Bakıda torpaq alanların DİQQƏTİNƏ! "Dodaq uçuqladan" QİYMƏTLƏR
Paytaxt Bakıda torpaq bazarında bahalaşma tendensiyası ötən il ərzində də davam edib. “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin açıqladığı məlumata görə, 2025-ci il ərzində şəhərin bütün rayonlarında torpaq sahələrinin qiymətlərində artım qeydə alınıb. Bahalaşma tempinə görə rayonlar arasında ciddi fərqlər müşahidə olunur. Məlumata əsasən, ən yüksək qiymət artımı Səbail və Yasamal rayonlarında olub. Bu ərazilərdə torpaq sahələrinin qiyməti bir il ərzində təxminən 37 faiz yüksəlib. Nəsimi və Nizami rayonlarında bahalaşma daha mülayim olsa da, yenə də diqqətçəkən səviyyədədir – burada torpaq qiymətləri ötən illə müqayisədə təxminən dörddəbir dəfə artıb. Nərimanov rayonunda isə artım tempi 20 faizə yaxın olub.Bahalaşmanın ən zəif hiss edildiyi ərazi Qaradağ rayonu kimi göstərilir. Bu rayonda torpaq sahələrinin qiyməti cəmi 7 faizdən bir qədər çox artıb ki, bu da paytaxt üzrə ən aşağı göstəricidir.
Qiymət səviyyələrinə gəldikdə isə, hazırda Bakıda ən bahalı torpaq sahələri Səbail rayonunda yerləşir. Bu rayonda torpağın bir sotunun orta qiyməti təxminən 442 min manat təşkil edir. Ən ucuz torpaq sahələri isə Pirallahı rayonundadır. Burada bir sot torpağı 10 min manata almaq mümkündür.
Mütəxəssislər hesab edirlər ki, paytaxtda torpaq qiymətlərinin artmasına əsas səbəblər tikinti üçün yararlı ərazilərin azalması, mərkəzi rayonlarda torpaq çatışmazlığı, həmçinin daşınmaz əmlaka investisiya marağının yüksəlməsidir. Gözləntilərə görə, yaxın dövrdə də Bakı torpaq bazarında qiymətlərin sabitləşməsi deyil, artım tendensiyasının davam etməsi daha real görünür.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Musavat.com-a açıqlamasında bildirib ki, bazarda torpaq sahəsinin payı getdikcə azalır və buna görə də qiyməti artan daşınmaz əmlak nümunəsidir. Onun sözlərinə görə, digər səbəb isə daşınmaz əmlakın hazırda mövcud iqtisadi şəraitə uyğun olaraq, yeganə investisiya istiqaməti olmasıdır: “Doğrudur, bəziləri zinət əşyasını və qızılı yığım vasitələri olaraq qəbul edir, lakin hazırda əsas investisiya istiqaməti daşınmaz əmlaka, xüsusən də torpağa yönəlib.
Çünki zaman keçdikcə torpaq sahələri və digər daşınmaz əmlak növləri yeni qiymətlər əldə edir. Qiymətlərin artması onun sahibini heç bir fəal fəaliyyət göstərmədən daha böyük kapitala malik olmaq üçün şərait yaradır. Ona görə də torpaq və digər əmlak növləri hazırda gündəmdədir. Digər tərəfdən torpaq sahələrinin qiymətinin artmasına ölkənin iqtisadiyyatının böyüməsi və inkişafı, 30 ildən artıq artıq işğal altında olan ərazilərimizin azad edilməsindən sonra həmin istiqamətdə işlərin görülməsidir. Eyni zamanda torpaq sahələrinin istər kənd təsərrüfatı, istərsə də tikinti işlərinin aparılması üçün daha çox tələb olunmasıdır. “Bakı şəhərinin Baş Planı 2040” -a əsasən yeni layihə üzrə köhnə binalar söküləcək və onun yerində abadlıq işləri aparılacaq, yeni parklar salınacaq.
