Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO

“Bir məhsulun dadlı və bahalı olması məhsulun keyfiyyətli və sağlam olduğu anlamına gəlmir”.
Bunu "E-saglam.az" sağlamlıq və tibbi xəbərlər portalında təsisçi və Baş redaktor Könül Oruc qeyd edib. O, qiyməti baha, lakin ucuz tərkibli şokoladdan söz açıb:
“Son bir neçə ildir, məhsulların tərkibini oxumadan almıram. Bacardığım qədər yaxşı tərkibli məhsulları seçməyə çalışıram. Amma bazarda tərkibi yaxşı olan məhsul təəssüf ki, çox azdır.
Bir məhsulun dadlı və bahalı olması məhsulun keyfiyyətli və sağlam olduğu anlamına gəlmir.
Bazarda qiyməti və dadı ilə məşhur olan bu şokoladın tərkibində palma yağı var. Normalda yüksək qiymət məhsulun yağından tutmuş digər inqrediyentlərinə qədər daha keyfiyyətli seçimlərdən istifadə edildiyini göstərməlidir. Təəssüf ki, bu və ona bənzər bir çox başqa məhsullarda belə deyil. Hazırda satışda olan bir çox şokolad və qida məhsullarının əksəriyyəti palma yağı ilə hazırlanır.
Bu şokaladın 300 qramı 37 manatdır, 1 kiloqramı təxminən 123 manat edir. Bazar üçün olduqca yüksək qiymətdir. Amma tərkibi onu demir”.
Jurnalist bahalı qidaların belə tərkibinə vurulan ucuz palma yağının zərərlərini sadalayıb:
“Palma yağının zərərləri onun hansı hissədən əldə olunmasından asılıdır. Meyvədən alınan palma yağı nisbətən təhlükəsiz sayılır, amma ucuz başa gəldiyinə görə bir çox şirkət çəyirdəkdən alınan palma yağından istifadə edir. Çəyirdəkdən əldə olunan palma yağı yüksək doymuş yağ tərkibli olduğu üçün ürək-damar xəstəlikləri riskini artırır, pis xolesterolu yüksəldir və damarların sərtləşməsinə səbəb ola bilər. Üstəlik, yüksək temperaturda emal prosesi kanserogen maddələrin yaranma ehtimalını artırır.
Sonra deyirik ki, bu xəstəliklər niyə bu qədər artıb?!
Bahalı məhsulların tərkibinə ucuz inqrediyentlər əlavə etmək nə dərəcədə doğrudur?”, - deyə o sual edib.
Bugün, 10:30
Nazir Qarabağdakı müəllimlərlə görüşdü
Bugün, 10:00
ABŞ İranın 10 gəmisini məhv etdi
Bugün, 09:30
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Bugün, 09:00
Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlandı
Dün, 18:00
Abituriyentlərin nəzərinə: Qarşıdan ən çətin imtahanlar gəlir
Dün, 17:30
Ötən ay Azərbaycanda beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb
Dün, 17:00
Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA
Dün, 16:30
Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
Dün, 16:00
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?
Dün, 12:00
İran Trampın gözlədiyi kimi deyilmiş
Dün, 11:30
Dubayda qalan vətəndaşlarımız təxliyə olunur - FOTOLAR
Dün, 11:00
SEPAH super ağır raketlərdən istifadə edib
Dün, 10:30
İran İsrailə 1 tonluq döyüş başlığı olan raketlər atıb
Dün, 10:00
Buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI
Dün, 09:30
İtaliyada güclü ZƏLZƏLƏ
Dün, 09:00
Baş nazir deputatlara hesabat verəcək
7-03-2026, 18:00
Azərbaycanın Tehrandakı səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub
7-03-2026, 17:30
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - məbləğ
7-03-2026, 16:30
İran dronlarından qorunmağın YOLU
7-03-2026, 16:00
Günlük qazancları 1000 manatdan çoxdur — Hər gün də tələb artır
7-03-2026, 12:00
Azərbaycanda SEPAH-ın tapşırıqlarını yerinə yetirən VƏTƏNDAŞLARIN SİYAHISI - ADLAR
7-03-2026, 11:30
Qaşlı qızıl almayın - SƏBƏBLƏR
7-03-2026, 11:00
Tüfənglə insident törədən şəxs saxlanıldı
7-03-2026, 11:00
Putin Pezeşkianla danışıqlar apardı
7-03-2026, 10:30
İran Avropanı da təhdid etdi
7-03-2026, 10:00
Azərbaycana qarşı növbəti TƏXRİBAT
7-03-2026, 09:30
Beyrut belə bombalandı - ANBAAN GÖRÜNTÜLƏR