Nəsimini soyan məmurun aqibəti
Gündəm
Oxunub: 102
30 Ara 2025 | 17:30
Nəsimini soyan məmurun aqibəti
Dövlət başçısının məmur özbaşınalığı ilə bağlı barışmaz siyasətinin davam edəcəyinə şübhə yoxdur
“Əfsus ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq”.

Dövlət başçısı noyabrın 12-də yeni təyinat alan icra başçılarını qəbul edərkən dediyi bu fikirləri cəmi 47 gün sonra vəzifəsini itirən Nəsimi Rayon İcra Hakimiyyətinin artıq sabiq başçısı Elxan İbrahimov da eşidirdi. Prezident çıxışında hər şeyi o qədər açıq deyib ki, bunu Stokholm İqtisadiyyat Məktəbində də təhsil almış, bir neçə əcnəbi dil bilən Elxan İbrahimovun anlamaması mümkünsüz idi. Amma indi bəlli olur ki, bu adam vəzifəyə başladıqdan dərhal sonra rayonda sahibkarlardan qeyri-rəsmi ödənişlər tələb edib, kimlərinsə obyektlərində tikinti dayandırılıb, əlavə “haqq” istənilib və s. Onun sonrakı taleyi ilə bağlı hansı qərarın veriləcəyi bilinmir, amma bir fakt bəllidir ki, o, dövlətin və Prezidentin inamını birdəfəlik itirib.

Dövlət başçısı yuxarıda xatırlatdığımız fikirləri ilk dəfə demirdi, məmur toplantılarında bunu bir neçə dəfə, əlbəttə ki, məqsədli şəkildə xatırladıb. İlham Əliyevin idarəetmə siyasətinə bələd olanlar bu çağırışlardan nəticə çıxarıblar. Amma kimlər ki, son hadisə də daxil olmaqla öz acgözlüklərinə aldanıb, “arxamda filan məmur dayanıb” deyərək bu xəbərdarlıqları görməzdən gəliblər, onların taleyi də bəllidir. Bir çoxu hələ də həbsdədir. Prezident Əliyev idarəetmə fəlsəfəsində istisnasız olaraq xalqa arxalanır, məhz məmurları da bu prinsiplə işləməyə dəvət edir. Dövlət başçısının belə məmur toplantılarının birində dediklərinə diqqət edək: “Əgər kimsə mənim bu sözlərimdən sonra yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu, alınmayacaq. Heç kimə güzəşt yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq. Bunu bilməlisiniz...”

Son günlər xüsusilə sosial mediada Azərbaycan dövlət başçısı İlham Əliyevin vaxtilə yenə də məmurlara xitabən dediyi “Heç kim toxunulmaz deyil” xəbərdarlığı ən çox istinad edilən sitata, necə deyərlər, trendə çevrilib. Bu müzakirələrin haradan qaynaqlandığının səbəbi də, zənnimizcə, hamıya aydındır. Xüsusilə “Ramiz Mehdiyev işi” təbii olaraq bir çox “budaqları” da silkələyib. “Budaqların” silkələnməsi dövlət üçün heç bir risk daşımır, cəmiyyət isə postmüharibə dövründəki bu “təmizlənməni” zəruri hesab edir, dövlətin müvafiq strukturlarının apardıqları əməliyyatları dəstəkləyir. Məhz bəzi rezonans doğuran həbslər fonunda Prezident İlham Əliyevin “Heç kim toxunulmaz deyil” tezisinin önə çıxması anlaşılandır.

Çıxışlarının birində Prezidentin Elxan İbrahimov kimi məmurları nəzərdə tutaraq dediklərini xatırlayaq:

“Əfsus ki, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar bəzi hallarda qanunları çox ciddi pozurlar. Özlərini xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da cinayət məsuliyyətinə cəlb edilir”.

Məmur korrupsiyası bütün dünya ölkələrinin bəlasıdır. Azərbaycanda da məmur korrupsiyası var. Prezidentin məmur özbaşınalığı ilə mübarizədə prinsipiallığı, əlbəttə ki, ölkədəki daxili vəziyyətə birbaşa təsir edən amildir. Sabitliyi qoruyan əsas şərt Prezident Əliyevə olan inamdır. Prezident bu inamın heç bir məmurun öz acgözlüyü və özbaşınalığı ilə təhdid edilməsinə imkan verməyib, verməyəcək də. O səbəbdən İlham Əliyevin məmur özbaşınalığı ilə bağlı barışmaz siyasətinin davam edəcəyinə şübhə yoxdur.
Bugün, 14:29
ABŞ Yaxın Şərqdə məğlub olub geri çəkilərsə, TRİPP layihəsinin taleyi necə olacaq?
Dün, 18:00
Avtobus zolağına girən “Ferrari” cərimə meydançasına salındı
Dün, 17:30
Antik əşyalar oğurlayan şəxslər saxlanıldı
Dün, 17:00
Bakıda süpürgəçini maşın vurub öldürüb
Dün, 16:30
Azərbaycanda hər il müzakirə olunan təhsil dilemması
Dün, 16:00
Adnan Əhmədzadə ilə bağlı qərar verildi
Dün, 12:00
Azərbaycanda 1287 nəfər QİÇS-ə yoluxub
Dün, 11:30
Lənkəranın icra başçısı 44 nəfəri işdən çıxardı
Dün, 11:00
İran Dubay Beynəlxalq Maliyyə Mərkəzini vurdu
Dün, 10:30
Güləşçimiz Avropa çempionu oldu
Dün, 10:00
ABŞ-də sinaqoqa terror hücumu edildi
Dün, 09:30
Xameneinin həyat yoldaşı sağ imiş
Dün, 09:00
Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA
12-03-2026, 18:00
Araz Ağalarovun obyektini yandıranlara ömürlük iş kəsildi
12-03-2026, 17:30
Ukrayna İrana görə əziyyət çəkir
12-03-2026, 17:00
Uşağı döyərək tərbiyə edən müəllim cərimələnəcək
12-03-2026, 16:30
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq
12-03-2026, 16:00
Dilənçiliklə məşğul olanlar həbs ediləcək
12-03-2026, 12:00
Neft bahalaşır - Dollar manata qarşı ucuzlaşa bilər?
12-03-2026, 11:30
Gəncədə dəhşətli qətl - 17 yaşlı yeniyetmə atasını güllələdi
12-03-2026, 11:00
Polis Bakıda özbək “həkim”i saxladı
12-03-2026, 10:30
İki qadın güləşçimiz finalda
12-03-2026, 10:00
"Avroviziya" ilə bağlı iddialara RƏSMİ CAVAB
12-03-2026, 09:30
Könül Həmzəyeva saxlanılıb
12-03-2026, 09:00
Prezidentlərin Bakıdan ƏSAS MESAJLAR
11-03-2026, 18:00
İran müharibəsindən sonra nələr dəyişəcək?
11-03-2026, 17:30
Abbaszadə şagirdləri ÇƏTİNƏ saldı – QƏLİZ və uzun suallar...