Azərbaycanda bu qadağalar qüvvəyə mindi - Sərt cəza veriləcək
Sosial
Oxunub: 116
2 Şub 2026 | 09:00
Azərbaycanda bu qadağalar qüvvəyə mindi - Sərt cəza veriləcək Azərbaycanda mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti əhəmiyyətli dərəcədə sərtləşdirən yeni qaydalar fevralın 1-dən qüvvəyə minib.

hedeftv.az xəbər verir ki, yeni qaydalar mədəni irs xalqın tarixi yaddaşı, milli kimliyi və mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi qorunmasının hər bir vətəndaşın və cəmiyyətin ümumi məsuliyyəti olduğunu bir daha vurğulayır.

Qanunvericiliyə edilən dəyişikliklərə əsasən:

“Tarix və mədəniyyət abidələri” sözləri “mədəni sərvətlər” sözləri ilə əvəz edilərək anlayışlarda dəqiqləşdirilmə aparılıb;

Beynəlxalq təcrübə nəzərə alınaraq daşınar və daşınmaz mədəni sərvətlərə qarşı törədilən cinayətlərin xarakteri və tətbiq olunan cəzalar fərqləndirilib;

Mədəni sərvətlərə münasibətdə “korlama” və “məhv etmə” əməllərinin və mütənasib olaraq həmin əməllərə görə tətbiq edilən cəzalar fərqləndirilib;

Mədəni sərvətlər ilə bağlı cinayət əməllərinə görə hüquqi və vəzifəli şəxslərin də cinayət məsuliyyəti müəyyən edilib;

“Mədəni sərvətlərin ehtiyatsızlıqdan məhv edilməsi” əməlinin cinayət məsuliyyətinə səbəb olması müəyyən edilmiş və Cinayət Məcəlləsinə müvafiq maddə (246-1) əlavə edilib;

Mədəni sərvətlərin korlanması və məhv edilməsi üzrə əməllər birmənalı şəkildə cinayət məsuliyyətinə səbəb olması ilə bağlı İnzibati Xətalar Məcəlləsindən çıxarılaraq Cinayət Məcəlləsinə əlavə edilib;

İnşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsi, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 231.3-2-ci maddə əlavə edilib;

Yalnız xüsusi mühafizə dərəcəsi tətbiq olunan deyil, dövlət tərəfindən mühafizə olunan bütün mədəni sərvətlərə qarşı törədilən əməllərə tətbiq olunan sanksiyalar proporsionallaşdırılıb.

Mədəniyyət Nazirliyində hesab edirlər ki, bu sahədə hüquqi məsuliyyətin gücləndirilməsi isə mədəni irsin qorunmasına dövlət səviyyəsində verilən xüsusi əhəmiyyətin göstəricisidir.

Qeyd edək ki, Prezident İlham Əliyev bunun üçün Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” 2025-ci il 30 dekabr tarixli qanunu imzalayıb.
Dün, 18:00
Dubayda aclıq riski: 10 günlük azuqə qalıb
Dün, 17:30
Baş nazir qərar imzaladı
Dün, 17:00
Pezeşkian niyə Bakıya ZƏNG ETMƏDİ?
Dün, 16:30
Gürcüstandan və Türkiyədən gətirilən toxumluq kartofda bakteriya aşkarlandı
Dün, 16:00
Erməni milyarder ev dustaqlığında qaldı
Dün, 12:00
Dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
Dün, 11:30
DOST mərkəzləri bu tarixlərdə işləməyəcək
Dün, 11:00
1 nömrəli səfərbərlik nədir? - Müdafiə Nazirliyi AÇIQLADI
Dün, 10:30
İranın özünə gəlməsi üçün 10 il vaxt lazım olacaq - Tramp
Dün, 10:00
Müğənni qəzada öldü
Dün, 09:30
Jurnalist Nicat Novruzoğlu vəfat etdi
Dün, 09:00
QMİ-dən İranın dron hücumuna REAKSİYA
5-03-2026, 18:00
Görüntülü yığıb Pəhləvini lağa qoydular: "Adım Adolfdur, babam atanızı..." — VİDEO
5-03-2026, 17:30
Məmura mükafat verən "jurnalist" həbs olundu
5-03-2026, 17:00
"ƏDV geri al" mexanizmi tam avtomatlaşdırılır
5-03-2026, 16:30
"Makler bibi" bu xəstəlikdən əziyyət çəkirmiş - VİDEO
5-03-2026, 16:00
İran İsrailə “nüvə xəbərdarlığı” edib
5-03-2026, 13:00
Naxçıvan aeroportuna dron hücumuna görə məktəblərdə tədris dayandırıldı - RƏSMİ
5-03-2026, 12:30
İranın atdığı dronlardan biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb
5-03-2026, 12:00
Ağdam şəhərinə böyük köç - Daha 346 nəfərin vətən həsrəti sona çatdı
5-03-2026, 11:30
Azərbaycanda bəzi avtomobillərin qiyməti QALXIR
5-03-2026, 11:00
Aylardır 60 min manatdan çox pulunu ala bilmir
5-03-2026, 10:30
Ali və orta ixtisaslara sənəd qəbulu başa çatdı
5-03-2026, 10:00
Məşq zamanı qəfil ölümlərin ŞOK SƏBƏBİ
5-03-2026, 09:30
Ərdoğan İrana XƏBƏRDARLIQ ETDİ
5-03-2026, 09:00
ABŞ İran hərbi gəmisini batırdı
4-03-2026, 18:00
Novruz yarmarkaları BAŞLAYIR