Övladlığa götürmənin dövlət qeydiyyatı qaydası dəyişib
Gündəm / Siyasət
Oxunub: 118
28 Tem 2023 | 14:10
Övladlığa götürmənin dövlət qeydiyyatı qaydası dəyişib


Övladlığa götürmənin dövlət qeydiyyatı qaydası dəyişib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.

Qeyd olunur ki, indiyə qədər qüvvədə olan Qaydaya əsasən, övladlığa götürmənin dövlət qeydiyyatı övladlığa götürənlərin birgə ərizəsi və ya onlardan birinin ərizəsi ilə övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən, qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılıb. Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən övladlığa götürmə haqqında akt qeydi məhkəmə qətnaməsində və övladlığa götürənlərin və övladlığa götürülənin şəxsiyyətini təsdiq edən sənədlərdə göstərilən məlumatlar əsasında tərtib edilib.

“Dəyişikliyə əsasən, övladlığa götürmənin dövlət qeydiyyatı “Elektron məhkəmə” informasiya sistemindən Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş uşağın övladlığa götürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa (məhkəmə qətnaməsinin nəticə hissəsinə) əsasən, qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılacaq. Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən övladlığa götürmə haqqında akt qeydi məhkəmə qətnaməsinin nəticə hissəsində qeyd olunan məlumatlar (övladlığa götürülənə soyadı və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi, övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi, övladlığa götürənlər valideyn kimi yazıldıqda bu barədə məlumat) əsasında tərtib ediləcək.
Bu vaxta qədər övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilib. Bundan sonra Ailə Məcəlləsinin 130.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, övladlığa götürənlərin, onlar öldükdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti akt qeydlərindən bu barədə çıxarışlar, şəhadətnamələr və ya arayışlar vermək qadağan edilir.

İndiyə qədər qüvvədə olan Qaydaya görə, qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən övladlığa götürmə haqqında akt qeydi tərtib olunarkən övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi, övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi, övladlığa götürənlərin valideyn kimi yazılması zəruriliyi övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən müəyyən edilib. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.20-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş uşağın övladlığa götürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən övladlığa götürmənin qeydiyyatı aparılıb.

Dəyişikliklərlə əlaqədar bu müddəalar ləğv olunub”, - məlumatda qeyd olunur.
Dün, 18:00
Bəylər Eyyubovun qardaşı oğlu HƏBS OLUNDU
Dün, 17:30
Sosial şəbəkədə “rüşvətxor”, “korrupsioner” yazdılar, 2500 manat cərimələndilər
Dün, 17:00
Azərbaycan QHT-ləri ABŞ-ın Lemkin İnstitutunu üzr istəməyə çağırır
Dün, 16:30
Müzəffər liderliyin zəfər salnaməsi: Prezident İlham Əliyevin dövlətçilik yolu
Dün, 16:00
Tanrıverdi Tanrıverdiyev həbsdə öldü
Dün, 15:30
Dünya miqyasında nüfuz qazanmış siyasi lider
Dün, 15:00
Müstəqil Azərbaycanın güclü Prezidenti
Dün, 14:30
Bakıda uşaq bağçasında yanğın
Dün, 14:00
Lerikdə məktəb YANDI
Dün, 13:30
Medvedev İlham Əliyevi təbrik etdi
Dün, 13:00
Azərbaycanda kran istehsal olunacaq
Dün, 12:30
Ata Abdullayev də amnistiyaya düşür - Hüquq müdafiəçisi təsdiqlədi
Dün, 12:00
AZƏRBAYCANIN QÜDRƏTLİ LİDERİNİN YENİ YAŞINI T Ə B R İ K E D İ R İ K
22-12-2025, 18:00
Ağdamda 10 milyon manata binalar tikiləcək
22-12-2025, 17:30
Bakıdan bu rayona gəmi ilə gedə biləcəyik
22-12-2025, 17:00
Sabiq səfirin adı yarım milyonluq dələduzluq işində
22-12-2025, 16:30
Meşədə üzərinə ağac düşən şəxs öldü
22-12-2025, 16:00
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi
22-12-2025, 15:30
Bu toyuqları almayın! - Xəbərdarlıq
22-12-2025, 15:00
Brüssel mənzərəsi: Fermerlərin etirazla küçəyə tökdüyü kartofları sakinlər yığıb apardı - VİDEO
22-12-2025, 11:00
Səudiyyə Ərəbistanı səhrasına qar yağıb - Foto
22-12-2025, 10:30
Röyanın eks əri məhkəməyə verildi - alimenti ödəmir
22-12-2025, 10:00
Mingəçevirdə kişi bıçaqlandı
22-12-2025, 09:30
Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi
22-12-2025, 09:00
Bu gün məhkumlar ailələrinə qovuşacaq - Amnistiya başladı
20-12-2025, 18:00
Dəhşətli təhlükə: atom silahı illər sonra ilk dəfə açıq şəkildə “çıxış yolu” kimi
20-12-2025, 17:30
Ukrayna cəbhəsindən acı xəbərlər: 4 həmyerlimiz öldü, 2-si itkin düşdü