İrandan vaxtı keçmiş yağlar gətirilir - Üzərindəki yazılardan isə heçnə başa düşmək olmur - AÇIQLAMA
Gündəm
Oxunub: 93
9 Ock 2026 | 09:30
İrandan vaxtı keçmiş yağlar gətirilir - Üzərindəki yazılardan isə heçnə başa düşmək olmur - AÇIQLAMA Bəzi məhsulların, xüsusilə də İrandan idxal olunan qidaların üzərində son istifadə tarixi, tərkibi və s. barədə məlumatınların Azərbaycan dilində tərcüməsinin olmaması zaman-zaman gündəmə gələn amma həllini tapa bilməyən problemlərdən biridir. Bəzi hallarda isə satıcılar ya bilərəkdən, ya da bilməyərəkdən vaxtı keçmiş məhsulları da satışa çıxarırlar. Məhsulların üzərindəki yazıların anlaşılmaması isə alıcıların aldadılmasına gətirib çıxarır.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bildirib ki, istehlakçıların beynəlxalq və yerli hüquqlarından biri də aldıqları mal haqqında dürüst və ətraflı məlumat əldə etmək hüququdur. Onun sözlərinə görə, bu hüquq həm milli qanunvericilikdə, həm də beynəlxalq sənədlərdə açıq şəkildə təsbit olunub.

E.Hüseynov qeyd edib ki, qanunvericiliyə əsasən Azərbaycan əmtəə bazarında satılan bütün mallar, xarici dillə yanaşı, mütləq Azərbaycan dilində markalanmalıdır. Bu tələb təkcə qida məhsullarına deyil, avtomobillərin sənədlərinə, mürəkkəb texniki cihazların istismar qaydalarına və digər bütün mallara da şamil edilir.

Söyləyib ki, xüsusilə İrandan gətirilən mallarla bağlı illərdir ciddi problem mövcuddur:

"Bu məhsulların üzərində məlumatlar insanların başa düşmədiyi fars əlifbası ilə yazılır. Bu isə istehlakçı hüquqlarının birbaşa pozulmasıdır. Bəzi biznes subyektləri bundan sui-istifadə edərək vaxtı keçmiş malları bazara çıxarır və istehlakçıları aldadır".

Eyyub Hüseynov dövlət qurumlarının, xüsusilə gömrük orqanlarının bu məsələdə kifayət qədər sinxron işləmədiyini də vurğulayıb. Nəzərə çatdırıb ki, gömrük orqanları qanun pozuntusu aşkar etdikdə məsuliyyəti başqa qurumların üzərinə atmamalı, müvafiq dövlət orqanları ilə birbaşa əlaqə saxlamalıdırlar.

Dediyinə görə, İrandan idxal edilən malların markalanmasında müəyyən düzəlişlər edilsə də, problem tam həllini tapmayıb.

E.Hüseynov istehlakçılara belə hallarla rastlaşdıqda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qaynar xəttinə və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etməyi tövsiyə edib:

"Bu cür qanun pozuntuları təkcə istehlakçı hüquqlarının tapdanması deyil, eyni zamanda insanların sağlamlığı üçün real təhlükə, zəhərlənmə riskinin artması deməkdir".
Bugün, 14:29
ABŞ Yaxın Şərqdə məğlub olub geri çəkilərsə, TRİPP layihəsinin taleyi necə olacaq?
Dün, 18:00
Avtobus zolağına girən “Ferrari” cərimə meydançasına salındı
Dün, 17:30
Antik əşyalar oğurlayan şəxslər saxlanıldı
Dün, 17:00
Bakıda süpürgəçini maşın vurub öldürüb
Dün, 16:30
Azərbaycanda hər il müzakirə olunan təhsil dilemması
Dün, 16:00
Adnan Əhmədzadə ilə bağlı qərar verildi
Dün, 12:00
Azərbaycanda 1287 nəfər QİÇS-ə yoluxub
Dün, 11:30
Lənkəranın icra başçısı 44 nəfəri işdən çıxardı
Dün, 11:00
İran Dubay Beynəlxalq Maliyyə Mərkəzini vurdu
Dün, 10:30
Güləşçimiz Avropa çempionu oldu
Dün, 10:00
ABŞ-də sinaqoqa terror hücumu edildi
Dün, 09:30
Xameneinin həyat yoldaşı sağ imiş
Dün, 09:00
Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA
12-03-2026, 18:00
Araz Ağalarovun obyektini yandıranlara ömürlük iş kəsildi
12-03-2026, 17:30
Ukrayna İrana görə əziyyət çəkir
12-03-2026, 17:00
Uşağı döyərək tərbiyə edən müəllim cərimələnəcək
12-03-2026, 16:30
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq
12-03-2026, 16:00
Dilənçiliklə məşğul olanlar həbs ediləcək
12-03-2026, 12:00
Neft bahalaşır - Dollar manata qarşı ucuzlaşa bilər?
12-03-2026, 11:30
Gəncədə dəhşətli qətl - 17 yaşlı yeniyetmə atasını güllələdi
12-03-2026, 11:00
Polis Bakıda özbək “həkim”i saxladı
12-03-2026, 10:30
İki qadın güləşçimiz finalda
12-03-2026, 10:00
"Avroviziya" ilə bağlı iddialara RƏSMİ CAVAB
12-03-2026, 09:30
Könül Həmzəyeva saxlanılıb
12-03-2026, 09:00
Prezidentlərin Bakıdan ƏSAS MESAJLAR
11-03-2026, 18:00
İran müharibəsindən sonra nələr dəyişəcək?
11-03-2026, 17:30
Abbaszadə şagirdləri ÇƏTİNƏ saldı – QƏLİZ və uzun suallar...