Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün - martın 20-i Azərbaycanda Novruz bayramı qeyd edilir.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır.
Azərbaycan xalqı bunu təntənəli və həm də yeni ilin, yeni günün – Novruzun gəlişinə azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur. Xalq inamına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel, nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.
Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları s hərfindən başlayan yeddi növ xörək olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.
Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: "Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan". Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtlik əlamətidir.
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.
Xatırladaq ki, UNESCO Novruz bayramını 2009-cu il sentyabrın 30-da qeyri-maddi mədəni irs siyahısına daxil edib.
Bugün, 11:30
Şlaqbaumu qırıb yaşlı mühafizəçiyə hücum etdilər
Bugün, 11:00
Məktəblərdə “bloger müəllim”lər – Pozitivlik, yoxsa zərər?
Bugün, 10:30
Azərbaycanda Ramazan bayramıdır
Bugün, 10:00
Bu gün Azərbaycanda Novruz bayramıdır
Bugün, 09:30
11 günlük tətil başlayıb
Bugün, 09:00
Azərbaycanda bayram namazı QILINDI
Dün, 18:00
Prezident Ramazan bayramı münasibətilə xalqı təbrik etdi
Dün, 17:30
Zaur Əliyev vəzifəsini İTİRDİ
Dün, 17:00
İranda İsrailə casusluq edən daha 97 nəfər saxlanıldı
Dün, 16:30
Eşşəklərimiz azalır - VAHİMƏLİ STATİSTİKA
Dün, 16:00
Yazın Azərbaycana daxilolma vaxtı AÇIQLANDI
Dün, 12:00
Azərbaycanda marqarin istehsalı kərə yağını ÜSTƏLƏYİR
Dün, 11:30
Saleh Səmədovun həbs müddəti uzadılıb
Dün, 11:00
Zığda yaşıl zona yaradılır - 6 milyon ayrıldı
Dün, 10:30
Qubada dəhşət: əvvəl onu, sonra özünü öldürdü
Dün, 10:00
Bu gün Azərbaycanda qısa iş günüdür
Dün, 09:30
Azərbaycanda hər 10 nəfərdən biri diabetdən əziyyət çəkir - MÜSAHİBƏ
Dün, 09:00
Ali məktəblərdə təhsil haqları artacaq
18-03-2026, 18:00
Puqaçova Ermənistana köçə bilər - KİV
18-03-2026, 17:30
Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO
18-03-2026, 17:00
Nazir müşaviri: Məktəblərdə təhsil dayana bilər
18-03-2026, 16:30
Şəkərbura və paxlava bahalaşdı - QİYMƏTLƏR
18-03-2026, 16:00
Nazir: Onlar imtahansız ali məktəblərə qəbul ediləcək
18-03-2026, 12:00
İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı verdi
18-03-2026, 11:30
Hövsanda işıqlar KƏSİLƏCƏK
18-03-2026, 11:00
Əli Laricani və oğlu bu gün dəfn olunacaq
18-03-2026, 10:30
“WhatsApp”da daha bir YENİLİK