq - RƏSMİ

Növbəti ildən Xidmətlər Zərfinə ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə edilməsi, mövcud xidmətlərin çeşidinin artırılması planlaşdırılır.

hedeftv.az xəbər verir ki, bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta Agentliyindən məlumat verilib.

Bildirilib ki, bunlar arasında kəsiksiz damar əməliyyatları, travmatoloji müdaxilələr, qarın boşluğu, baş-beyin və göz əməliyyatları kimi mürəkkəb cərrahi müdaxilələr yer alır.

Eyni zamanda qeyd olunub ki, gələn ildən ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin mərhələli şəkildə icbari tibbi sığorta hesabına qarşılanması planlaşdırılır. İlk mərhələdə ürək-damar sistemi xəstəlikləri üzrə dərman vasitələri Xidmətlər Zərfinə daxil ediləcək:

"Qeyd edək ki, Nazirlər Kabineti əhalinin dərman vasitələri ilə təminatının yaxşılaşdırılması, tibbi sığorta sistemində şəffaflığın və maliyyə dayanıqlığının artırılması məqsədilə dərman təminatının tənzimlənməsinə dair bir sıra qərarlar qəbul edib. Bu qərarlarla dərman vasitələrinin icbari tibbi sığorta hesabına kompensasiya mexanizmi, onların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması meyarları müəyyənləşdirilib".

Hazırda pozitiv siyahı hazırlandığı nəzərə çatdırılaraq əlavə olunub ki, bu siyahıya ürək-damar xəstəliklərində istifadə olunan antihipertenziv dərmanlar daxil ediləcək. Vurğulanıb ki, siyahı təsdiq olunduqdan sonra bütün dərmanlarla bağlı məlumatlar - təsiredici maddə, dozalar, tətbiq edilən xəstəliklər və kompensasiya dərəcələri rəsmi saytda yerləşdiriləcək və siyahı hər rüb yenilənəcək.

Agentlyin verdiyi məlumata görə, dərmanlar elektron resept vasitəsilə təyin olunacaq. Elektron reseptlər vasitəsilə təyin olunmuş dərman vasitələrini pasiyentlər Agentliklə müqaviləsi olan özəl apteklərdən ala biləcəklər. Bu özəl apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar apteki rahatlıqla tapa bilsinlər:

"Hazırda icbari tibbi sığorta hesabına dərmanların ambulator şəraitdə qarşılanması istiqamətində zəruri hazırlıq işləri - elektron reseptlərin icbari tibbi sığortanın məlumat bazası ilə inteqrasiyası, apteklərlə əməkdaşlıq mexanizmlərinin qurulması və hesabatlılığın təmin olunması həyata keçirilir".
Dün, 17:30
Universitet müəllimi azərbaycanlı tələbənin qızını təhqir etdi
Dün, 17:00
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dün, 16:30
Yüz minlərlə evin gecikən “kupça”sı – tək çıxış YOLU
Dün, 16:00
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır – gizli səbəblər üzə çıxır
Dün, 12:00
77 yaşlı Puqaçova əlində əsa ilə
Dün, 11:30
Bel ağrısı təhlükəlidir
Dün, 11:00
Ukraynaya kütləvi hücum: insanlar dağıntılar altında
Dün, 10:30
Orduda dəqiqlik yarışı, sərrast atıcılar seçildi - FOTOLAR
Dün, 10:00
Kassa çekləri sağlamlıq üçün təhlükəlidir - Professor açıqladı
Dün, 09:30
ABŞ-da MÜƏMMA: ölən və yoxa çıxan 12 alim
Dün, 09:00
Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı
24-04-2026, 18:00
Dünya iqtisadiyyatı durğunluq dövrünə adlaya bilər - qorxunc proqnoz
24-04-2026, 17:30
Ailə qurmağa stimul: bu səbəbə görə gənclərə pul ödəyəcəklər
24-04-2026, 17:00
Ötən gün dövlət xidmətinin rüşvətə görə saxlanılan vəzifəli şəxslərinin TAM SİYAHISI
24-04-2026, 16:30
Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb
24-04-2026, 16:00
İran müharibəsi Böyük Britaniya və Hindistanda dərmanları bahalaşdırdı
24-04-2026, 12:00
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
24-04-2026, 11:30
Azərbaycan güləşçisi bürünc medal qazanıb
24-04-2026, 11:00
Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır
24-04-2026, 10:30
"Son zəng" tədbirləri üçün tələblər qoyuldu
24-04-2026, 10:00
110 illik tarixdə bir ilk: Məşhur şirkət 70 iş yerini bağlayır
24-04-2026, 09:30
Sahil Babayev yenidən seçildi
24-04-2026, 09:00
Xəstəxanada həkimlərə bıçaqlı hücum olub
23-04-2026, 18:00
Tramp nüvə kodlarını istədi, general “yox” dedi
23-04-2026, 17:30
SOS: Bu toyuqlar İNFEKSİYA mənbəyidir– Necə TANIMALI?
23-04-2026, 17:00
"Smart kart tipli" qaz sayğacları dəyişdiriləcək
23-04-2026, 16:30
İran 5 ölkəyə xəbərdarlıq etdi