Almaniyada deputatlar hökuməti Ukraynaya "Taurus" raketləri verməyə çağırıb
Dünya
Oxunub: 117
7 Ağu 2023 | 11:00
Almaniyada deputatlar hökuməti Ukraynaya "Taurus" raketləri verməyə çağırıb


Almaniya Sosial Demokrat Partiyasından olan bir neçə nüfuzlu siyasətçi Berlin hökumətini Ukraynanı uzun mənzilli “Taurus” raketləri ilə təmin etməyə çağırıb.

Bu barədə DW nəşri məlumat yayıb.

"Ukraynada əhəmiyyətli hərbi-hava qüvvələri yoxdur. Onlara rusların yerləşdirdiyi mina sahələrini keçə və ərazilərini geri ala biləcəyi "Taurus" qanadlı raketləri lazımdır", - deputat Andreas Şvarts Der Spiegel-ə müsahibəsində deyib.

Eyni zamanda, Bundestaqdakı SDP fraksiyasının xarici siyasət üzrə sözçüsü Niels Şmid "Tagesspiegel"ə müsahibəsində deyib ki, elə etmək lazımdır ki, ukraynalılar özləri onları proqramlaşdıra bilsinlər.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Boris Pistorius qeyd edib ki, o, gələcəkdə "Taurus"un tədarükünü istisna etmir, lakin bu qərarın verilməsinin vaxtı hələ çatmayıb.

Qeyd edək ki, 10 il əvvəl Bundesver üçün 600-ə yaxın “Taurus” raketi alınıb ki, onlardan da 150-yə yaxını istismara hazır vəziyyətdədir. “Taurus” artıq Ukraynaya çatdırılan Britaniyanın “Storm Shadow” raketlərinin analoqu hesab olunur. “Taurus” pilotsuz döyüş silahıdır, qırıcıdan buraxılır və 400 kiloqramlıq döyüş başlığını 500 kilometrdən çox mənzilə çatdıra bilir. Raket komanda bunkerləri və ya sursat anbarları kimi bərkidilmiş hədəflərə qarşı effektiv silah hesab edilir.
Bugün, 18:00
İranda etirazçılar çərşənbə günü EDAM EDİLƏCƏK
Bugün, 17:30
İranda 150 təcili yardım maşını zədələnib
Bugün, 17:00
Təhsil eksperti orqanlarını bağışladı - FOTO
Bugün, 16:30
Ağadadaş Ağayev amnistiya düşür
Bugün, 16:00
Trampdan şok etiraf: “Ukrayna müharibəsi ABŞ-a pul qazandırır” – 350 milyard dollarlıq gəlir planı açıqlandı
Bugün, 15:30
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq - Gecə 4° soyuq
Bugün, 11:30
Ölkədə daha bir FACİƏ- ARAŞDIRMA APARILIR
Bugün, 11:00
Baş həkim vəzifədən kənarlaşdırıldı – Tanınmış müğənnin qardaşıdır
Bugün, 10:30
“Onların başlarını nişan almaq əmri verilib” – İran aksiyalarında saxlanılanlardan şok ifadələr
Bugün, 10:00
Bu ölkə iki yerə bölünə bilər - EKSPERT
Bugün, 09:30
Azərbaycanda DƏHŞƏT: Hərbi qulluqçu tanışını öldürdü
Bugün, 09:00
SON DƏQİQƏ! Şamaxıda ZƏLZƏLƏ OLDU
10-01-2026, 18:00
Xətaidə bir günün içində 50 illik pilləkənlər yoxa çıxdı - Nə baş verir?
10-01-2026, 17:30
Yeniyetmə məktəbin qarşısında bıçaqlandı
10-01-2026, 17:00
Bakıda torpaq alanların DİQQƏTİNƏ! "Dodaq uçuqladan" QİYMƏTLƏR
10-01-2026, 16:30
Kərə yağı bahalaşacaq?
10-01-2026, 16:00
"Azərşəkər"də zəhər kimi korrupsiya - Mehdiyev 800 min manatı...
10-01-2026, 15:30
Putini Maduronun taleyi gözləyirmi? – Tramp açıqladı
10-01-2026, 15:00
Qoyun sürüsü supermarketə doldu – kassalar önündə 20 dəqiqəlik “işğal”
10-01-2026, 11:00
“Neftçi” 3 qolla qələbə qazandı
10-01-2026, 10:30
Azərbaycanda gəmi kapitanı vəfat etdi
10-01-2026, 10:00
İran etirazçıları edamla HƏDƏLƏDİ
10-01-2026, 09:30
Bakıda taksi şirkəti fəaliyyətini dayandırır
10-01-2026, 09:00
İcra hakimiyyətlərində islahat başladı - Bu vəzifələr LƏĞV EDİLDİ
9-01-2026, 18:00
Azərbaycanda “Azərdovşansaxlayan” adlı QHT də var imiş
9-01-2026, 17:30
Bu ölkənin 19 generalı ÖLDÜRÜLÜB
9-01-2026, 17:00
Ən çox şikayət olunan internet provayderlər