Kəlbəcərdəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA
Bölgə
Oxunub: 67
3 Ock 2026 | 09:00
Kəlbəcərdəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA
Kəlbəcər rayonu ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti güclü külək, şaxta və çovğunlu tufan səbəbindən Kəlbəcər şəhərinə elektrik enerjisinin verilməsində qısa müddətli fasilə yaranıb.

Bu barədə Kəlbəcər Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuranə Babayeva bildirib.

O qeyd edib ki, 01 yanvar tarixində hava şəraitinin kəskin pisləşməsi, güclü küləyin və şaxtanın təsiri nəticəsində İstisu elektrik xəttində qəza baş verib, bu hal enerji təminatında qısamüddətli fasiləyə səbəb olub:

"Qəzanın aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumlarının əməkdaşları dərhal əraziyə səfərbər olunmuşdur. Gecə saatlarında hava şəraitinin son dərəcə əlverişsiz olmasına baxmayaraq, operativ tədbirlər görülmüş, həyata keçirilən işlər nəticəsində səhər saat 07:00-dək nasazlıq tam aradan qaldırılmış və Kəlbəcər şəhərinə elektrik enerjisinin verilməsi bərpa edilmişdir.

Elektrik enerjisinin təminatında yaranmış qısa fasilə ilə əlaqədar olaraq ərazidə yaşayan əhalinin digər kommunal xidmətlərində hər hansı ciddi problem qeydə alınmamışdır. Əhali ilə mütəmadi olaraq əlaqə saxlanılmış, hava şəraiti və su təchizatı ilə bağlı zəruri təlimatlar operativ şəkildə çatdırılmışdır.

Yalnız üç mənzilin istilik sistemini təmin edən kombi aparatlarının çöl borularında donma halı müşahidə olunmuşdur. Operativ müdaxilə nəticəsində həmin borularda donma halı heç bir texniki zədələnmə baş vermədən aradan qaldırılmışdır.

Qeyd edirik ki, baş vermiş hadisə nəticəsində ərazidə hər hansı ciddi fəsad yaranmamışdır. Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən rayon sakinləri elektrik, su, istilik və digər kommunal xidmətlərdən təhlükəsiz və düzgün istifadə qaydaları barədə mütəmadi olaraq məlumatlandırılır və zəruri təlimatlar verilir".
Bugün, 11:00
Məşhur restoranda gigiyena qaydalarına əməl olunmur? - İDDİA
Bugün, 10:30
Pezeşkian istefa verə bilər
Bugün, 10:00
Meğri gömrüyünün rəisi həbs edildi
Bugün, 09:30
Zelenski müdafiə nazirini dəyişdirir
Bugün, 09:00
Kəlbəcərdəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA
1-01-2026, 18:00
İlham Əliyev Kuba liderinə təbrik məktubu ünvanlayıb
1-01-2026, 17:30
Naxçıvanda işçilərin sosial sığorta haqlarını dövlət ÖDƏYƏCƏK
1-01-2026, 17:00
90 yaşlı Əlisa Nicat görün nələr danışdı: "Hər səhər..."
1-01-2026, 16:30
İtkin düşən 5 nəfər tapıldı
1-01-2026, 16:00
Tramp Yeni il şousu göstərdi: bir tablo 2,75 milyon dollara satıldı
1-01-2026, 15:30
2026-cı ildə Yer kürəsində böyük vulkan püskürməsi gözlənilir
1-01-2026, 15:00
Bolqarıstan rəsmi olaraq avroya keçdi
1-01-2026, 11:00
Xaricdən 1 ədəddən artıq telefon gətirənlər 100 manat rüsum ödəyəcəklər
1-01-2026, 10:30
Sumqayıtda istehsalat müəssisəsi YANDI
1-01-2026, 10:00
Azərbaycan nefti cüzi bahalaşdı
1-01-2026, 09:30
Bu telekanal BAĞLANIR
1-01-2026, 09:00
Yeni ilin ilk körpəsi doğuldu
31-12-2025, 18:00
Sabahın hava proqnozu: külək, duman, qar
31-12-2025, 17:30
Avropa Ukraynanın tələbini RƏDD ETDİ
31-12-2025, 17:00
Zelenski tələdə: Səudiyyə Ərəbistanında Ukraynanın xəritəsi necə çəkildi
31-12-2025, 16:30
İranda ETİRAZLAR: Xamenei böhranlar qarşısında qərarsız qaldı
31-12-2025, 16:00
QALMAQAL: Milyonluq əmlakını orduya bağışlayan müəllim ruhi xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO
31-12-2025, 15:30
Küləyin qırdığı ağac aktyorun avtomobilini yararsız hala saldı - FOTO, VİDEO
31-12-2025, 15:00
Görünməmiş bank soyğunu: Minlərlə seyf yarıldı
31-12-2025, 11:00
XİN-dən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik
31-12-2025, 10:30
AZAL təyyarəsinin vurulması beynəlxalq məhkəmədə
31-12-2025, 10:00
Səudiyyə ilə BƏƏ arasında böyük gərginlik: ABŞ işə qarışır