Neftin qiyməti 200 dollara qalxa bilər

İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli nümayəndəsi İbrahim Cabari Hörmüz boğazının bağlandığını açıqlayıb.
hedeftv.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
“Boğaz bağlanıb və kimsə keçməyə cəhd etsə, İnqilab Keşikçilərinin və müntəzəm donanmanın qəhrəmanları həmin gəmiləri yandıracaq”, - o bildirib.
Bu açıqlamadan sonra qlobal enerji bazarlarında kəskin dalğalanma qeydə alınıb. “Brent” markalı neftin fyuçersləri gün ərzində 13%-dək artaraq bir barel üçün 82,37 dollara yüksəlib ki, bu da 2025-ci ilin yanvarından bəri ən yüksək göstərici olub. Daha sonra qiymət 4,87 dollar və ya 6,7% artımla 77,74 dollar səviyyəsində qərarlaşıb. ABŞ-ın “West Texas Intermediate” (WTI) markalı nefti isə 4,21 dollar və ya 6,3% bahalaşaraq 71,23 dollardan bağlanıb, gün ərzində isə 75,33 dollara qədər yüksəlib.
Analitiklər bildirirlər ki, Hörmüz boğazının real şəkildə bağlanması və ya uzunmüddətli hərbi eskalasiya qlobal tədarük zəncirinə ciddi zərbə vura bilər. Dünya neft ixracının əhəmiyyətli hissəsi məhz bu marşrutdan həyata keçirilir və daşımaların dayanması bazarda təklifin kəskin azalmasına səbəb ola bilər.
Bir sıra iqtisadçılar hesab edirlər ki, münaqişə uzanarsa və enerji infrastrukturu hədəfə çevrilərsə, neftin qiyməti 200 dollara qədər yüksələ bilər. Bu ssenari qlobal inflyasiyanı sürətləndirə, istehsal və nəqliyyat xərclərini artıra və dünya iqtisadi artımını zəiflədə bilər. Hazırda bazarlar regionda hadisələrin inkişafını diqqətlə izləyir.
Bugün, 17:30
Müəllimlər bu fənlərdən imtahan verəcəklər - SİYAHI
Bugün, 17:00
Nyu-Yorkda gərginlik: İrana görə müsəlmanlara hücumlar artır, mer həyəcan siqnalı verdi
Bugün, 16:30
İnqilabi yenilik – Lazer silah dronları göydə "yandıracaq"
Bugün, 16:00
Hörmüzdə minlərlə gəmi keçid üçün növbə gözləyir
Bugün, 12:00
Kollektorların üzərində tikilmiş evlər sökülərsə, vətəndaşlara kompensasiya VERİLƏCƏK? - AÇIQLAMA
Bugün, 11:30
"400 manat maaşla dolanıram, pensiya da almıram" - Babəkin "oğlu"
Bugün, 11:00
Bakıda maşında yüksək səslə mahnı dinləmək qadağandır? - Vəkil açıqladı
Bugün, 10:30
Sabiq agentlik sədri açıqladı - “Pullar Talıbova çatırdı”
Bugün, 10:00
Telefona çox baxmaq - gözləri kor edir?
Bugün, 09:30
Soyuq ayaqlar yüksək xolesterolun əsas əlaməti
Bugün, 09:00
13 il tibb müəssisəsində işləyən qadın işdən çıxarılıb, bülletenlər sistemdən silinib – MƏHKƏMƏ İŞİ
Dün, 18:00
Prezident bu şəxsləri TƏLTİF ETDİ
Dün, 17:30
Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq
Dün, 17:00
“İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir”
Dün, 16:30
Xırdalanda yaşayanlara ŞAD XƏBƏR
Dün, 16:00
Məktəbdə insident: Müəllim valideyni döydü
Dün, 12:00
Xəstəxanalarda yeni qayda: həkimi rənginə görə tanıyacaqlar
Dün, 11:30
Kirayə bazarında qiymətlər kəskin qalxdı
Dün, 11:00
Ofelya Şabanovanın müharibə iştirakçısı olan qardaşı dünyasını dəyişdi
Dün, 10:30
Bulvarda dənizdə batan qız xilas edildi - VİDEO
Dün, 10:00
İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO
Dün, 09:30
Moskva 2027-ci il üçün planını açıqladı: Miqrantlarla bağlı yeni limitlər
Dün, 09:00
Qubad sürüşmə baş verdi: Avtomobil torpaq altında qaldı
9-04-2026, 18:00
Dövlət qurumlarının adından kütləvi fişinq var-AÇIQLAMA
9-04-2026, 17:30
FTB-dən şok həbs: gizli məlumatlar ötürən sabiq xüsusi əməliyyatçı tutuldu
9-04-2026, 17:00
Ağ Evdən İrana sərt mesaj: “10 bəndlik plan zibil qutusuna atıldı”
9-04-2026, 16:30
Sülh planında çat: Vaşinqton İran sənədini qəbul etmir