Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb" - ŞOK FAKTLAR
Sosial
Oxunub: 76
13 Ock 2026 | 11:30
Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb" - ŞOK FAKTLAR Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində apardığı yoxlama nəticəsində aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı verilən təkliflər hələ də icra olunmayıb.

hedeftv.az-ın Hesablama Palatasının rəsmi saytından əldə etdiyi məlumata görə, Palatanın 2024-cü il üzrə İş planına uyğun olaraq 2021–2023-cü illəri əhatə edən yoxlama damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsi məqsədi ilə aparılıb. Audit zamanı damazlıq heyvandarlıq sahəsində dövlət dəstəyinin bütün mərhələləri - damazlıq heyvanların alınması, subsidiyaların verilməsi, güzəştlərin tətbiqi və nəzarət mexanizmləri araşdırılıb.

Yoxlamalar zamanı ciddi uyğunsuzluqlar aşkar edilib. Belə ki, monitorinqlər nəticəsində dövlət tərəfindən güzəştli şərtlərlə maliyyələşdirilmiş 4 456 baş iri və xırdabuynuzlu damazlıq heyvanın fermer təsərrüfatlarında faktiki mövcud olmadığı müəyyən edilib. Həmin heyvanlar üzrə dövlət vəsaiti hesabına maliyyələşdirilmiş güzəşt məbləği 5,1 milyon manatdan çox olub.

Bundan əlavə, audit zamanı 8 baş damazlıq heyvanın maliyyələşdirilməsi ilə bağlı qərarların verildiyi tarixdə həmin heyvanların artıq öldüyü məlum olub. Həmçinin minlərlə damazlıq heyvan üzrə sənədlərdə göstərilən satış qiymətləri ilə real idxal dəyəri arasında fərqlər olduğu, bu halda 10,2 milyon manat güzəşt məbləğinin risklər araşdırılmadan maliyyələşdirildiyi qeyd edilib.

Azərbaycan Respublikası Hesablama Palatası aşkar edilmiş bu nöqsanlarla bağlı güzəşt hesabına ödənilmiş vəsaitlərin bərpa olunmasını tövsiyə edib. Lakin Palatanın məlumatına görə, həmin tövsiyələr indiyədək icra edilməyib və məsələ hazırda “izlənilməsi davam edir” statusundadır.
Bugün, 12:00
Rusiyada azərbaycanlı gəncə yüksək vəzifə verildi
Bugün, 11:30
Türkiyəyə açıq hücum - İlk hədəf AZƏRBAYCANDIR
Bugün, 11:00
14 yaşlı yeniyetmənin meyiti tapıldı
Bugün, 10:30
Nazir Qarabağdakı müəllimlərlə görüşdü
Bugün, 10:00
ABŞ İranın 10 gəmisini məhv etdi
Bugün, 09:30
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Bugün, 09:00
Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlandı
Dün, 18:00
Abituriyentlərin nəzərinə: Qarşıdan ən çətin imtahanlar gəlir
Dün, 17:30
Ötən ay Azərbaycanda beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb
Dün, 17:00
Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA
Dün, 16:30
Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
Dün, 16:00
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?
Dün, 12:00
İran Trampın gözlədiyi kimi deyilmiş
Dün, 11:30
Dubayda qalan vətəndaşlarımız təxliyə olunur - FOTOLAR
Dün, 11:00
SEPAH super ağır raketlərdən istifadə edib
Dün, 10:30
İran İsrailə 1 tonluq döyüş başlığı olan raketlər atıb
Dün, 10:00
Buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI
Dün, 09:30
İtaliyada güclü ZƏLZƏLƏ
Dün, 09:00
Baş nazir deputatlara hesabat verəcək
7-03-2026, 18:00
Azərbaycanın Tehrandakı səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub
7-03-2026, 17:30
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - məbləğ
7-03-2026, 16:30
İran dronlarından qorunmağın YOLU
7-03-2026, 16:00
Günlük qazancları 1000 manatdan çoxdur — Hər gün də tələb artır
7-03-2026, 12:00
Azərbaycanda SEPAH-ın tapşırıqlarını yerinə yetirən VƏTƏNDAŞLARIN SİYAHISI - ADLAR
7-03-2026, 11:30
Qaşlı qızıl almayın - SƏBƏBLƏR
7-03-2026, 11:00
Tüfənglə insident törədən şəxs saxlanıldı
7-03-2026, 11:00
Putin Pezeşkianla danışıqlar apardı