Bu layihədə tikintinin həcmi o qədər də böyük deyil. Amma buna baxmayaraq, həmin ərazilər digər məqsədlər üçün istifadə olunacağına görə, hazırda tikinti sahibkarları şəhərdə torpaq sahəsi tapmağa çətinlik çəkirlər. Bu da onların torpaq sahəsinin qiymətinin artımına səbəb olur. Bütün göstəricilər torpağın qiymətinin artımını zəruri edir”.
Vüqar Oruc yenidən ACQ-nin sədri seçildi
V. Oruc hansı rayonlarda qiymət artımının olmasından da danışıb: “Hansı ərazilərdə daha çox sıxlıq və infrastruktur imkanları, nəqliyyat əlçatanlığı varsa, orada torpaq sahələrinin qiymətinin artması qaçılmazdır. Mərkəzə yaxınlıq da burada rol oynayır.
Həmin ərazilərdə digər torpaq sahələrinə nisbətən daha çox artım olur. Təsadüfü deyil ki, Yasamal, Nəsimi, Səbail rayonları digər rayonlardan inkişafına görə fərqlənirlər. Buna görə də orada torpaq qiymətinin artımı daha çoxdur. Qaradağ, Pirallahı, Suraxanı inkişafına görə digər rayonlardan geri qaldıqlarına görə orada torpaq sahələri daha az qiymət artımına məruz qalıb. Bütün bunlar iqtisadi inkişafın və infrastrukturun inkişaf səviyyəsinin fərqlərinə görə müəyyənləşir”.
Ekspert deyib ki, torpaq sahəsinin qiyməti təbii artımla davam edəcək: ”Bu, hansısa iqtisadi prosesin nəticəsi deyil. Faktiki olaraq, torpaq sahəsi azalır. Digər daşınmaz əmlak növləri əsasən investisiya cazibədarlığı baxımından qiymət artımına məruz qalır. 2026-cı ildə də daşınmaz əmlakın qiyməti artacaq. Digər tərəfdən tikinti məhsullarının qiyməti artdığına görə torpaqdan kənar digər daşınmaz əmlak növlərinin qiymətində artım baş verəcək”.
Bugün, 12:00
Rusiyada azərbaycanlı gəncə yüksək vəzifə verildi
Bugün, 11:30
Türkiyəyə açıq hücum - İlk hədəf AZƏRBAYCANDIR
Bugün, 11:00
14 yaşlı yeniyetmənin meyiti tapıldı
Bugün, 10:30
Nazir Qarabağdakı müəllimlərlə görüşdü
Bugün, 10:00
ABŞ İranın 10 gəmisini məhv etdi
Bugün, 09:30
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Bugün, 09:00
Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlandı
Dün, 18:00
Abituriyentlərin nəzərinə: Qarşıdan ən çətin imtahanlar gəlir
Dün, 17:30
Ötən ay Azərbaycanda beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb
Dün, 17:00
Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA
Dün, 16:30
Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
Dün, 16:00
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?
Dün, 12:00
İran Trampın gözlədiyi kimi deyilmiş
Dün, 11:30
Dubayda qalan vətəndaşlarımız təxliyə olunur - FOTOLAR
Dün, 11:00
SEPAH super ağır raketlərdən istifadə edib
Dün, 10:30
İran İsrailə 1 tonluq döyüş başlığı olan raketlər atıb
Dün, 10:00
Buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI
Dün, 09:30
İtaliyada güclü ZƏLZƏLƏ
Dün, 09:00
Baş nazir deputatlara hesabat verəcək
7-03-2026, 18:00
Azərbaycanın Tehrandakı səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub
7-03-2026, 17:30
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - məbləğ
7-03-2026, 16:30
İran dronlarından qorunmağın YOLU
7-03-2026, 16:00
Günlük qazancları 1000 manatdan çoxdur — Hər gün də tələb artır
7-03-2026, 12:00
Azərbaycanda SEPAH-ın tapşırıqlarını yerinə yetirən VƏTƏNDAŞLARIN SİYAHISI - ADLAR
7-03-2026, 11:30
Qaşlı qızıl almayın - SƏBƏBLƏR
7-03-2026, 11:00
Tüfənglə insident törədən şəxs saxlanıldı
7-03-2026, 11:00
Putin Pezeşkianla danışıqlar apardı