Vardanyanın ailəsi də Azərbaycanı şərlədi - Zəng etmədiyi yer qalmayıb...

Bakıda həbsdə olan keçmiş mifik strukturun uydurma dövlət naziri Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Eggerə məktub yazıb.
hedeftv.az Ermənistanın "Hraparak" nəşrinə istinadla xəbər verir ki, Vardanyanın xanımı Azərbaycandakı erməni məhbusların hüquqi statusu ilə bağlı BQXK tərəfindən aydınlıq gətirilməsini istəyib.
Veronika Zonabend qeyd edib ki, “Məhkəmə proseslərində fundamental təminatların olmaması və ittihamların faktiki və hüquqi əsasının olmaması nəzərə alınmaqla, Azərbaycandakı açıq-aşkar qüsurlu məhkəmə prosesləri işığında aydınlaşdırmaya ehtiyac var”.
O, BQXK nümayəndələrinin Vardanyan və digər erməni məhbusları hansı əsasla ziyarət etdiklərinin konkret hüquqi statusunun aydınlaşdırılmasını xahiş edib: "Biz bilmək istəyirik ki, hərbi əsir, təhlükəsizlik səbəblərindən saxlanılmış, internatda saxlanılmış, yoxsa başqa statusları var?"
Zonabendin sözlərinə görə, "erməni məhkumların qohumları onların səhhətindən narahatdırlar".
Xatırladaq ki, BQXK-nin Bakıda yerləşən ofisi ötən ildən fəaliyyətini dayandırıb. Bu qurumun ölkəmizdə mövcudluğu zəruri deyil. Çünki hər hansı eskalasiya vəziyyəti, fövqəladə hal yoxdur. Erməni məhbuslara isə həm Ombudsmanlıq baş çəkir, həm ailələri ilə telefon əlaqəsinə şərait yaradılır, həm də saxlanma şəraitindən narazılıq bildirməyiblər.
Barəsində hökm çıxarılmış erməni məhkumların statusuna gəlincə, Zonabend yaxşı bilir ki, əri də daxil olmaqla hamısı hərbi cinayətkarlardır və separatçılıq, terrorçuluqla məşğul olub, Azərbaycanın suverenliyinə təhdid yaradan fəaliyyət göstəriblər.
Bildirək ki, bundan qabaq News.am dezinformasiya yaymışdı. Guya martın 13-də ailəsi ilə telefon danışığı zamanı Ruben Vardanyan Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya açıq müraciət etməyə çalışsa da, telefon danışığı kəsilib. Ombudsman Aparatı ittihama faktlarla cavab vermişdi. İndi də Vardanyanın xanımı gah məktub yazır, gah müsahibələr verir, məsələni gündəmdə saxlayır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan 20 il azadlıqdan məhrum edilib. Məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.
Bugün, 18:00
İran İsraildə aeroportu vurdu
Bugün, 17:30
Onun da verilişi bağlandı
Bugün, 17:00
Vardanyanın ailəsi də Azərbaycanı şərlədi - Zəng etmədiyi yer qalmayıb...
Bugün, 16:30
Bunu bu gün etsəniz, həmişə PULUNUZ OLACAQ
Bugün, 16:00
45 nəfər bayram günü tutuldu
Bugün, 12:00
General Ruslan Allahverdiyev azadlığa buraxıldı
Bugün, 11:30
Hindistanlılar Rusiyaya səfərdən imtina edirlər
Bugün, 11:00
Edamdan 2 gün əvvəl əfv olundu
Bugün, 10:30
Hövsanda müəllim qətlə yetirildi- Əri saxlanıldı
Bugün, 10:00
Qızıl bazarında canlanma — Qiymətlərdə əhəmiyyətli düşüş var
Bugün, 09:30
Azərbaycanlı qadınlar ən çox hansı ölkələrin vətəndaşları ilə ailə qururlar?
Bugün, 09:00
Kamran Əliyevə ağır itki
Dün, 18:00
Pezeşkian dünyaya müraciət etdi
Dün, 17:30
İsrail İranda yeni hava hücumları dalğası başladıb
Dün, 17:00
İran müharibəsi 100 min britaniyalını işsiz qoya bilər
Dün, 16:30
Röyanın Tiflis konserti təxirə salındı
Dün, 16:00
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO
Dün, 12:00
Allahşükür Paşazadə II İlyanın dəfninə gedir
Dün, 11:30
Şlaqbaumu qırıb yaşlı mühafizəçiyə hücum etdilər
Dün, 11:00
Məktəblərdə “bloger müəllim”lər – Pozitivlik, yoxsa zərər?
Dün, 10:30
Azərbaycanda Ramazan bayramıdır
Dün, 10:00
Bu gün Azərbaycanda Novruz bayramıdır
Dün, 09:30
11 günlük tətil başlayıb
Dün, 09:00
Azərbaycanda bayram namazı QILINDI
19-03-2026, 18:00
Prezident Ramazan bayramı münasibətilə xalqı təbrik etdi
19-03-2026, 17:30
Zaur Əliyev vəzifəsini İTİRDİ
19-03-2026, 17:00
İranda İsrailə casusluq edən daha 97 nəfər saxlanıldı