Taksi qiymətinə avtobuslar, bəs xidmətin keyfiyyəti?
Son dövrlər Bakıda və ətraf ərazilərdə ictimai nəqliyyatda gediş haqlarının ardıcıl şəkildə artırılması sərnişinlərin ciddi narazılığına səbəb olur. Xüsusilə də bu artımların xidmət keyfiyyətində hər hansı real dəyişikliklə müşayiət olunmaması ictimai qınağı daha da gücləndirir.Belə ki, yanvarın 17-dən etibarən Bakı–Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspress marşrutlarda gediş haqqı 10 qəpik artırılaraq 90 qəpik müəyyən edilib. Rəsmi izahlar müxtəlif olsa da, sərnişinlərin gündəlik müşahidələri göstərir ki, qiymət artımı nə interval problemlərini aradan qaldırıb, nə də rahatlığı artırıb.
Sakinlərin sözlərinə görə, avtobuslar əvvəlki kimi uzun fasilələrlə gəlir, dayanacaqlarda gözləmə müddəti azalmayıb. Xüsusilə pik saatlarda sıxlıq problemi qalmaqdadır. Soyuq və yağışlı havalarda isə bu vəziyyət sərnişinlər üçün daha ciddi narahatlıq yaradır.
Maraqlıdır ki, bəzi marşrutlarda gediş haqqı artıq manatlıq taksi qiymətləri ilə eyni səviyyəyə çatıb. Bu da haqlı suallar doğurur: əgər qiymətlər artırılırsa, niyə xidmət keyfiyyəti dəyişmir? Niyə sərnişin hələ də vaxt itirir, sıxlıq və qeyri-müəyyən interval problemi ilə üz-üzə qalır?
Sərnişinlər hesab edirlər ki, tarif artımları onların gündəlik xərclərini artırsa da, qarşılığında daha komfortlu, vaxtında və təhlükəsiz nəqliyyat xidməti təqdim olunmur. Bu isə ictimai nəqliyyata olan etimadı zəiflədir və insanları alternativ vasitələrə yönəldir.
111 saylı qəsəbədaxili marşrut avtobusları bərbad vəziyyətdədir" - FOTO - Avtosfer.az
Mövzu ilə bağlı Musavat.com-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib ki, Bakı-Sumqayıt yolunda rəsmi qaydada ən azı 3 marşrut fəaliyyət göstərir. O, bildirib ki, bu marşrutlardan biri ekspress marşrut xəttidir: “Bu xətdə dayanacaq sayı az olduğu üçün daha sürətli sərnişin daşınmasına kömək olur. Ümumilikdə son dövrlər hər iki istiqamətdə yönləndirilən avtobusların sayına baxsaq, kifayət qədər irəliləyiş əldə olunduğunu görürük. Deməzdim ki, ictimai nəqliyyatla bağlı vəziyyət idealdır və hər şey 100 faiz qaydasındadır. Bakı-Sumqayıt istiqamətində sərnişin axını çoxdur və mövcud şərtlər sərnişin tələbatını tam qarşılamır. Buna görə də şəxsi avtomobillərlə qanunsuz taksi fəaliyyəti göstərənlər hələ də var. İctimai nəqliyyat həmin istiqamətdə nə qədər yaxşı işləyəcəksə, o qədər də qeyri-qanuni daşımaların sayı azalacaq”.
Ödənişli zonalar və ictimai nəqliyyatda nələr dəyişəcək? – Elməddin Muradlı fərmanı şərh etdi - Avtosfer.az
Ekspert paytaxt daxilindəki vəziyyəti də açıqlayıb: “Bakı daxilində də dəyişikliklər var. 2025-ci ildə ölkəmizə xeyli sayda avtobus gətirildi. Bu yaxınlarda daha 200 avtobusun gətirilməsi nəzərdə tutulur. Onlardan 200-ü dövlət xətti ilə gətirilirsə, ən azı digər 200-ü isə özəl daşıyıcı şirkətlər tərəfindən sifariş olunacaq. Daşıyıcı şirkətlər hazırda dövlətin bu istiqamətdə hansı dəstəyinin olacağını gözləyir. Dizelin qiymətinin bahalaşması bu yanacaqla işləyən daşıyıcı şirkətlərə təsir göstərir. Ən azından 10 qəpik bahalaşmanı aylıq hesablayanda milyonluq dövriyyə edir. Qazla bağlı da daşıyıcı şirkətlərin çox ciddi problemləri var. Nə “SOCAR”, nə də “Azpetrol” keyfiyyətli qazdoldurma məntəqələri qurmurlar. Dövlət bununla bağlı onların üzərinə getməlidir, tələb qoymalıdırlar. Daşıyıcı şirkətlərə dəstək üçün yeni qaz doldurma stansiyaları yaradılmalıdır. “BakuBus”ın bazasında qaz doldurma məntəqəsi var. Orada hansısa problem yaransa, Bakı şəhərində həmin gün 600 avtobus çöküb yolun ortasında qalacaq. Təsəvvür edin ki, bu, nə dərəcədə risklidir. Ona görə də bu məsələlərdə daşıyıcılara dəstək olmaq lazımdır”.
Ekspert avtobus sürücülərinin davranışından da şikayətlənib: “8 Noyabr prospektində “BakuBus”ın sürücüləri dövlətin 400-500 manata alıb gətirdiyi elektrikli avtobuslarla yarışa çıxırlar. Bunlara da nəzarət edilməlidir”.
Dün, 18:00
Abituriyentlərin nəzərinə: Qarşıdan ən çətin imtahanlar gəlir
Dün, 17:30
Ötən ay Azərbaycanda beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb
Dün, 17:00
Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA
Dün, 16:30
Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
Dün, 16:00
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?
Dün, 12:00
İran Trampın gözlədiyi kimi deyilmiş
Dün, 11:30
Dubayda qalan vətəndaşlarımız təxliyə olunur - FOTOLAR
Dün, 11:00
SEPAH super ağır raketlərdən istifadə edib
Dün, 10:30
İran İsrailə 1 tonluq döyüş başlığı olan raketlər atıb
Dün, 10:00
Buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI
Dün, 09:30
İtaliyada güclü ZƏLZƏLƏ
Dün, 09:00
Baş nazir deputatlara hesabat verəcək
7-03-2026, 18:00
Azərbaycanın Tehrandakı səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub
7-03-2026, 17:30
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - məbləğ
7-03-2026, 16:30
İran dronlarından qorunmağın YOLU
7-03-2026, 16:00
Günlük qazancları 1000 manatdan çoxdur — Hər gün də tələb artır
7-03-2026, 12:00
Azərbaycanda SEPAH-ın tapşırıqlarını yerinə yetirən VƏTƏNDAŞLARIN SİYAHISI - ADLAR
7-03-2026, 11:30
Qaşlı qızıl almayın - SƏBƏBLƏR
7-03-2026, 11:00
Tüfənglə insident törədən şəxs saxlanıldı
7-03-2026, 11:00
Putin Pezeşkianla danışıqlar apardı
7-03-2026, 10:30
İran Avropanı da təhdid etdi
7-03-2026, 10:00
Azərbaycana qarşı növbəti TƏXRİBAT
7-03-2026, 09:30
Beyrut belə bombalandı - ANBAAN GÖRÜNTÜLƏR
7-03-2026, 09:00
DTX-dən unikal əməliyyat: SEPAH Bakıda bu əraziləri partlatmaq istəyib - VİDEO
6-03-2026, 18:00
Dubayda aclıq riski: 10 günlük azuqə qalıb
6-03-2026, 17:30
Baş nazir qərar imzaladı
6-03-2026, 17:00
Pezeşkian niyə Bakıya ZƏNG ETMƏDİ?