Ştaynmayerin Bakı ziyarəti – Almaniyanın Cənubi Qafqaza artan marağı - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 179
3 Nis 2025 | 15:50
Ştaynmayerin Bakı ziyarəti – Almaniyanın Cənubi Qafqaza artan marağı - ŞƏRH


Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri ötən gün başa çatıb. Səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşüb. Dövlət başçılarının geniş tərkibdə görüşü də keçirilib.

Görüş və müzakirələrdə daha çox nəzərə çarpan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, energetika sahəsində əməkdaşlıq, Xəzərdən keçən Orta Dəhliz, ikitərəfli əlaqələrin inkişafı, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi kimi məsələlər olub.

Görüşdə Orta Dəhliz layihəsi və burada Azərbaycanın rolu, ölkələr arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, “yaşıl enerji” ilə bağlı əməkdaşlığa toxunulub. COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil edildiyi və həmin tədbir zamanı iqlim gündəliyi ilə bağlı mühüm nəticələrin əldə olunduğu da vurğulanıb.

Azərbaycan Prezidenti almaniyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında Ermənistanla sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayaraq deyib: “Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir.
Ştaynmayerin Bakı ziyarəti – Almaniyanın Cənubi Qafqaza artan marağı - ŞƏRH

İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğrudan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.

Prezident bu açıqlaması ilə rəsmi İrəvanın sülh sazişi ilə bağlı apardığı anti-Azərbaycan təbliğatına da əsaslı cavab verib. Bu həm də rəsmi Bakının real, şəraitə uyğun mövqeyidir. Bu şərti Azərbaycan əvvəllər də irəli sürüb. Dövlət başçısı bunlara diqqəti təkrar yönəltməklə İrəvanın saxtakarlığını ifşa edib.

Yeri gəlmişkən, Ştaynmayer İrəvana səfəri zamanı Ermənistanın Avropa İttifaqına yaxınlaşmasını dəstəkləyəcəklərini vəd edib. Ancaq təcavüzkar konstitusiya əsasında mövcud bir dövlətin Aİ ilə əməkdaşlığı bu siyasətin də müdafiə edilməsi kimi anlaşıla bilər.

O, mətbuat konfransında bildirib ki, Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimadı bərpa etmək üçün vaxt və səy lazımdır: “Bu, çox uzun bir prosesdir. Ölkələrə və xalqlara hələ çox vaxt lazım olacaq. Barışıq üçün zaman lazımdır və onu əldən verməməliyik”.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin qurulmasında ilk addım sülh sazişinin imzalanması ola bilər: “Düşünürəm ki, sülh sazişinin imzalanması üçün söylənilən şərtlər yerinə yetiriləndir. Hər iki tərəf razılığa gələcək, Ermənistan və Azərbaycan arasında sülh prosesinin qarşısındakı maneələr aradan qaldırılacaq”.
Ştaynmayerin Bakı ziyarəti – Almaniyanın Cənubi Qafqaza artan marağı - ŞƏRH

Almaniya Prezidenti bu açıqlaması ilə Ermənistan hakimiyyəti və havadarlarına bir ismarış da çatdırıb. O, bununla da Prezident İlham Əliyevin açıqladığı şərtlərin yerinə yetirilən olduğunu vurğulayıb.

Frank-Valter Ştaynmayer 2022-ci ildə Almaniyanın təbii qaz təchizatında Azərbaycanın onlara yardım etdiyini də xüsusi qeyd edib: “Rusiya qazının təchizatında fasilələr yarandığı zaman Azərbaycan Almaniyanı lazımi həcmdə qazla təmin etmək öhdəliyini üzərinə götürüb”.

O, bu açıqlaması ilə Azərbaycanın etibarlı tərəfdaş olduğuna, vədinə əməl etdiyinə işarə edib.

İki ölkə arasında humanitar əlaqələrdən də bəhs olunub. Azərbaycandakı alman icmasının tarixi, onların kənd təsərrüfatının inkişafında oynadığı müsbət roldan bəhs edilib. Frank-Valter Ştaynmayer Almaniya şirkətlərinin Azərbaycanın neft hasilatında və enerji sisteminin yaradılmasında iştirak etdiyini qeyd edib.

O, qarşılıqlı iqtisadi əlaqələrin perspektivlərini və hər iki ölkənin beynəlxalq hüquq normalarına sadiqliyini diqqətə çatdırıb.

