Bütün düymələrə basıldı - Hər şey Ərdoğanın bir kəlməsindən asılıdır

İsveçin xarici işlər naziri Tobias Billström İsveçin PKK da daxil olmaqla bütün terror təşkilatlarını qınadığını bildirib.
hedeftv.az musavat.com-a istinadən bildirir ki, ölkəsinin NATO-ya üzvlük üçün müraciətindən sonra keçən prosesə toxunan Billström terrorla mübarizə mövzusunun Üçlü Memorandumda mühüm yer tutduğunu və bu mövzuda yeni qanunun bir müddət əvvəl qüvvəyə mindiyini xatırladıb.
Nazir memorandumdakı öhdəliklərinin son hissəsini yerinə yetirdiklərini deyib.
Jurnalistin "Silahlı terror təşkilatı PKK ilə mübarizədə hökumətiniz konkret olaraq haradadır?" sualını cavablandıran Billström Üçlü Memorandum çərçivəsində üzərlərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirdiklərini, İsveç və Türkiyə polisi arasında əməkdaşlığın əhəmiyyətli dərəcədə yaxşılaşdığını iddia edib.
"Məqsədimiz Türkiyə ilə eynidir - terrorla mübarizə aparmaqdır və biz bunu memorandum çərçivəsində əl-ələ verərək konstruktiv şəkildə edirik. İsveçin PKK ilə bağlı mövqeyi çox açıqdır. Bu səbəbdən biz NATO üzvü olmaq üçün memorandumda yazılanların və qərarların hamısını yerinə yetirmək istədik" - o deyib.
Nazir İsveçdə terrorla mübarizə ilə bağlı qəbul edilən yeni qanunun Türkiyə, NATO və Avropa İttifaqı (Aİ) üzvləri arasında terrorla mübarizədə əməkdaşlığı asanlaşdıracağına diqqət çəkib.
Ətraflı
Ad - 00:32
Türkiyə mediası NATO-ya üzv olmaq üçün Türkiyənin təsdiqinə ehtiyacı olan İsveçin "bütün düymələrə basdığını" yazıb.
Xatırladaq ki, yanvar ayında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib və Rasmus Paludan müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırıb.
NATO-ya üzv olmaq istəyən İsveç yaranan gərginlikdən sonra terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq edəcəklərinə, terror təşkilatı PKK başda olmaqla, milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı Türkiyəyə hərtərəfli dəstək verəcəyinə, o cümlədən PYD/YPG və FETÖ-nü dəstəkləməyəcəyinə söz verib.
İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində tamhüquqlu üzv kimi masa arxasında oturmağa ümid edən İsveçə hələ də yaşıl işıq yandırmayan Ankara terrorla mübarizəni gücləndirən qanun kontekstində İsveçdən konkret addımlar görmək istəyir. Bu kontekstdə Stokholm administrasiyası yeni terror qanunu imzalayaraq ilə Ankaranı "hə" cavabı verməyə razı salmağı planlaşdır.
Həmin qanun çərçivəsində İsveç PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına razılıq verib. Adı açıqlanmayan 35 yaşlı PKK tərəfdarı 2014-cü ildə narkotik cinayətlərinə görə Türkiyədə 4 il 7 ay həbs cəzası almış, lakin şərti olaraq azadlığa buraxıldıqdan sonra İsveçə getmişdi. O, Türkiyə məhkəmə orqanlarının tələbi ilə cəzasının qalan hissəsini Türkiyədə çəkmək üçün ötən il İsveçdə həbs edilmişdi.
Ötən həftə İsveç Ali Məhkəməsi PKK-ya dəstək verən, narkotik qaçaqmalçılığına görə məhkum olunmuş şəxsin ekstradisiyası barədə qərar qəbul edib. İsveç Ədliyyə Nazirliyinin rəsmisi Əşrəf Əhməd AFP-yə hökumətin 35 yaşlı Türkiyə vətəndaşının ekstradisiyasına dair sərəncam verdiyini təsdiqləyib.
Bugün, 11:30
Ölkədə daha bir FACİƏ- ARAŞDIRMA APARILIR
Bugün, 11:00
Baş həkim vəzifədən kənarlaşdırıldı – Tanınmış müğənnin qardaşıdır
Bugün, 10:30
“Onların başlarını nişan almaq əmri verilib” – İran aksiyalarında saxlanılanlardan şok ifadələr
Bugün, 10:00
Bu ölkə iki yerə bölünə bilər - EKSPERT
Bugün, 09:30
Azərbaycanda DƏHŞƏT: Hərbi qulluqçu tanışını öldürdü
Bugün, 09:00
SON DƏQİQƏ! Şamaxıda ZƏLZƏLƏ OLDU
10-01-2026, 18:00
Xətaidə bir günün içində 50 illik pilləkənlər yoxa çıxdı - Nə baş verir?
10-01-2026, 17:30
Yeniyetmə məktəbin qarşısında bıçaqlandı
10-01-2026, 17:00
Bakıda torpaq alanların DİQQƏTİNƏ! "Dodaq uçuqladan" QİYMƏTLƏR
10-01-2026, 16:30
Kərə yağı bahalaşacaq?
10-01-2026, 16:00
"Azərşəkər"də zəhər kimi korrupsiya - Mehdiyev 800 min manatı...
10-01-2026, 15:30
Putini Maduronun taleyi gözləyirmi? – Tramp açıqladı
10-01-2026, 15:00
Qoyun sürüsü supermarketə doldu – kassalar önündə 20 dəqiqəlik “işğal”
10-01-2026, 11:00
“Neftçi” 3 qolla qələbə qazandı
10-01-2026, 10:30
Azərbaycanda gəmi kapitanı vəfat etdi
10-01-2026, 10:00
İran etirazçıları edamla HƏDƏLƏDİ
10-01-2026, 09:30
Bakıda taksi şirkəti fəaliyyətini dayandırır
10-01-2026, 09:00
İcra hakimiyyətlərində islahat başladı - Bu vəzifələr LƏĞV EDİLDİ
9-01-2026, 18:00
Azərbaycanda “Azərdovşansaxlayan” adlı QHT də var imiş
9-01-2026, 17:30
Bu ölkənin 19 generalı ÖLDÜRÜLÜB
9-01-2026, 17:00
Ən çox şikayət olunan internet provayderlər
9-01-2026, 16:30
Prezident deputatla bağlı sərəncam İMZALADI
9-01-2026, 16:00
Naxçıvanda evlənənlərin yarıdan çoxu BOŞANIB
9-01-2026, 15:30
Bakı-Tehran reysi ləğv edildi - RƏSMİ
9-01-2026, 15:30
Bakıda mənzildə meyit tapıldı
9-01-2026, 11:00
İranda internet 12 saatdır kəsilib
9-01-2026, 10:30
Pensiyalar gecikəcək