Zelenski tələdə: Səudiyyə Ərəbistanında Ukraynanın xəritəsi necə çəkildi
Dünya
Oxunub: 15
31 Ara 2025 | 17:00
Zelenski tələdə: Səudiyyə Ərəbistanında Ukraynanın xəritəsi necə çəkildi
"The New York Times" yazır ki, ABŞ-ın hərbi yardımını mart ayında müvəqqəti dayandırmasından sonra Donald Trampın komandası ilk dəfə Ukraynadan müharibənin dayandırılması naminə ərazi güzəştlərinə razılıq almağa nail olub.

hedeftv.az xəbər verir ki, nəşrin məlumatına görə, 11 martda Səudiyyə Ərəbistanında keçirilən qapalı görüşdə ABŞ dövlət katibi Marko Rubio Ukrayna nümayəndə heyətinin qarşısına cəbhə xətti işarələnmiş iri Ukrayna xəritəsini sərib və açıq sual verib:

“Dövlət kimi yaşamaq üçün sizin keçilməz qırmızı xətləriniz hansılardır?”

Həmin vaxt Trampın müşaviri Uolts Ukraynanın müdafiə naziri Rüstəm Umerova tünd-göy marker uzadaraq “Çəkməyə başlayın” deyib. Umerov Ukraynanın şimal sərhədini Rusiya və Belarusla, daha sonra isə təmas xəttini Xarkov, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətləri boyunca xəritədə qeyd edib.

Umerov ayrıca Zaporojye Atom Elektrik Stansiyasını dairəyə alaraq rus qüvvələrinin stansiyanın təhlükəsiz istismarını təmin edə bilmədiyini, bunun “nüvə fəlakəti” riski yaratdığını bildirib və Kiyevin stansiyanı geri qaytarmaq istədiyini vurğulayıb. O, həmçinin Kinburn dilini göstərərək bu əraziyə nəzarətin bərpasının Nikolayev gəmiqayırma zavodlarına dəniz yolunu açacağını qeyd edib.

NYT xatırladır ki, müharibənin ilk üç ili ərzində Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə bütün ərazilər azad olunana qədər mübarizənin davam edəcəyini bəyan etmişdi. Lakin amerikalı rəsmilərin sözlərinə görə, məhz bu görüş dönüş nöqtəsi oldu: “İlk dəfə Zelenski öz nümayəndələri vasitəsilə sülh naminə ölkənin təxminən 20%-nə dair güzəştə hazır olduğunu göstərdi”.

Trampın müşavirləri həmin gün bir-birlərinə Ukrayna tərəfinin artıq “tələdə” olduğunu deyiblər. Elə həmin günün sonunda Donald Tramp hərbi yardımın bərpası barədə göstəriş verib və onun komandası mümkün razılaşmanın parametrlərini formalaşdırmağa başlayıb.

Məqalədə qeyd olunur ki, Rubio ukraynalılara ABŞ-ın işğal edilmiş ərazilər üzərində Rusiyanın yurisdiksiyasını tanımaq niyyətində olduğunu da deyib, lakin Kiyev və Avropa paytaxtlarından eyni addımı tələb etməyəcəyini əlavə edib:
“Bunu yalnız biz edəcəyik”, – deyə Rubio mart ayında bildirib.

NYT-nin təhlilinə görə, Səudiyyə Ərəbistanındakı həmin masa arxasında çəkilən xətlər Ukrayna üzrə gələcək diplomatik razılaşmaların çərçivəsini müəyyənləşdirən ən mühüm anlardan biri olub.
Dün, 18:00
İlham Əliyev Kuba liderinə təbrik məktubu ünvanlayıb
Dün, 17:30
Naxçıvanda işçilərin sosial sığorta haqlarını dövlət ÖDƏYƏCƏK
Dün, 17:00
90 yaşlı Əlisa Nicat görün nələr danışdı: "Hər səhər..."
Dün, 16:30
İtkin düşən 5 nəfər tapıldı
Dün, 16:00
Tramp Yeni il şousu göstərdi: bir tablo 2,75 milyon dollara satıldı
Dün, 15:30
2026-cı ildə Yer kürəsində böyük vulkan püskürməsi gözlənilir
Dün, 15:00
Bolqarıstan rəsmi olaraq avroya keçdi
Dün, 11:00
Xaricdən 1 ədəddən artıq telefon gətirənlər 100 manat rüsum ödəyəcəklər
Dün, 10:30
Sumqayıtda istehsalat müəssisəsi YANDI
Dün, 10:00
Azərbaycan nefti cüzi bahalaşdı
Dün, 09:30
Bu telekanal BAĞLANIR
Dün, 09:00
Yeni ilin ilk körpəsi doğuldu
31-12-2025, 18:00
Sabahın hava proqnozu: külək, duman, qar
31-12-2025, 17:30
Avropa Ukraynanın tələbini RƏDD ETDİ
31-12-2025, 17:00
Zelenski tələdə: Səudiyyə Ərəbistanında Ukraynanın xəritəsi necə çəkildi
31-12-2025, 16:30
İranda ETİRAZLAR: Xamenei böhranlar qarşısında qərarsız qaldı
31-12-2025, 16:00
QALMAQAL: Milyonluq əmlakını orduya bağışlayan müəllim ruhi xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO
31-12-2025, 15:30
Küləyin qırdığı ağac aktyorun avtomobilini yararsız hala saldı - FOTO, VİDEO
31-12-2025, 15:00
Görünməmiş bank soyğunu: Minlərlə seyf yarıldı
31-12-2025, 11:00
XİN-dən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik
31-12-2025, 10:30
AZAL təyyarəsinin vurulması beynəlxalq məhkəmədə
31-12-2025, 10:00
Səudiyyə ilə BƏƏ arasında böyük gərginlik: ABŞ işə qarışır
31-12-2025, 09:30
"Disney" 10 milyon CƏRİMƏLƏNDİ
31-12-2025, 09:00
Mehriban Əliyeva Həmrəylik günü paylaşımı etdi
30-12-2025, 18:00
İsmayıl Vəliyev azadlığa buraxıldı
30-12-2025, 17:30
Nəsimini soyan məmurun aqibəti
30-12-2025, 17:00
Lənkəranskinin yaxın adamını keçmiş baş prokuror öldürtdürüb - ŞOK AÇIQLAMA