Frank-Valter Ştaynmayer xarici işlər naziri olduğu illərdə də Azərbaycanın ərazi bütövlüyü, onun Avropa İttifaqı ilə əlaqələrinə xüsusi diqqət ayırıb.
Ştaynmayerin Bakı ziyarəti – Almaniyanın Cənubi Qafqaza artan marağı - ŞƏRH

O, 2007-ci ilin fevralında Cənubi Qafqaza səfəri zamanı Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olub, Aİ-inin regionda sabitlikdə maraqlı olduğunu qeyd etmişdi. Onda XİN başçısı iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında danışarkən demişdi ki, Azərbaycan Almaniyada təkcə enerji məhsullarının istehsalçısı kimi deyil, həm də bu cür məhsulların tranzit ölkəsi kimi qəbul edilir. Ştaynmayer vurğulamışdı ki, energetika sahəsində həm hökumətlər, həm də sahibkarlar səviyyəsində birgə iş üçün çoxlu imkanlar var.

Bu da Almaniyanın Azərbaycana xüsusi yanaşmasının olduğunu təsdiqləyir.

Ştaynmayer keçmiş Dağlıq Qarabağ problemi ilə bağlı məsələnin həllində də reallığı dəstəkləməyə çalışıb. 2016-cı ilin aprelində ATƏT-in fəaliyyətdə olan sədri olar qeyd etmişdi ki, "Dağlıq Qarabağ”dakı mövcud status-kvo problemi həll etməyəcək. O, mövcud vəziyyətin regionda “təhlükəsizliyə yardım” edə bilməyəcəyini də açıqlamışdı.

Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biridir. Onun Cənubi Qafqaza marağı regionda sülh, sabitlik və əməkdaşlığın inkişafına töhfə verə bilər. Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək, ikitərəfli görüşünə də bu ölkənin ev sahibliyi etməsi, ovaxtkı kansler Olaf Şoltsun moderatorluğu da bu baxımdan uğurlu addım sayıla bilər.

Almaniya Cənubi Qafqaz ölkələri tərəfdən məqbul sayılan tərəfdir. Fransadan fərqli olaraq onun regionda qarşıdurmanı, müharibəni dəstəkləmədiyi görünən qədərdir. Onun bu üstünlüyündən bölgədə sülh, əməkdaşlıq və normallaşma prosesində faydalanmaq mümkündür. Almaniyanın Orta Dəhliz layihəsini də müdafiə etməsi Avropa-Cənubi Qafqaz-Orta Asiya xəttinin inkişafına təkan verər. Bu layihə perspektivdə Zəngəzur dəhlizinə də yolu acar.

Odur ki, Ştaymayerin səfərini belə yekunlaşdırmaq olar:

- regionda sülhə dəstək vermək;

- Aİ ilə yaxınlaşmağa köməklik göstərmək;

- alternativ nəqliyyat yolları layihələrinin reallaşmasını dəstəkləmək;

- energetika sahəsində əməkdaşlığı artırmaq;

-elm, təhsil və humanitar münasibətləri inkişaf etdirmək.(Report)
Dün, 18:00
"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir
Dün, 17:30
Bu türk ölkəsi ilk dəfə öz milli valyutasını çap etdi
Dün, 17:00
Nar ixracından gəlirlər 684 min dollar azalıb
Dün, 16:30
İrandan İsrailə raket hücumu – ölkədə həyəcan siqnalları səslənir
Dün, 16:00
Dağıstan buna görə Rekordlar kitabına düşdü
Dün, 12:00
Çipslər üçün yeni standart qəbul edildi
Dün, 11:30
Pulu çəkən rənglər
Dün, 11:00
Tribunaya Messinin adı verildi
Dün, 10:30
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasından 107 il ötür
Dün, 10:00
Tramp: İranda hərbi əməliyyat əla davam edir
Dün, 09:30
Millimizin paltardəyişmə otağını su basdı
Dün, 09:00
Bakıda evlərin həyətlərini su basıb, 18 nəfər təxliyə edilib - VİDEO
27-03-2026, 18:00
Putin İlham Əliyevə təşəkkür etdi
27-03-2026, 17:30
Qaydaları pozan idmançımıza 4 illik cəza verildi
27-03-2026, 17:00
Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ
27-03-2026, 16:30
Yol polisi sürücülərə müraciət etdi
27-03-2026, 16:00
Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI
27-03-2026, 12:00
Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?
27-03-2026, 11:30
Tanınmış jurnalist Rəşad Baxşəlıyev vəfat etdi
27-03-2026, 11:00
İran idmançılarına bu ölkələrə səfər etməyi qadağan etdi
27-03-2026, 10:30
Zelenski Səudiyyə Ərəbistanına getdi
27-03-2026, 10:00
4 yaşlı uşağı maşın vurdu - Qonşusu gəzintiyə çıxarıbmış
27-03-2026, 09:30
Trampın imzası dollarının üzərində əks olunacaq
27-03-2026, 09:00
Pensiyaçılar üçün cənnət ölkələr: Siyahıda Azərbaycan da var
26-03-2026, 18:00
Tehrandan Zəngəzur dəhlizi ilə bağlı YENİ AÇIQLAMA
26-03-2026, 17:30
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
26-03-2026, 17:00
İran Xarq adasının ətrafına mina hasarı çəkir