“Ağdamda azərbaycanlıların tikdiyi heç nə qalmayıb” - Fransa nəşri
Dünya
Oxunub: 128
16 Şub 2023 | 19:47
“Ağdamda azərbaycanlıların tikdiyi heç nə qalmayıb” - Fransa nəşri


“Qafqazın Hirosiması” adı ilə tanınan Ağdam şəhərinin indiki vəziyyətini necə əsaslandırmaq olar? Orada azərbaycanlıların tikdiyi heç nə qalmayıb.

Bu barədə Qiyom Oriqoninin Fransanın “Slate.fr” onlayn nəşrində dərc olunan məqaləsində deyilir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən məqalə müəllifi orada törədilən urbisiddən bəhs edib.

“Dünyanın ən çox çirkləndirilmiş ərazilərindən biri... Xarabalığa çevrilmiş, minalarla dolu olan boş kəndlər, yaşayış məntəqələri, evlər avtobusun pəncərələrinin hər iki tərəfindən görünürdü. Bir vaxtlar sakinlərindən məhrum olan evlər tədricən dağıdılıb, təbiət isə bərpa olub”, - Ağdamda, Şuşada, Füzulidə səfərdə olmuş məqalə müəllifi təəssüratlarını bölüşüb.

“Azərbaycanın geri qaytardığı ərazilər mümkün qədər tez bir zamanda ölkənin qalan hissəsinə inteqrasiya olunmalıdır. Ölkənin bununla bağlı ortaya qoyduğu enerjini və resursları nəzərə alsaq, bir neçə ay ərzində bu məqsədə nail olacağına şübhə yoxdur. Amma hələlik Şuşada yalnız minatəmizləmə işləri ilə məşğul olan komandaları əvəz edən işçilər yaşayır və texnika var”, müəllif vurğulayıb.

Q.Oriqonin azad edilmiş ərazilərin fəal şəkildə bərpa olunduğunu əlavə edib: “Azərbaycan Prezidenti İlham Əliyev bunu tez bir zamanda və keyfiyyətli şəkildə həyata keçirmək istəyir: Şuşa şəhərində və bütün regionda genişmiqyaslı işlər aparılır”.

O, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənovla söhbətləşib. Ə.Həsənov qeyd edib ki, 3890 azərbaycanlı hələ də itkin düşmüş şəxs hesab olunur: “Birinci Qarabağ müharibəsindən sonra 3190-a yaxın hərbçi və 700 mülki şəxs vətənə qayıtmayıb”.

Ə.Həsənovun sözlərinə görə, azad edilmiş ərazilərdə azərbaycanlıların kütləvi məzarlıqlarının, qalıqlarının və sümüklərinin aşkarlanması istiqamətində işlər aparılır ki, bu da belə hərbi cinayətlərin Ermənistan ordusu tərəfindən törədildiyini sübut etməyə imkan verir.

Fransalı müəllif Bakıda məhkəmə-tibbi ekspertiza mərkəzində olub və bununla bağlı təəssüratlarını da bölüşüb: “Parlaq işıqlandırmaya baxmayaraq, burada əhval-ruhiyyə yaxşı deyil. Otağa girən zaman onlarla laborantın skeletlərin ətrafında dolaşdığını gördük. Onlar dedilər ki, bu qalıqlar erməni barbarlığının bariz nümunəsidir”.

Dün, 18:00
Xətaidə bir günün içində 50 illik pilləkənlər yoxa çıxdı - Nə baş verir?
Dün, 17:30
Yeniyetmə məktəbin qarşısında bıçaqlandı
Dün, 17:00
Bakıda torpaq alanların DİQQƏTİNƏ! "Dodaq uçuqladan" QİYMƏTLƏR
Dün, 16:30
Kərə yağı bahalaşacaq?
Dün, 16:00
"Azərşəkər"də zəhər kimi korrupsiya - Mehdiyev 800 min manatı...
Dün, 15:30
Putini Maduronun taleyi gözləyirmi? – Tramp açıqladı
Dün, 15:00
Qoyun sürüsü supermarketə doldu – kassalar önündə 20 dəqiqəlik “işğal”
Dün, 11:00
“Neftçi” 3 qolla qələbə qazandı
Dün, 10:30
Azərbaycanda gəmi kapitanı vəfat etdi
Dün, 10:00
İran etirazçıları edamla HƏDƏLƏDİ
Dün, 09:30
Bakıda taksi şirkəti fəaliyyətini dayandırır
Dün, 09:00
İcra hakimiyyətlərində islahat başladı - Bu vəzifələr LƏĞV EDİLDİ
9-01-2026, 18:00
Azərbaycanda “Azərdovşansaxlayan” adlı QHT də var imiş
9-01-2026, 17:30
Bu ölkənin 19 generalı ÖLDÜRÜLÜB
9-01-2026, 17:00
Ən çox şikayət olunan internet provayderlər
9-01-2026, 16:30
Prezident deputatla bağlı sərəncam İMZALADI
9-01-2026, 16:00
Naxçıvanda evlənənlərin yarıdan çoxu BOŞANIB
9-01-2026, 15:30
Bakı-Tehran reysi ləğv edildi - RƏSMİ
9-01-2026, 15:30
Bakıda mənzildə meyit tapıldı
9-01-2026, 11:00
İranda internet 12 saatdır kəsilib
9-01-2026, 10:30
Pensiyalar gecikəcək
9-01-2026, 10:00
Azərbaycanda kağız formada diplomlar verilməyəcək
9-01-2026, 09:30
İrandan vaxtı keçmiş yağlar gətirilir - Üzərindəki yazılardan isə heçnə başa düşmək olmur - AÇIQLAMA
9-01-2026, 09:00
"BakıKart" ləğv olunur? - AÇIQLAMA
8-01-2026, 18:00
Sabah qar yağacaq
8-01-2026, 17:30
Şəhriyarla Teymur şahmatdan milyonlar qazanıb - MƏBLƏĞ
8-01-2026, 17:00
Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