“Nikosayağı”nın işi ilə bağlıYENİ XƏBƏR - Ailəsi ilə barışıq olsa...
Gündəm / Sosial
Oxunub: 107
28 Ara 2023 | 14:43
“Nikosayağı”nın işi ilə bağlıYENİ XƏBƏR - Ailəsi ilə barışıq olsa...

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb.

Cinayət Məcəlləsinin 263-1.3 maddəsi ilə (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ittiham olunan bloqerin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu maddə ilə ittiham olunan şəxslərin əməli sübuta yetirilərsə, onları beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar.

Xatırladaq ki, avqustun 15-də sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Məsələ ilə bağlı Hedeftv.info-a açıqlama verən hüquqşünas Turan Abdullazadə bloqerin işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmə səbəblərini açıqlayıb.

T.Abdullazdənin sözlərinə görə, cəza müddəti 12 ildən yuxarı olmayan əməllər ağır cinayətlər hesab olunur:
“Cinayət Məcəlləsinin 15.4 maddəsinə əsasən cinayətin bu məcəllə ilə qəsdən və ehiyatsızlıqdan törədilməsinə görə, azadlıqdan məhrumetmə cəzasının müddəti 12 ildən yuxarı deyilsə, ağır cinayətlər hesab olunur”.

Hüquqşünas Nicat Şakirlinin cəzasının yüngülləşdirilə biləcəyini əlavə edib:

“Elə hallar ola bilər ki, cəzanı yüngülləşdirə bilər. Zərərçəkmiş şəxs və ya hüquqi varisi ilə barışıq əldə olunması, dəymiş ziyanının könüllü ödənilməsi, aradan qaldırılması və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, azaldılması cəzanı yüngülləşdirən haldır.

Zərərçəkmiş şəxs həyatda olmadığı üçün Nicat Şakirli ailəsi ilə barışıq əldə etsə, dəymiş ziyanı ödəsə və bu istiqamətdə müsbət addım atılsa, cəzasını yüngülləşdirə bilər. Şəxsin özünün xəsarət alması, qolunu itirməsi, qəzanın ehtiyatsızlıqdan baş verməsi kimi məsələlərə də hakimlər tərəfindən hüquqi qiymət veriləcək. Cəza təyin olunan zaman nəzərə alınacaq. Əgər Nicat Şakirli istəyirsə, cəzası yüngülləşsin, o vəfat etmiş şəxsin qohumu ilə barışıq əldə etməli və ziyanı ödəməlidir.

Bu kimi halları nəzərə alıb, məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsini (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) rəhbər tutmaqla bu məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edə bilər. Nicata 5 ildən aşağı cəza verilsə, o ümumi rejimli cəzaçəkmə müəssisəsində yox, öz cəzasını məntəqə tiplidə cəzaçəkmədə cəzasını çəkə bilər”. (Musavat)
Bugün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Bugün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bugün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Bugün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Bugün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT