Aqşinlə Hüseynin TikTokda nə işi var? - Foto
Gündəm / Sosial
Oxunub: 106
18 Ara 2023 | 14:58
Aqşinlə Hüseynin TikTokda nə işi var? - Foto


Azərbaycanla Ermənistan arasındakı razılaşmaya əsasən, dekabrın 13-də əsirlikdən xilas edilən Aqşin Bəbirov və Hüseyn Axundovun son günlər sosial şəbəkələrdə, xüsusilə TikTokda canlı yayımlara çıxması müzakirələrə səbəb olub.

Keçmiş əsirlərin başlarına gələnlər barədə qeyri-ciddi ortamda etdikləri çıxışlar, eləcə də onların bəzi ailə üzvlərinin verdikləri müsahibələr müzakirə yaradıb. Bir çox insan Aqşin və Hüseynin TikTokda canlı yayımlara çıxarılmasını izləyici toplamaq məqsədilə əlaqələndirib. Həmçinin keçmiş əsirlərin ermənilərin əlinə düşdükləri vaxt və sonrakı dövrlərdə üzləşdikləri rəftarla bağlı səsləndirdikləri fikirlər birmənalı qarşılanmayıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Qafqazinfo”ya açıqlamasında keçmiş əsirlərin hərəkətlərini məsuliyyətsizlik kimi dəyərləndirib və onları gözdən saldığını deyib: “Dövlətimiz çox böyük humanist addım atdı, 32 erməni hərbçi ilə əsirlikdə olan 2 əsgərimizi dəyişdi, onları azad etdi. Açığı deyim, həmin əsgərlər (Aqşin və Hüseyni nəzərdə tutur-red.) nə döyüşdə, nə də kəşfiyyat zamanı əsir düşməmişdilər. Ona görə də onları xüsusi olaraq qəhrəmanlaşdırmaq lazım deyil. Bu vəziyyətdə qəhrəmanlaşdırılmalı olan Azərbaycan dövlətinin özüdür ki, 2 vətəndaşının müqabilində 32 nəfəri qarşı tərəfə verdi. İkincisi isə onlarla müəyyən söhbətlər aparılmalı, maarifləndirici iş həyata keçirilməli idi. Onlara izah edilməli idi ki, sosial şəbəkələrdə hər şeyi danışmaq, paylaşmaq olmaz. Bir dəfə müsahibə verib başına gələnlər barədə informasiya vermək kifayət edir. Nümunə kimi də Ramil Səfərovu göstərmək olar ki, o boyda proseslərdən qayıdıb gəldi, amma heç vaxt efirə çıxıb xüsusi olaraq başına gələnləri danışmadı. Bu şeyləri danışmağa ehtiyac yoxdur. Bir dəfə danışdın ki, düşmən bizə işgəncə verib, 1-2 faktı dedin bəs edir. Əsirlikdən qayıdanların qeyri-ciddi söhbətlər etməsi, başlarına gələnlər barədə qeyri-ciddi ortamlarda, TikTok səhifələrində çıxış etmələri, belə şeylərə bulaşmaları onları gözdən salacaq. Cəmiyyətdə qeyri-ciddi qəbul olunacaqlar. Ona görə də yaxşı olardı ki, bu şəxslərlə maarifləndirici söhbətlər aparılsın”.

İ.İsmayıl əsirlikdən qayıdan Aqşin Bəbirovun anasının oğlu əsirlikdə olarkən onun erməni qızla evləndirilmək istənilməsi barədə dediklərini də qeyri-ciddi fikir adlandırıb: “Düşünmürəm ki, erməni xüsusi xidmət orqanları azərbaycanlı əsiri əməkdaşlığa cəlb etmək üçün belə bir addım atsın. Səsləndirilən bu kimi fikirlər keçmiş əsirlərin və ailələrinin qeyri-ciddi qəbul olunmasına yol açır”.
Aqşinlə Hüseynin TikTokda nə işi var? - Foto
Aqşinlə Hüseynin TikTokda nə işi var? - Foto

Bugün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bugün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Bugün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Bugün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
7-02-2026, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO