Azərbaycanda nə qədər qadın din xadimi var? - RƏSMİ
Gündəm / Siyasət
Oxunub: 92
31 May 2025 | 15:03
Azərbaycanda nə qədər qadın din xadimi var? - RƏSMİ

Qadın anlayışı dinlərin formalaşdırdığı ən köklü sosial təsəvvürlərdən biri olub. Tarix boyu dünya dinləri qadının cəmiyyətdəki rolu, mənəvi statusu və sosial funksiyaları barədə müxtəlif mövqelər sərgiləyib. Dinlərdə qadın bir tərəfdən məhsuldarlıq və həyat verici qüvvə ilə əlaqələndirilsə də, digər tərəfdən ictimai və dini qərarvericilikdən kənarda saxlanılıb.Bütün bu yanaşmaların izləri bu gün də birbaşa və ya dolayı şəkildə cəmiyyətlərdə öz əksini tapmaqdadır. Müasir dövrdə hüquq bərabərliyinə dair artan tələblərə baxmayaraq, qadının dinlə bağlı strukturlarda təmsilçiliyi hələ də bəzi məhdudiyyətlərlə qarşılaşır.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan statistik göstəricilərə görə 2024-cü ildə ölkədə dini qurumlarda və bu sahədə çalışan kadrların gender bölgüsünə dair ciddi fərqlə müşahidə olunur.

Komitə əməkdaşları üzrə kişi və qadınların iştirakçılığı

Komitənin strukturunda çalışan əməkdaşlar arasında kişilərin sayı 126 nəfər, qadınların sayı isə 39 nəfərdir. Bu isə ümumilikdə 165 nəfərlik heyətin təxminən 76,4%-nin kişi, 23,6%-nin isə qadın olduğunu göstərir. Bu nisbət, sözügedən dövlət idarəetmə strukturunda qadınların hələ də azlıq təşkil etdiyini göstərən tendensiyanı təsdiqləyir.

Rəhbər vəzifələrdə gender balansı

Komitədən verilən məlumata görə rəhbər vəzifə tutan şəxslərin cəmi 41 nəfər olduğu qeyd olunur. Onlardan 36-sı kişi, 5-i isə qadındır. Bu isə rəhbərlikdə qadınların payının sadəcə 12,2% olduğunu göstərir. Qadınların mövqeyi idarəedici sahədə də zəif təmsil olunduğunu görmək mümkündür.

Dini icma sədrləri üzrə kişi və qadınların statistikası

Daha da maraqlı nəticələr dini icma sədrləri arasında müşahidə olunur. Burada ümumilikdə 995 nəfərdən yalnız 18-i qadın, 977-si isə kişidir. Bu göstərici dini icmaların rəhbərliyində qadınların təmsil olunmasının çox aşağı səviyyədə – təxminən 1,8% olduğunu göstərir. Qeyd edək ki, bu şəxslər icmanın təşkil edilməsi, ibadət məkanlarının idarəsi, dini təlimatlar verilmesi, icma üzvləri arasında əlaqələrin təmin edilməsi və icmanın digər məsuliyyətlərinin icrası kimi işlərlə məşğuldur.

Dini xadimlər üzrə qadınların göstəriciləri

Ən kəskin gender fərqi dini xadimlər arasında nəzərə çarpır. 1438 kişi dini xadimin qarşısında yalnız 52 qadın dini xadim var. Bu isə qadınların dini xidmətlər sahəsindəki iştirakının cəmi 3,5% civarında olduğunu ortaya qoyur. Qeyd edək ki, din xadimlərinin əsas işi bir dinin qayda-qanunlarını, təlimlərini, dini mərasimləri təşkil edən və təbliğ edən şəxsdir. İslam dinində "din xadimi" anlayışı üləma (din alimləri), imamlar, şeyxlər, axundlar və mollalar vasitəsilə təmsil olunur, şəriəti öyrədir, Quranı təfsir edir, cümə namazlarını və dini mərasimləri icra edir. Dini xadimlər, dini təhsil almış və dini məsuliyyətləri icra etməyə hazırlanan insanlardır.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaydığı rəsmi məlumatlara əsasən şəriətə görə qadın imam və imam müavini ola bilməz. Qadınlara yalnız dini ain icrası kimi fəaliyyət göstərə bilərlər.
Bugün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Bugün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bugün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Bugün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Bugün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT