Bakıda yeni marşrut xətləri açılacaq - RƏSMİ
Sosial
Oxunub: 74
4 Şub 2026 | 10:00
Bakıda yeni marşrut xətləri açılacaq - RƏSMİ Bakı və Bakıətrafı kənd və qəsəbələrdə əhalinin artımı müşahidə edilir. Bu isə nəqliyyata, o cümlədən avtobuslardan istifadəni artırır, yeni marşrut xətləri və avtobuslara zərurət yaradır.

Məsələ ilə bağlı hedeftv.az-ın sorğusuna cavab verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bildirib ki, Bakı və Bakıətrafı ərazilərdə ictimai nəqliyyata əlçatanlığın artırılması məqsədilə əlavə və qəsəbələrarası xətlərin təşkili nəzərdə tutulur:

“Həm mövcud marşrutlarda avtobusların yenilənməsi, həm də yol infrastrukturu nəzərə alınaraq xətlərdə dəyişiklik edilir və əlçatanlığın artırılması təmin olunur. Həmçinin yol infrastrukturunun vəziyyətinə və sərnişin tələbatı nəzərə alınaraq yeni qəsəbədaxili marşrutlar təşkil edilir. Bu istiqamətdə işlərin davam etdirilməsi və Bakı şəhərinin marşrut şəbəkəsinin formalaşdırılması işləri çərçivəsində əlavə yardımçı və qəsəbələrarası xətlərin təşkili nəzərdə tutulub”.

AYNA qeyd edib ki, bir sıra ətraf qəsəbələrdə sıx tikinti və avtobuslar üçün son dayanacağın olmaması çətinliklər yaradır:

“Əsas çətinliklərdən biri yol infrastrukturunun ictimai nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlverişli olmamasıdır. Həmçinin bir çox kənd və qəsəbələrdə tikililərin sıx olması, eyni zamanda nəqliyyat vasitələrinin son dayanacaq etməsi üçün əlverişli şəraitin olmaması müəyyən ərazilərin əlaqələndirməsində çətinlik yaradır”.

Qeyd olunub ki, digər nəqliyyat növlərinin inkişafı ümumilikdə avtomobilləşmənin azalması və nəqliyyat sıxlığına təsiri baxımından müsbət qiymətləndirilir:

“Çeşidli sərnişindaşıma nəqliyyatının inkişafının ümumilikdə avtobus nəqliyyatına müsbət təsirləri olacaq. Bu kimi hallarda ictimai nəqliyyat xətlərinin yenidən formalaşması və uyğunlaşması tədricən həyata keçiriləcək”.

Təşkilat əlavə edib ki, avtobuslar sərnişindaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər tərəfindən alınaraq istismar edilir:

“Bu, həm daşıyıcıların keçirilən müsabiqələrə qatılması ilə, həm də istismarlarında olan mövcud xətlərin yenilənməsi ilə həyata keçirilir. Gün ərzində Bakıda 2300 avtobus fəaliyyət göstərir, ilkin hədəf bu sayı 2800-ə çatdırmaqdır".

“BakuBus” MMC Modern.az-a bildirib ki, 2025-ci ilin sonunda elektrik avtobus parkına əlavə olaraq 200 ədəd elektrik mühərrikli avtobus alındığını və mərhələli şəkildə marşrut xətlərinə buraxıldığını qeyd edib. Hazırda “BakuBus” MMC-nin avtobus parkında ümumilikdə 1494 avtobus mövcuddur.
Dün, 17:30
Universitet müəllimi azərbaycanlı tələbənin qızını təhqir etdi
Dün, 17:00
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dün, 16:30
Yüz minlərlə evin gecikən “kupça”sı – tək çıxış YOLU
Dün, 16:00
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır – gizli səbəblər üzə çıxır
Dün, 12:00
77 yaşlı Puqaçova əlində əsa ilə
Dün, 11:30
Bel ağrısı təhlükəlidir
Dün, 11:00
Ukraynaya kütləvi hücum: insanlar dağıntılar altında
Dün, 10:30
Orduda dəqiqlik yarışı, sərrast atıcılar seçildi - FOTOLAR
Dün, 10:00
Kassa çekləri sağlamlıq üçün təhlükəlidir - Professor açıqladı
Dün, 09:30
ABŞ-da MÜƏMMA: ölən və yoxa çıxan 12 alim
Dün, 09:00
Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı
24-04-2026, 18:00
Dünya iqtisadiyyatı durğunluq dövrünə adlaya bilər - qorxunc proqnoz
24-04-2026, 17:30
Ailə qurmağa stimul: bu səbəbə görə gənclərə pul ödəyəcəklər
24-04-2026, 17:00
Ötən gün dövlət xidmətinin rüşvətə görə saxlanılan vəzifəli şəxslərinin TAM SİYAHISI
24-04-2026, 16:30
Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb
24-04-2026, 16:00
İran müharibəsi Böyük Britaniya və Hindistanda dərmanları bahalaşdırdı
24-04-2026, 12:00
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
24-04-2026, 11:30
Azərbaycan güləşçisi bürünc medal qazanıb
24-04-2026, 11:00
Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır
24-04-2026, 10:30
"Son zəng" tədbirləri üçün tələblər qoyuldu
24-04-2026, 10:00
110 illik tarixdə bir ilk: Məşhur şirkət 70 iş yerini bağlayır
24-04-2026, 09:30
Sahil Babayev yenidən seçildi
24-04-2026, 09:00
Xəstəxanada həkimlərə bıçaqlı hücum olub
23-04-2026, 18:00
Tramp nüvə kodlarını istədi, general “yox” dedi
23-04-2026, 17:30
SOS: Bu toyuqlar İNFEKSİYA mənbəyidir– Necə TANIMALI?
23-04-2026, 17:00
"Smart kart tipli" qaz sayğacları dəyişdiriləcək
23-04-2026, 16:30
İran 5 ölkəyə xəbərdarlıq etdi